Misirin vitse-prezidenti Ömər Süleyman dövlət televiziyası ilə xalqa qısa müraciətində Hüsni Mübarəkin istefa verdiyini elan etdi.
Süleymanın bəyanatı bütün Misir şəhərləri boyu küçələrə çıxmış yüz minlərlə insanı coşdurdub. Xalq küçələrdə "Misir Azaddır! Misir Azaddır!" deyə hayqırır.
Bəziləri diz üstə çökərək 30 il ölkəyə rəhbərlik etmiş diktatorun hakimiyyətdən getməsinə görə Allaha şükr edib.
Son xəbərlərə görə Misir prezidenti Hüsni Mübarək cənub kurortu olan Şarm el Şeyxə yola düşüb.
Küçələrdə bayram edən bir çox misirlilər Mübarəkin gedişindən hədsiz sevinclərini izhar edir, bəzilə isə sevincdən ağlayırlar.
Bizlərdən isə Misirin "sağ əlinin" diktaturaların hökm sürdüyü digər ölkələrin "başına" olmasını Allahdan arzulamaq qalır...