Keçən həftənin axırıncı iş günü Bədəlan ərazi dairəsi nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdi.
Həmin yığıncaqda 6 ay əvvəl təyin olunmuş Bədəlan ərazi dairəsi üzrə nümayəndə Zakir Bağırov ərazidə bir sıra dəhşətli neqativ halların mövcudluğunu kəndçilərin nəzərinə çatdırib və onları həll edəcəyini bildirib.
Müşahidəçilərin fikrinə görə iclas demokratik və fikir azadlığı şəraitində keçmiş və hətta rayondan gələn nümayəndələr də icra nümayəndəsinin hesabatını müsbət qəbul etmişlər.
Buna baxmayaraq bu həftənin ilk iş günü məlum olub ki, Masallı rayon icra hakimiyyəti 6 ay əvvəl təyin etdiyi Bədalan ərazi dairəsi üzrə icra nümayəndəsi Zakir Bağırovla işləmək istəmir.
Beləliklə bu gün Zakir Bağırov Masallı rayon İcra Hakimiyyəti başçısı tərəfindən işdən azad olunmuş və onun yerinə yeni nümayəndə təyin olunmuşdur.
İcra nümayəndəsi postunda Zakir Bağırovun 6 ay duruş gətirə bilməməsinin səbəbləri isə açıqlanmayıb.