Главная » 2012»Май»1 » Azadlıq nəğməkarı Əli Nasirin 57 yaşı qeyd edilib
01:30
Azadlıq nəğməkarı Əli Nasirin 57 yaşı qeyd edilib
Bu gün - 1 may 2012-ci ildə azadlıq carçısı, 20-ci əsrin axırıncı məhbəs şairi Əli Nasirin 57 yaşı tamam oldu.
Şairin ad gününə Republika Talış Mədəniyyət Mərkəzinin idarə heyyətinin üzvləri, demokratik içtimaiyyətin nümayəndələri və dostları Bakıda yığışmıdılar. Sevimli şairimizin ad günləri artıq ənənəvi olaraq geniş formada qeyd olunur və belə tədbirlər daha çox poeziya günləri kimi məhşurdu.
Bu gün də belə oldu. RTMM ilə yanaşı şairi Azərbaycan Ziyalılar Birliyi adından onun sədri Eldəniz Quliyev təbrik etdi. Əli Nasirin 57 iliynə doğma Lankondan da (Lənkəran) qonaqlar gəlmişdilər, uzaq qərib yerlərdən də zəng edib təbriklər deyib, sevimli şairimizə can sağlığı, uzun ömr və yeni-yeni yaradıcılıq nailiyyətlər arzuladılar. Şairin ən məşhur şerləri oxundu və Əli Nasir özü yeni poeziya töhfələrini qonaqlara təqdim etdi. Həmişəki kimi onlar böyük şairin Vətən sevgisilə, ana dilinə məhəbbət və ilahi ruhla dolu idi.
Ad günü xalqın şairə böyük rəğbətini və sevgisini bir dəfə də təsdiq etdi.