Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Март » 15 » Azərbaycanın köklü xalqlarını hansı sehrbaz "separatçılara" çevirdi?
21:23
Azərbaycanın köklü xalqlarını hansı sehrbaz "separatçılara" çevirdi?
Bu gün hər özünə hörməti olan qəzetin öz adında saytı var... Tərəqqi yerində saya bilməz, çünki tərəqqi yox, durğunluq adlana bilər. "Üç nöqtə" qəzeti də "brejnevdənqalma" görünməmək üçün sayt "yapıbdır".

Bircə o fərqlə ki, nə qəzetin, nə saytının durğunluqdan başqa heç nəyi yoxdur və, görünür, belə işçilərin əlindən heç bir zaman tərəqqiyə doğru hərəkəti olmayacaq.  Nə bu adlandırdığım qəzet, nə də onun saytı mənim diqqətimi qətiyyən cəlb etmədikləri üçün, onlardan xəbərim olmazdı, əgər bunu birdən-birə mənim çoxdankı dostum və jurnalist kolleqam gətirməsəydi. Sən demə, bu durğunluq dövründə qalanların qəzetində mənim adımı hallandırırmışlar...  Beləliklə mən də nəhayət bildim ki, bu çox nöqtəli pərəbüzən  adlı  vərəqə də çoxdankı ara qarışdırmaqla, camaatı şərləməklə və qarayaxmalarla məşğul olan  Yunus Oğuzun "Olaylar" dəstəsinin imiş.
 
Keçən il bu binəva "Olayların"  iki yazarı meydan sulamağ eşqinə birdən birə düşüb, ciyərlərinə nə var hava alıb, iki ağlını bir yerə cəmləşdirib ağızlarına gələni o ki var  döşədilər talış ziyalılarının ünvanına.  Əziz oxucularımız haqlı olaraq soruşa bilər ki, axı bu  Yunus Bəyturanlar kimdilər ki, talış xalqın adından danışsınlar?  Onlara hansı talış bu işi tapşırıb? Məgər marginal fikirli qatı pantürkizmdən  başı  gicəllənməyən  jurnalist, yazar yox idi, yazı yazmağı tapşırasan? Mütləq talışlara nifrəti ilə ad qazanmış Vüqar Oğuza yazdıraydınız?  Belədirsə, onda sizin jurnalistika bazarından xəbəriniz yoxdur. Bunların ortaya çıxarılan və tələbata uyğun olan  malları yoxdur, möhtərəm sifarişçilər. Çünki, yazdıqlarından artıq çürümüş və üfunətli iy gəlir. Onlar iyirmi ildən çoxdur ki, min dəfələrlə çeynənmiş saqqızı çeynəyib tüpürə bilmirlər.

Heç bir yeni fikirləri də,  təzə sözləri də yoxdur. Ancaq  "TMR",  zindeyi-zəhlələri gedən "Talış" sözü, talış xalqın adı və onunla bağlı hər bir şeylərdir. Bilirsiniz nə üçün belədir? Çünki talış mətbuatına dövlət dəstəyi olsaydı, bu marginallara MTN-in ehtiyacı olmazdı. Bəs nə üçün məhz MTN-in ehtiyacı var talış mövzusuna? Bax bu suala cavab tapmaq çox vacibdir, çünki talış etnosu  Azərbaycanın ən qədim və köklü xalqı olduğu üçün bu nazirliyinin müdafiəsində deyil, əksinə, onun tərəfindən düşmən yerinə qoyulur.

Beləliklə, kollegalarla birgə biz jurnalist tədqiqatına başladıq.

QADAĞAN EDİLMİŞ ETNONİM

Ən əvvəl, xeyr, bu ərəbcə səsləndiyi üçün və köhnəlmiş mədəniyyətimizdən xəbər verdiyi üçün biz ondan istifadə etməyəcəyik, biz deyəcəyik öncə. Bəli, öncədən biz pripiskaçı və uydurma tarixçılər kimi etməyəcəyimizi qərara aldıq. Yəni ancaq sənəd və faktlara istinad edəcəyik. Hamı bildiyi kimi, talışlar Azərbaycan Respublikasının sakinləridir və onların haqqında məlumatları bu dövlətin rəsmi  mətbuatından, əsnadından və əlbəttə ki,  televiziyası və internet resurslarından əldə edilməlidir.
 
Açdıq dövlətin konstitusiyasını. Dövlətin əsas qanunuda biz yalnız və yalnız azərbaycanlıların adına rast gəldik. Azərbaycan Respublikasının dövlətinin çoxmillətli dövlət olduğundan  bir kəlmə belə tapa bilmədik. Əgər oxucu yanız sənədə istinad etsə, o haqlı olaraq deyəcək ki, Azərbaycanda Azərbaycan türklərindən başqa xalq yaşamır və bəlkə də heç yaşamamışdır desə, buna konstitusiyaya əsaslanaraq etiraz etmək mümkün olmayacaq. Bu acınacaqlı vəziyyəti rəhbər tutaraq Azərbaycan məmurları, əsasən diplomatları xarici dövlətlərin insanlarını axmaq yerinə qoyub deyirlər ki, "Azərbaycanda talışlar yaşamır, olublarsa da, hamı qırılıb, taun, vəba, gara yara və bu kimi epidemiyalar nəticəsində Yer üzündən qeybə çəkilməyiblərsə, amma bu ölkədə mövcud deyillər". Əziz Oxucularımız, elə bilməyin ki, baş verənlərin hamısı şovinistlikdəndir, ya da nasism təzahürüdir. Xeyr, bu yalnız Sizin gözünüzə belə gorünür. Əslində bütün bunlar  vətənpərvərlikdəndir, milləti sevməkdən irəli gəlir. Qanun müəlliflərin öz millətlərini başqa millətlərdən qat-qat üstün, artıq və qiymətli  saymaqlarındandır.
  
Yəni qanunda, rəsmiyyətdə konstitusiyanı yazanlar və qəbul edənlərin hər birisi Talış xalqından xəbərsizdir. Buna heç uşaq da inanmayacaq. Və yaxud da, bunlar hamısı, toplum şəklində Talış millətinin mövcudluğunu inkar etmişlər. Bununla bərabər Azərbaycanın bütün yerli və köklü xalqların mövcudluğu rəsmən qanun şəklində də inkar edilməkdədir. Hər halda heç bir  dövlət məmuru talış etnonimini dövlət sənədlərində göstərə bilmir və bunun iqtidarında deyil. Konstitusiyadan sonra biz Respublikanın qanunlar toplularını da səhifələdik, onlardan bircə dəfə olsun talış xalqının etnonimini tapa bilmədik ki, bilmədik. Ondan sonra monitorinqu davam etdik televizor ekranları qabağında. Üzr istəyirik, ekranlar qabağında yox, ekranların önündə. Hərəmiz bir telekanal  seçdik, əlbəttə ki, ən əsas, ən vacib, ən rəsmisi AzTV olmaq şərtilə, lakin regional televiziyasını da nəzərdən qaçırmadıq. Düz iki həftə ərzində bütün kanallar bir dəfə də olsun Sizin, əziz talışlar, adınızı çəkmədilər ki, çəkmədilər.  Bizim jurnalist istintaqımız  Azərbaycanın teleməkanında   talışların  tapılmasında  yenə də müvəffəqiyyətsizliyə uğradı. Dövlətin rəsmi telekanalında talışların heç iyi-sorağı olmadı. Ümidimiz region teleməkanlarına azca qalsa da, bunlar da bizi sevindirmədilər. Və biz, talış jurnalistləri olaraq özümüzü "axırıncı mohikan" ya da "udegelərdən axırıncı" kimi  hiss etdik. Əl atdıq Beynəlxalq Qırmızı Kitaba, orda xeyli heyvan və bitki adlarına rast gəldik, bəziləri qara səhifələrində qeyd olunmuşdu, amma talışların adını heç orda da  tapa bilmədik.  Buna gürə bizim hamımızın ağlına çox qəribə suallar gəlməyə başladı:
 
Talış milləti yoxdursa, talış dilində danışanlar kimlərdir? Bu xüsusi, orijinal mədəniyyətə, həyat tərzinə, ənənələrilə ətrafdakılardan seçilən etnos kimlərdir? Bu Midiya dilində yazılmış Avestanı anlaya bilən millət nə millətidir? Bu Respublikanın bütün qədim toponimlərini tərcüməsiz anlayan vətəndaşlar hansı etnik köklərə mənsubdular? Saysız-hesabsız saytlar, forumlar, çatlar, sosial şəbəkələrdə talış dilində yazılışan insanlar nə millətidilər? Faktiki mövcud olan, lakin Azərbaycan rəsmi məlumatlarda adı çəkilməyən  xalq necədir ki,  bu dövlət onun mövcudluğunu belə etiraf etməyə qorxur? 

Bütün bu suallara cavablar tapılmalıdır və tapılacaqda, çünki elə bu dövlətin Əsas Qanununda, Konstitusiyasında belə suallara cavab tapmaq üçün maddələr var.  Məsələn, 44 Maddə "Milli mənsubiyyət  hüququ" adlanır və orda deyilir ki, hər kəs öz milli mənsubiyyətini qorumağa hüququ vardır. Məddənin ikinci bəndində deyilir ki, heç kim öz milli mənsubluğunu dəyişməyə məcbur edilə bilməz.  Bu o deməkdir ki, talışa Azərbaycan Konstitusiyası talış kimi öz milli mənsubiyyətini qorumağa əsas verir və buna kiminsə təcavüz etdiyini qanunla cəzalandırılmağı qarantiyasını verir. Beləliklə, əgər Azərbaycanın hər hansı məmuru ya sadə vətəndaşı, Respublikanın hər bir yerində talışa talış adlanmağını heç irad da tuta bilməz, çünki onları  bu təcavüzə görə  cinayət məsuliyyətinə cəlb etməli olacaqlar. Beləliklə, əziz oxucularımız, hər hansı anket dolduranda, hər hansı işə girəndə milli mənsubiyyətlə bağlı təcavüzləri qanun cərçivəsində həll etmək olur və edilməlidi. Bu Sizin qanuni hüququnuzdur. Hətta uşaqlarınızı dərsliklərdə çap olunmuş "türkləşmək" haqqında  çağırış "milli mənsubiyyəti dəyişməyə vadar etmək" kimi qiymətləndirildyi üçün kitab redaktorları və nəşrə məsul şəxsləri məhkəməyə verə bilərsiniz. Bu sizin konstitusiyon hüququnuzdur, əziz oxucularımız.

Bugünkü Azərbaycanda bizim sizinlə bir yerdə millətimizin adını tapa bilməmədiyimizə görə  dövlət təzminatını almağa Konstitusiya qanunları ilə tam hüququmuz var. Əgər işdi-şayəd,  biri başlasa  konstitusiyanı başqa cürə yozmağa, onda həmin şəxsi çox fikirləşmədən məhkəməyə verməyə ixtiyarınız var. Bircə onu yadınızda saxlayın ki, heç kim Sizi öz talış etnonimi ilə adlandırmaqdan çəkindirə bilməz və qanun buna qəti yol vermir.

SÜNİ SƏDDLƏRDƏ ÇABALAYAN DOĞMA DİLİMİZ


Əziz oxucularımız, biz hamımız öz doğma talış dilimizi sevirik. Bəzilər daha çox, bəzilərimiz isə o qədər də çox sevmədiklərindən, başqa millətlərin, başqa etnosların dillərinə daha böyük önəm verirlər. Şəxsən mən öz doğma dilimizi heç bir dilə dəyişmərəm və bu məqaləni yalnız ona görə Azərbaycan türkcəsində yazıram ki, doğma dilimizi manqurt  məfkürəli valideynlərin ucbatından talış dilini öyrənə bilməyən talış balaları da bizim yazdığımızı anlaya bilsinlər. Portalımız materialları üç dildə təqdim etdiyi üçün dediyimizi ingilis və rus dilərində də dublyaj etmişik ki, azərbaycanca bilməyən, qürbətdə yaşayanlar da, əcnəbilər də problemlərimizdən hali olsunlar. Dilimizi bizə bu kürreyi-ərzdə heç kim qadağan edə bilməz və onun yaşamağı da, tərəqqisi də yalnız özümüzdən asılıdır. Biz başqa xalqlardan fərqli olaraq, dilimizə yasaq qoyduğunun artıq nəsillikçə şahidi olmuşuq.

XIX əsrə qədər İran dövlətçiliyi vaxtında və Talışın müstəqilliyi dövründə doğma dilimiz böyük və güclü dəstək almadığı halda, yasaqlara da məruz qalmırdı. Bircə təzyiq ona görə idi ki, Şeyx Sədrəddin tərəfindən Diyarbəkirdən osmanlı zülmündən qaçan türkmən tayfalarını Azərbaycana, və o cümlədən Ərdəbil yaxınlıqlarında talışların arealında yerləşdirdiyi nəticəsində  Ərdəbil camaatının öz doğma dili tədricən mövqeləini itirməyə başladı. Amma bunun talış dilinin əsas arealına o qədər də mənfi təsiri olmadı.  Tarixi mənbələrindən məlum olduğu kimi, Qacar hakimiyyəti  əvvəlindən axırına qədər Talış xanlığını  tam tabe edə bilməmışdir, əksinə, Talış xan sülaləsi Səfəvi xənadanın bir qolu olaraq, Qacarlarla qohumluq  etməkdən də  imtina etmişdir ki, onlara İran taxtının legitimliyini verməsin və beləliklə özlərini başqa İran sülaləsi olan Zəndilər kimi Kəyanilər taxtına iddialı idi. Bu iddia bilavasitə özlüyündə dillə əlaqəli olmasa da,  lakin Talış dövlət və milli ideologiyasına mühüm təsiri oldu. O biri tərəfdən baxanda bu elə Səfəvilərin irançılıq ideoloji ənənəsinə də uyğun gəlirdi.
 
Talış dilinin müsibətləri Rus-İran müharibələrindən sonra başladı. Bu Talış dövlətinin çökməsindən sonra baş verdi. Rusiyanın deiranizasiya (iransızlaşdırma) siyasəti nəticəsində, Talış mahalın adı aradan götürüldü və bu ərazılər Lənkəran qəzası kimi rəsmi qeyd olunmağa başladı. Hətta tarixi xəritələri nəzərdən keçirməklə də bunu müşahidə etmək olur. Rusiya imperiyası Talış xanlığı ilə Sankt-Peterburq müqaviləsinə xilaf çıxdı və talışların milli dövlətinə son qoydu. Xanlığın İranda qalmış hissədə dövlətin zahiri forması XX əsrin birinci yarısına qədər qalsa da, müstəqilliyindən qəti söhbət etmək olmaz, çünki o daha öz qabağkı statusunda qalmadı, döndü adi xanlığa.  Soradan onuda hissələrə bölüb qatdılar Gilana və Şərqi Azərbaycana. Şərqi Azərbaycandakı Talışın hissəsi tədricən doğma dilini itirməyə başladı.

Çar Rusiyası məqsədinə daha tez çatmaq üşün fars və ərəb dillərində tədris aparan məktəbləri qapatdı və onların əvəzində rus-tatar məktəblərini təsis etdi. Bunu hətta irandilli Şirvanda və Talışda tətbiq etdi. Bolşevik inqilabından sonra, beynəlmiləlçilik şüarları ilə həyata keçırilən planlarda bütün xalqlar üçün öz dillərində  məktəblər təsis olundu, lakin Stalin yenidən imperiya tipli dövlətçiliyə qaytdığı üçün AzSSR-də yeknəsəg  sosialist millətini qurmağa əmr verdi və bütün müsəlmanları yeni adla yazdırmağa tapşırdı. Daha nə türk, nə talış, nə tat, nə kürd, nə daha xırda olan xalqlar "yoxa çıxıb" azərbaycanlı adlanmalı oldular. Beləliklə, talış dinə, məktəblərə, qəzet, kitablara yasaq qoyuldu və talışları keçmiş tatar, ADR zamanı türk, sovet dönəmində isə Azərbaycan dilində savad almağa məcbur edildilər.

1990-cu ildə isə məhz Talışın mərkəzində, Lankon (pəhləvicə - Lənkəran) şəhərində sovet dövlətinin bayrağı endirildi və sovet hakimiyyətinin  ləğvi elan olundu. Burda haşiyə çıxıb, qeyd etmək lazımdır ki, indiki Azərbaycanda keçmiş kommunist partoktatları movcüd rejimin ideoloqları kimi çalışırlar ki, bu hadisəni "naxçıvanlaşdırsınlar", amma bu yalançı əsatirdən başqa bir şey deyil. Beləliklə, Xalq Hərəkətində iştirak etmiş qüvvələrin hakimiyyətə gəlməsi  çox cüzi görünsə də, lakin ibtidai siniflərdə həftədə iki saat olmaqla talış dilinin tədrisinə rəvac verdilər. Amma bu iş belə də qaldı, indiki rejim talış dilinin tədrisi üçün daha heç bir inkişafa doğru iş aparmadı, əksinə talışları assimilyasiya etmək üçün hər bir imkandan istifadə etməkdədir.
  
Dövlət  köklü xalqların və milli azlıqların haqqları ilə bağlı Avropa və Beynəlxalq müqavilələri imzalasa da, onlara etinasız yanaşır və heç birini yerinə yetirmir. Ələlxüsus, bu sabotaj talış dili və mədəniyyətilə bağlı  sahəyə aiddir.
   
Əlbəttə ki, hökümət açıq öz adından düşmənçilik göstərmir, amma www.ucnoqta.az ("Üş nöqtə" qəzetinə məxsusdur) kimi KİV-lərdən istifadə edib, düşməncəsinə təbliğatdan da qalmır. İndiki zamanda nə çox vicdanını və mənliyini satan jurnalistlər?  Elələrin hər birisi bu təbliğatı aparmağa canla-başla hazırdı. Onların utanan üzləri də yoxdur, öz ata-babasını tanımayanlar bu gün hətta talış xalqın adından da danışmağa can atırlar. "Üc nöqtə"nin Emini, Elməddini, Bəyturanı, Oğuzu kimi. Bunlar sözlərini az qala Quran ayələrinə bərabər tutur, özləri özlərini  "şübhəziz haqlı" hesab edirlər və heç düşünmürlər ki, qiymət verən özləri deyil, Sizsiniz, hörmətli oxucu.  Eybi yox, bu özlərindən razı və müştəbeh yazarlar yazılarını yazsınlar, onsuz da özləri üşün yazırlar, çünki Azərbaycan oxucusu  artıq  yalan oxumaqdan bezib.
  
Bu jurnalistlərin işi-peşəsi şər atmaqdır. Onlar hətta ölülərə də şər atmağdan utanmırlar. Diqqət yetirək necə yazırlar: "Yəqin ki, separatçılar tərəfindən buraxılan mətbu orqanlarında dəfələrlə Novruzəli Məmmədov və onun iki övladının dövlət tərəfindən qətlə yetirilməsi haqda tük ürpədici uydurmalarla rastlaşmışsınız. Həmin şəxslərin iddiasına görə N.Məmmədovun tutulmasının və sonradan da guya qətlə yetirilməsinin səbəbi «Talışca-Rusca-Azərbaycana Lüğət»in hazırlanması olmuşdur." Bəli, nə az nə də çox, sən demə, Novruzəli müəllim heç həbs də olunmayıb, saxlanmağının birinci səbəbi də guya maşınını düzgün park etməməyi olmuşdur. Guya polislərə buna görə müqavimət göstərmiş, onlar da acığa ona şər atıb düz MTN-ə apardılar. Bu Elməddinin ya məntiqlə arası yoxdur, ya da oxucularımızı axmaq yerində saymaq arzusundadı. Allah Talış xalqının şəhid Ziyalısını qəni-qəni rəhmət eləsin, onun və  iki nakam  getmiş oğlunun  gəbirlərini nurla dolsun! Amma ölülərə şər atanların  payı mütləq  veriləcək, ola bilməz ki, verilməsin. Belə insanlar nəyə görə çalışmaları aydın məsələdir. Çörəkləri iftiradan, şərdən, nahaq sözdən, yalan satmaqdan və bu kimi işlərdən çıxır.
 
Onlar fikirləşmirlər ki, yazdıqları yalanları yerimir, heç ayaq da tutmur, çünki o boyda yalan da olmaz. Yazılarını oxu, üzünü  pəncərəyə tut və tam əksini gör,  budur Elməddin və Eminin  yazısı.  Nə qədər çalışsalar da, daha aldatmağı bacarmırlar, çünki bir adamı nə qədər istəsən aldatmaq mümkündür, bir toplumu aldatmaq olur, amma az bir müddətə, amma bütün xalqı aldatmaq qeyri-mümkündür.  Zaman gəlib çatıb və yalanları, nə qədər də başqalarını yalanda suçlasalar belə, qəbul olunmur...

Burda  nöqtəni bunların "Üç nəqtə"sinə qoymağın vaxtı da artıq  gəlib çatdı.  Nə qədər yazsalar da "analoqu olmayanlardan"mı,  iyirmi illik müstəqillikdənmi, iyirmi illik icarəyə verilmiş və Lazım qardaşın yadından çıxmış Qarabağdanmı, ya Azərbaycanın heş bir köklü xalqın dilində danışmayan "beynəlmiləl" Bakı telekanallarındanmı, ferq etməz, bunların hamısı  fantastik nağıllardır. Bu xalqlar nağıllardan yorulub, onun talışı da, türküdə, kürdü də, ləzgisi də, avarı da, eləcə də bütün siyahıda olan və olmayanları da.  Hətta balaca udi xalqı da  bu nağıllara daha qulaq asmır. Nağılbazlar dövrü bolşeviklərin vaxtında qurtardı. İndi şərləyənlərin dövrüdür, amma o da sona yetməkdədi. "Separatçılar" haqqında "Qara yara" şərləmə-filmi kimi, o filmi ilim-itim itirənlər kimsəni bir gün o filmin dalıyca göndərsələr, tapılan deyil, şünki onun müəllifi öz əli ilə yazıb bildirdi ki, nə o film çəkilmişdi, nə də efirə verilmişdi, heç separatçılıqdan da danışılmayıb...

Əziz oxucum, sən işə bir bax, olan şeyləri necə də yoxa çıxara bilərmişlər!!! Lap sehrbazdılar, vallah!

Səxavət SƏYD CƏMOLİ,
TALISH.ORG

 

Категория: Талыш xəbərləri | Просмотров: 2068 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus