Главная » 2012»Ноябрь»14 » Azərbaycanın qanunsuz oğruları Bakıda, qanuni oğruları isə İstanbuldadır
21:32
Azərbaycanın qanunsuz oğruları Bakıda, qanuni oğruları isə İstanbuldadır
Maraqlı hadisələr baş verir. Azərbaycanda qanunsuz oğruların təqib-təzyiq əməlləri üzündən qanuni oğrular ölkəni tərk edirlər. Mətbuat xəbər verir ki, İstanbulda beş ulduzlu otellərin birində azərbaycanlı "qanuni oğrular”ın sxodkası keçirilib."Sxodka”da iki tərəf, 38 yaşlı "Vaxa” ləqəbli qanuni oğru Baxış Əliyev və "Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyev iştirak ediblər. "Sxodka”nın Kiyev, Xarkov və Odessada, habelə Rusiyanın bəzi şəhərlərində nüfuz dairəsinin bölüşdürülməsi ilə bağlı keçirildiyi barədə məlumatlar var.
Zavallı qanuni oğrular! Sizi də vətəndən didərgin saldılar! Atalar deyiblər ki, iki qoçun başı bir qazanda qaynamaz. Bu gün Azərbaycanda qoç yoxdur, iki növ oğru var: qanuni oğru və qanunsuz oğru. Qanuni oğrular qanunu və hakimiyyəti tanımırlar. Qanunsuz oğrular isə hakimiyyəti və qanunları girov tutub ölkəni soyurlar...