Главная » 2011»Август»12 » Azərbaycanda islamçılara qarşı yeni həbs dalğası başladı
14:09
Azərbaycanda islamçılara qarşı yeni həbs dalğası başladı
Azərbaycanda islamçılara qarşı yeni həbs dalğası başlayıb. AİP-dən Turana verilən məlumata görə, dünən axşam partiyanın təşkilati məsələlər üzrə sədr müavini Arif Qəniyev oğlu Yaşar Qəniyev ilə birgə mülki geyimlilərin hücumuna məruz qalarıblar. Onlar zorla maşına mindirilərək naməlum istiqamətə aparılıb. Onların evində axtarış aparılıb.
Qəniyevin qohumlarının əldə etdikləri məlumata görə, onlar MTN-in Sumqayıt bölməsinə aparılıb. Bir neçə saat sonra Yaşar Qəniyev sərbəst buraxılıb.
Vəkil Anar Qasımov Turana bildirib ki, hələlik A.Qəniyevin nədə ittiham olunması barədə heç bir məlumatı yoxdur.
Partiya sədrinin birinci müavini Elçin Manafovun Turana verdiyi məlumata görə, dünən daha bir ruhani - Hacı Abgül Süleymanov İsmayıllı rayonunun Lahıc kəndində qaynatasının evində olarkən həbs edilib.
Bundan başqa, mülki geyimli şəxslər islamazeri.az saytının baş redaktoru Ramin Bayramovu saxlayaraq. naməlum istiqamətdə aparıblar.
Axşam saatlarında MTN əməkdaşları onun evində axtarış aparıblar, bu zaman əl qumbarası, 1 tapanca və müəyyən miqdarda narkotik maddə aşkarlanıb. Bu barədə Turana Bayramovun vəkili Elçin Namazov məlumat verib. Vəkilin spzlərinə görə, müvəkkili şübhəli şəxs qismində saxlanılıb, bu gün ona qarşı ittiham irəli sürülməlidir.
MTN-dən hər-hansı məlumat və ya şərh almaq mümkün olmayıb.