Главная » 2013»Май»29 » Azəri – Talış İctimai Birliyinin qeydiyyatdan imtina ilə bağlı bəyanatı
21:10
Azəri – Talış İctimai Birliyinin qeydiyyatdan imtina ilə bağlı bəyanatı
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi növbəti dəfə Azəri – Talış İctimai Birliyinin müvafiq sənədlərində "səhv” taparaq, absurd bəhanə ilə Birliyin Dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
Məlumat üçün bildirmək istəyirik ki, Azəri – Talış İctimai Birliyi AR ƏN Qeydiyyat və notariat baş idarəsində dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədləri müvafiq standartlara uyğun tərtib və təqdim etmişdir. ƏN-nin müvafiq idarəsi "ictimai birliklərin yaradılması” ilə bağlı hüquqlarımızı pozaraq, yeddi ay ərzində eyni sənədlərə (Nizamnaməyə) üç müxtəlif bəhanə ilə imtina cavabları göndərmişdir.
AR ƏN Qeydiyyat və notariat baş idarəsi tərəfindən Birliyimizin əsassız bəhanələrlə dövlət qeydiyyatına almaması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciətlər ünvanlamışıq.
Qanunun aliliyinə nəzarət etməli olan Nazirliyin özünün qanun pozuntusuna rəvac verməsi ən azından başadüşülən deyildir. İndi biz nə edək? – Ədliyyə Nazirliyini Məhkəməyəmi verməliyik?..