Голос Талыша |
---|
Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.
|
|
Главная » 2012 » Апрель » 11 » Azərbaycandakı siyasi islahatlarda ABŞ marağı
16:20 Azərbaycandakı siyasi islahatlarda ABŞ marağı |
Azərbaycanda siyasi islahatlar, yoxsa "bir addım irəli, iki addım geri”
İslahat bu və ya dicər qrupun şəxsi maraqları ilə bağlı problemlərin həlli istiqamətində həyata keçirilən dəyişiklik yox, ümumilikdə cəmiyyətin proqressiv inkişafı naminə edilən dəyişikliklərdir. Bu mənada 1991-2004-cü illər ərzində Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatların tədqiq edilməsi çox maraqlıdır. Hər bir islahat mövcud problemin həllinə yonəldiyi üçün onun tarixi konteksdə öyrənilməsi vacibdir. Azərbaycanda nəzərdən keçirilən dövrlərdə həyata keçirilən siyasi islahatlar əsasən "Azərbaycan Respublikasının müstəqilliyi haqqında” Konstitusiya aktında; Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında 1995-ci ilədək edilmiş bəzi dəyişikliklərdə; 1991-1995-ci illər ərzində qəbul edilmiş bir çox qanunlarda (siyasi partiyalar haqqında, içtimai təşkilatlar haqqında və s. olan qanunlar); 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyada; 2002-ci ildə Referendum vasitəsilə Konstitusiyada edilən dəyişikliklərdə; 2002-ci ildən sonra qəbul edilmiş Konstitusiya qanunlarında öz əksini tapmışdır.
Konstitusiya və siyasi islahatların aparılmasının xronologiyası yenə bunu deməyə əsas verir ki, bu etaplar bir birini tamamlayan iki dövrə ayrıla bilər. 1993cü ilədək və ondan sonrakı dövrlər. Birinci dövrdə qəbul edilmiş qanunlar bəzən demokratikliyi, bəzən də milli eqoizmi ilə fərqlənir. İkinci dövr isə demokratik pərdə altında yalnız hakimiyyətin qorunmasını və möhkəmləndirilməsini, onun opponentlərinin zəiflədilməsini nəzərdə tutur. Bu islahatların əslində mürtəce xarakterli olmasını əyani göstərmək üçün müqayisəli şəkildə araşdırılması məqsədəuyğundur.
1995-ci ildə qəbul edilmiş və 2002-ci ildə dəyişiklik edilmiş Konstitusiyaya görə Azərbaycanda qanunvericilik hakimiyyəti yalnız majoritar seçki sistemi yolu ilə seçilmiş və səlahiyyət müddəti 5 il olan 125 nəfərdən ibarət Milli Məclis tərəfindən həyata keçirilir. İlk baxışda hakimiyyətin müstəqil qolu kimi hiss olunan orqan əslində çox geniş səlahiyyətləri olan prezidentə tam şəkildə tabe olan və prezident aparatında hazırlanan qanunların formal qəbulunu həyata keçirir. Belə ki, onun real fəaliyyətini həyata keçirən 125 seçilmə qaydası nəinki Milli Məclisə müstəqil bir qurum olmağa imkan vermir, hətta hər bir deputatı icra orqanlarından tam asılı vəziyyətdə saxlayır. 2002-ci ildə proporsional seçki sisteminin referendum vasitəsilə ləğv edilməsi onsuzda seçkilərin saxtalaşdırılması ilə seçilmək imkanları xeyli azalmış siyasi partiyaların Milli Məclisdən kənarda qalmasına hüquqi zəmin yaratdı. Milli Məclisdə hər bir yerin məhz icra orqanları vasitəsilə təyin edilməsi Milli Məclisin səlahiyyətlərinə aid olan məsələlərin də birbaşa icra hakimiyyətindən tam asılı olduğuna gətirib çıxarmışdır.
1992-ci ildə 50% üzvü Xalq Cəbhəsi nümayəndələrindən (müxalifət) ibarət olan Azərbaycan Milli Məclisidə 2000-ci il parlament seçkilərində icra hakimiyyətinin öz nəzarətində olan 5-6% müxalifət nümayəndəsi təmsil olunmuşdur. Proporsional seçki sisteminin ləğvini nəzərdə tutan Konstitusiya dəyişikliyindən sonra isə müxalifət partiyası liderlərinin Milli Məclisdə təmsil olunması praktiki olaraq mümkün deyil və seçkilərin yerli icra hakimiyyətləri tərəfindən tam nəzarətdə saxlanması "Seçki Məcəlləsi” ilə artıq təmin edilmişdir.
1978-ci il Konstitusiyasına edilmiş düzəlişlərdən sonra Azərbaycan Respublikasının başçısı kimi təsbit olunan prezident əslində icra hakimiyyətinə də rəhbərlik səlahiyyətinə malik idi. Dövlət Hakimiyyətinin bölünməsi prinsipinin o qədər də aydın ifadə olunmadığı 1978-ci il Konstitusiyasına nisbətən 1995-ci il Konstitusiyasında bu bölgüyə formal olaraq riaət edilmişdir. Lakin 1995-ci il Konstitusiyasında icra hakimiyyətlərinin, xüsusilə Prezidentin səlahiyyətləri daha çox genişliyi və daha az hesabatlılığı ilə seçilir. İcra hakimiyyətinin Milli Məclis qarşısında hesabatlı olmaması, xüsusilə büdcənin yerinə yetirilməsi ilə bağlı Milli Məclis tərəfindən nəzarətin təmin edilməməsi Milli Məclis tərəfindən qəbul edilmiş çoxlu sayda qanunların işləməməsinə və indiki rejimin hakimiyyətinin qeyri-məhdud möhkəmlənməsinə səbəb olmuşdur.
1995-ci ildə qəbul edilmiş Konstitusiyada indiki rejim öz hakimiyyətini möhkəmləndirmək məqsədilə daha bir neçə addım atmışdır. Məsələn 1993-cü ilədək qüvvədə olan Konstitusiyaya görə yaşı otuz beşdən aşağı və altımış beşdən yuxarı olmayan (bu məhdudiyyət məhz H. Əliyevin prezident seçilməsinə mane olmaq məqsədi daşıyırdı) Azərbaycan vətəndaşı Azərbaycan prezidenti seçilə bilərdisə, 1995-ci il Konstitusiyası isə yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan... Azərbaycan Respublikası vətəndaşlarına prezident seçilmək imkanı verir. Məhz öz əsas opponentlərinin- Ayaz Mütəllibovun və Rəsul Quliyevin prezident seçilmək imkanını məhdudlaşdırmaq üçün bu addımların atılması şübhə döğurmur. 2002-ci il referendumu vasitəsilə Konstitusiyaya dəyişikliklərin və əlavələrin edilməsində qoyulan məhdudiyyətlər Konstitusiyanın son variantında hər hansı bir dəyişikliyin aşağıdan yuxarı təsirlərlə edilməsi şansını heçə endirmişdir.
Prezident seçkilərində kformun aradan götürülməsi ilk baxışda demokratik addım olsa da Azərbaycan reallığında bu heç də demokratik deyil, əksinə müxalifətdən olan namizədlərin imkanlarının məhdudlaşdırılmasına, seçki aktivliyinin aşağı düşməsinə və seçkilərin nəticələrinin nəzarətdə saxlanmasına xidmət edir.
1978-ci il konstitusiyasından SSRİ konstitusiyasına müvafiq olaraq kommunist partiyasının rəhbər və istiqamətverici səlahiiyətləri çəxarıldıqdan sonra prezident institutunun yaradılması, seçkili orqan kimi mövcud olan rayon partiya komitələrinin təyinatlı orqanlarla-icra hakimiyyətlərinin başçıları ilə əvəz edilməsi əslində idarəçilikdə yaxşı nəticələr verə bilməzdi. İdarəetməyə kommunist partiyasının müdaxiləsinin aradan qaldırılması faktı dövlət hakimiyyətinin icra, qanunvericilik və məhkəmə hakimiyyətləri arasında bölüşdürülməsi imkanı istifadə yaratsa da bu imkandan istifadə edilməmiş, əksinə daha anti- demokratik idarəetmə institutları yaradılmışdır. Müstəqilliyin ilk illərində (1993-cü ilə qədər olan dövr) yerli xalq deputatları sovetlərinin və yerli icra qurumlarının zəiflədilməsi istiqamətində addımlar atılmışdır. Yerli idarəetmə qurumları kimi sovetlərin zəiflədilməsi 1993-cü ildən sonra isə onun ləğv edilməsi və əvəzində çox illərdən sonra daha az səlahiiyyətlərə malik olan bələdiyyə qurumlarının yaradılması əhalini yerli idarəetmə işlərindən və hakimiyyətdən tamamilə təcrid etmişdir.
Nəzəri olaraq daha demokratik institutun –sovetlərin prezident tərəfindən təyin və azad edilən yerli icra hakimiyyəti başçısı ilə əvəz edilməsi və 1993-cü ildən başlayaraq onun səlahiiytlərinin genişləndirilməsi indiki rejimin maraqlarına tam uyğundur.
Dövlət hakimiyyətinin üçüncü-məhkəmə hakimiyyətində də həyata keçirilmiş islahatlar hakimiyyətin digər qollarında-icra və qanunvericilik hakimiyyətində həyata keçirilmiş dəyişikliklərlə üzvü bağlıdır. Bu dəyişikliklərin də ciddi analizi onu deməyə əsas verir ki, 1993-cü ilə qədərki dövrlərdə məhkəmə hakimiyyətində həyata keçirilmiş dəyişikliklər daha çox demokratik xarakterli olduğu üçün içtimayyətin hakimiyyətə və dövlət orqanlarına təsirinin artmasını təmin etdiyi halda 1993-cü ildən başlayaraq məhkəmə hakimiyyəti tam şəkildə icra hakimiyyətinin nəzarətinə keçərək öz nisbi müstəqilliyini və konstitusiya üzrə ona həvalə edilən vəzifələri yerinə yetirməkdən məhrum olmuşdur.
Belə ki, Azərbaycan SSR Konstitusiyasına (1978) görə ədalət mühakiməsi yalnız məhkəmələr tərəfindən həyata keçirilirdi. Azərbaycan məhkəmələri hakimlərin və xalq iclasçılarının seçilməsi əsasında təşkil edilirdi. Rayon (şəhər) xalq məhkəmələrinin xalq hakimləri müvafiq yuxarı xalq deputatları Sovetləri tərəfindən seçilirdilər. Azərbaycan SSR Ali Məhkəməsinin, Naxçıvan MSSR Ali Məhkəməsinin, DQMV Vilayət Məhkəməsinin hakimləri müvafiq surətdə Azərbaycan SSR Ali Soveti, Naxçıvan MSSR Ali Soveti, DQMV Vilayət Xalq Deputatları Soveti tərəfindən seçilirdilər.
Rayon (şəhər) xalq məhkəməlrinin xalq iclasçıları vətəndaşların yaşayış və iş yerlərində onların yığıncaqlarında açıq səsvermə yolu ilə, yuxarı məhkəmələrin xalq iclasçıları isə müvafiq xalq deputatları Sovetləri tərəfindən seçilirdilər. On il müddətinə seçilmiş bu hakimlər və beş il müddətinə seçilmiş xalq iclasçıları onları seçmiş orqanlar və ya seçicilər qarşısında hesabat verməli idilər. Sovet hakimiyyəti dövründə o qədər də demokratik görsənməyən, lakin çox ciddi mühakimə apparatı olan və reallıqda partiya komitələrindən ciddi surətdə asılı olan belə məhkəmələr sovet quruluşunun zəiflədiyi dövrlərdə, xüsusilə 90-cı illərin əvvəllərində nəinki nisbi müstəqillik əldə edə bilmişdir, hətta zəifləyərək öz funksiyasını yerinə yetirə bilmirdi. 1993-cü ilədək olan dövrlərdə məhkəmə orqanlarının belə zəifləməsi cəmiyyətdə hərc-mərcliyin baş alıb getməsinə, qanunların hər addımda kobut surətdə pozulmasına və insan hüquqlarına məhəl qoyulmaması ilə nəticələnmişdir. Dövlət idarəçiliyinin digər qollarında-icra və qanunverici hakimiyyətdə baş verən hərc-mərclik "demokratik dəyişikliklərin” aparılması məhkəmə hakimiyyətində də belə dəyişikliklərin baş verməsi ilə nəticələndi.
(ardı var)
Mayis Güləliyev, mayis_gulaliyev@yahoo.com
|
Категория: Azərbaycan |
Просмотров: 1484 |
Добавил: admin
| Рейтинг: 5.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|