Azəri – Talış İctimai Birliyi (ATİB) 17 noyabr 2012-ci il tarixdən etibarən Dövlət qeydiyyatından keçmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciətlər etmişdir. Lakin, ƏN heç bir əsaslı səbəb göstərmədən hər dəfə Birliyi Dövlət qeydiyyatına almaqdan imtina etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş "birləşmək” hüququmuzu təmin etmək və ATİB-nin təsisçiləri olaraq ƏN tərəfindən pozulmuş hüquqlarımızı bərpa etmək məqsədi ilə uzun-uzadı Məhkəmə çəkişmələrinə çıxmışıq. Belə ki, indiyə kimi nə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsi, nə də ki, Bakı Apellasiya məhkəməsi ATİB-nin Dövlət qeydiyyatı ilə bağlı iddialarını təmin etməmişdir! Məcburiyyət qaşısında qalaraq, AR Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmişik.
Hüquqi tərəfdən Dövlət qeydiyyatına alınmadığına görə hazırda ATİB-nin səmərəli və məqsəndyönlü fəaliyyət göstərməsini qeyri-mümkün sayırıq!
Azəri – Talış İctimai Birliyinin təsisçiləri olaraq, bəyan edirik ki, AR qanunçuluğu əsasında nəzərdə tutulmuş son Məhkəmə instansiyasının qərarı elan edilənə qədər Birliyimizin bütün strukturlarının – İdarə Heyətinin, Təşkilat şöbəsi və Gənclər Təşkilatının fəaliyyəti müvəqqəti olaraq dondurulur!