Главная » 2013»Январь»2 » "Azərbaycanda hakim qruplaşma kürd, naxçıvanlı və yerazlardan ibarətdir"
17:16
"Azərbaycanda hakim qruplaşma kürd, naxçıvanlı və yerazlardan ibarətdir"
"Azərbaycanda hakim qruplaşma kürd, naxçıvanlı və yerazlardan ibarətdir" Heydər Camal Azərbaycan haqda sensasiyon açıqlamalar verib
H.Camal: "Türk hesab etdiklərimizin yarısı kürdlərdir.”
Rusiya İslam Komitəsinin sədri Heydər Camal profliqa.blogspot.com saytına müsahibəsində Azərbaycan, Türkiyə və İran haqqında bir sıra sensasiyon açıqlama verib. Onun sözlərinə görə, İranın hakim təbəqəsi əsasən etnik türklərdən ibarətdir.
Camal deyib: "Rəhbərdən başlayaraq İran hakim təbəqəsinin yarısı türklərdi. Əhmədi Nejad da talışdır. Onu da azərbaycanlı hesab etmək olar. Hər iki ayətullahdan biri türkdür. İran 1935-ci ildən "Persiya” adından imtina etmişdir. Eh kaş azərbaycanlılar SSRİ-də də bu cür mövqelərə sahib olardılar..!”
Ata tərəfindən azərbaycanlı olan politoloq Türkiyə barəsində sualı cavablarən isə unları deyib: "Türklər İranda daha böyük söz sahibidirlər nəinki Türkiyənin özündə. Ərdoğan özünü açıqca "Etnik laz” yəni gürcü adlandırır. Türk hesab etdiklərimizin yarısı kürdlərdir.
Azərbaycanda hakim qruplaşma kürd, naxçıvanlılar və yerazlardan ibarətdir. Bu cür baza ilə İrana qarşı səs-küy salmaq gülüncdür.”