Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Ноябрь » 10 » Azərbaycanda dindarlıq və millətçilik
18:42
Azərbaycanda dindarlıq və millətçilik
Son illər Azərbaycanda dini sahədə yazan yazar və jurnalistlər ordusu yaranıb. Hətta bəzilərinə "şeyx”, "ustad”, "alim” kimi də müraciət edirlər. Dini sayt, qəzet və informasiya ağentliklərinin sayı da çoxalıb. Onların içində dini və jurnalistika cəhətindən profesional təsisatlar da mövcuddur. Lakin əksəriyyətinin dini məsələlərə baxışı və onun jurnalistika cəhətindən işıqlandırılması primitiv və həvəskar formadadır. Lakin sözü gedən insan və resursların ölkədə dini maariflənmədə və dindarların hüquqlarının müdafiəsində rolu əvəzedilməzdir və qiymətləndirilməlidir. Lakin millətçilərə, xüsusən pantürkistlərə, ümumiyyətlə "milli məsləyə” münasibətləri birmənalı və qənaətbəxş deyil.
   
Bu mənada "Nəbz” qəzetində Vüsal Hətəmovun "MİLLİ-DİNİ İDEOLOGİYA və SABAHKI AZƏRBAYCAN” məqaləsi ölkədə millətçilik  və onun ölkəyə verdiyi və verə biləcəyi fəsadların dəqiq ünvanını göstərmək baxımından çox təqdirə layiqdir. Xüsusən məqalə müəllifi pantürkist düşüncənin ölkənin rəsmi və ictimai şəxslərinin dilindən səslənməsi və bu ideologiyanın rəsmi qeydiyyatdan keçən təşkilatlar tətəfindən məqsədli yayılması məsləsini dəqiq analiz edir. Lakin məqalə müəllifi milli məsələ barəsində və ölkədə yaşayan qeyri-türklərin ictimai-siyasi həyatı ilə bağlı dəqiq təsəvvürlərə malik olmaması onun bir sıra ciddi səhvlərə yol verməsinə gətirib çıxarmışdır.
    
Müəllif məqalədə qeyd edir ki, "Respublikamızda əhalisi az olmayan digər millətlər də mövcuddur. Bunların içərisində ləzgi, talış, rus, kürd millətləri əhalisinin sayına görə nisbətən digər azsaylı etniklərdən üstünlük təşkil edir”. Göründüyü kimi müəllif ilk fikrində türkdilli olmayan xaqları "əhalisi az olmayan digər millətlər” adlandırsa da, cümlənin sonunda onları "azsaylı etniklər” adlandırır. Cümlənin əvvlində "az olmayan millətlər” cümlənin sonunda niyə "azsaylı” olur, anlamaq olmur. Ümumiyyətlə məqalədə dəfələrlə türkdilli olmayan xalqlar "azsaylı xalqlar” adlandırılır. Nədənsə bu "milli azlıqlar”, "dini azlıqlar” və "cinsi azlıqlar” kəlmələri son dövrlər çox işlənən triadaya dönüb. Hətta bəzən ümumi formada onlar "azlıqlar” adlandırılır. Məncə bu triada içərisində nə millətlər nə də dindarlar adlarının çəkilməsini istəməzər. Cinsi azlıq nümayəndələrinin nə firiləşdiyini isə demək çətindir. Bəlkə də onlara bu xoşdur, lakin millətlər və dindarlar üçün  bu hal hökmən qıcıqlandırıcı situasiya yaradır. Məqalədə dəfələrlə ölkədəki digər xalqların "etniklər” formasında adlarının hallanmasını da anlamaq çətindir. Müəllif Azərbaycanda hətta rusları etnik azlıq hesab edir. Belə çıxır ki ruslar Rusiyada ölkənin hakim xalqı olduğu üçün "millət”  lakin Azərbaycanda "etnik”dirlər. Onda belə çıxır ki, türklər Azərbaycanda "xalq”, ancaq İranda "etnik”dirlər? Bir xlaq həm millət həm də etnik qrup necə hesab oluna bilər? Ya "azsaylı” anlayışını götürək. "Azsaylı” stausunu müəyyənləşdirən kriteriyalar görəsən hasılardır? Xalqın sayı neçə nəfərdən çox olmalıdır ki, o etnos və millət, neçə nəfərdən az olmalıdır ki, milli azlıq və etnik heab olunsun? Bu ikili standartı millətçi dairələrin dilindən eşitmək və digər xalqlara "azlıq və etnik” demək adamı təəccübləndirmir, lakin dindar dairələr tərəfindən bunların səsləndirilməsi təssüf və təəccüb hissidoğurur.
    
Müəllif Dövlət Statistika Komitəsinin məlumatına əsaslanıb Azərbaycan əhalisin 90,6 faiz türk olduğunu yazır. Lakin bu komitənin rəsmi saytında ölkə əhalisinin 91, 6 faiz azərbaycanlı yalnız 0,4 faizinin türk olduğunu yazır. Yəqin müəllif rəsmi sənədlərə deyil ictimai fikrdə formalaşdırılanlara istinad edib. Əvvəla Dövlət Statistika Komitəsinin rəqəmləri həqiqəti əks etdirmir. Bu faktı qoyaq qırağa. Sonrası isə ölkədə olan türklər və digər millətlər də siyahıyaalınmalarda "azərbaycanlı”  adı altında qeyd edilib. Nəticədə özlərini "türk”, "talış”, "ləzgi” və sair hesab edənlərin sayı rəsmi statistikada kəskin azalır. Lakin sonradan mətbuatda və hətta elmi ədəbiyyatda özlərini "azərbaycanlı” hesab edənlər onların iradəsinə zidd olaraq "türk” kimi qələmə verilir. Lakin sonra müəllif özü əvvəli fikrini anlaşılmaz hala gətirərək qeyd edir ki, "Millətçi təşkilatlar "azərbaycanlı” deyəndə ancaq türkləri nəzərdə tuturlar”.  Daha sonra müəllif yazır ki, "”türkəm”, "talışam”, "ləzgiyəm” kimi fikirlər deyənlər ancaq milləti parçalamaq naminə işlədilir və  ancaq "mən azərbaycanlıyam” cümləsi işlədilməlidir. Şübhəsiz bu fikirləri işlədənlərdən xalqı parçalamaq naminə işlədənlər mövcuddur. Lakin anlamaq olmur ki, öz milli mənsubiyyətini bildirmək niyə milləti parçalamaq kimi başa düşülməlidir? Azərbaycanda yaşayan bütün vətəndaşlar "mən azərbaycanlıyam” kəlməsini işlətməlidirlər və işlədirlər. Özünü "azərbaycanlı” hesab etmək ancaq "türk olmaq” mənasında olmadığı kimi, şübhəsiz ki "talış”, "ləzgi”, "tat”, "kürd” və sair olmamaq mənasında da anlaşılmalı deyil. Biz bir Azərbaycan vətəndaşı olaraq "azərbaycanlıyıq” və vətənimiz üçün konstitusiyada göstərilən vəzifələri icra etməliyik.
    
Müəllif tez-tez Türkiyəni misal gətirərək qeyd edir ki, bu dövlətdə rəsmən hamı "türkiyəli ” hesab olunur. Bir qədər də irəli gedərək qeyd edir ki kürdlər və hətta ermənilər də bu ölkədə özlərini "türkiyəli” heab edirlər. Lakin müəllif ciddi səhvə yol verir. Türkiyədə bütün əhali rəsmən "türkiyəli” deyil "türk” hesab olunurlar. AB, AŞPA və Türkiyə xalqları uzun illərdir bu yanlışlığın aradan qaldırılmasını Türkiyə hökumətindən davamlı tələb edirlər. Türkiyədə bu kimi pantürkist, kamalist və millətçi düçüncələrin təzahürüdür ki, xalqlar bir-birinə düşmən kimi baxır və hətta silah çəkib biri-digərini qətl edirlər. Erməni və kürd məsləsi buna bariz nümunədir. Bu mənada Azrbaycan Türkiyəyə nümunə olmalıdır, nəinki Türkiyə bizə. Bu pantürkist və millətçi düşüncələr əslində elə Türkiyədən ölkəmizə sirayət edir. Allah qoysa, Türkiyə modelini nümunə götürən və hakimiyyət uğrunda mübarizə aparan millətçi quvvələr hakimiyyətə gəlməzlər və biz bu problemləri heç vaxt yaşamarıq.
    
Müəllif qeyd edir ki, "Biz türkçülüyümüzlə fəxr edirik və  bu ölkədəki etniklər bu dövlətin inkişafında ən azı mənəvi cəhətdən azəri türklərinə borcludurlar”. Özünü islamçı hesab edən müəllif bilməli idi ki, nəinki öz millətinlə, hətta öz dininlə belə fəxr etmək quran ayələrinə birbaşa ziddir. Quranda bu açıq göstərilir. Müəllif digər xalqları türklərə borclu bilir, özü də "ən azı mənəvi cəhətdən”. Belə çıxır ki maddi cəhətdən də borclu hesab oluna bilərlər. Düzü mən bu fikri anlamadım. Niyə bir xalq digərinə borclu olmalıdır? Əksinə bütün dünyada ölkənin titul xalqları özlərini digər xalqlara borclu hesab edirlər. Məsələn ABŞ-da anqlo-sakslar özlərini daima qaradərili zəncilərə və qırmızıdərili hindulara borclu hesab edirlər. İslama, qanunlara və insanlığa görə isə Azərbaycanda yaşayan bütün xalqlar və inasanlar biri-digərinə insani, dini və mənəvi cəhətdən borcludurlar.
    
Müəllif qeyd edir ki, "insanpərvər nəzəriyyələrdə və islamda millətçilik prinsipləri əsas tutulmur”. Lakin millətçiliyin nədən ibarət olduğunu açıqlamır. Əgər söhbət mənfi millətçilikdən gedirsə, bu doğrudur. Lakin bunu umumi götürmək və sanki xalqlar və millətlərə aid islamda heç nə mövcud olmadığını fikirləşmək və hətta islamın bu məsələyə sanki "görməməz” yanaşmasının mövcud olduğu təsəvvürü yaradılır.  Sanki Allah bu dilləri və xalqları mənasız yaradıb. Islamda hətta dırnaqların tutulmasına aid tövsiyə mövcuddursa, din milli məsələyə bu cür etinasız yanaşa bilərmi? Millətçiliyin mənfi cəhətinə görə onun müsbət yönləri inkarmı olunmalıdır?
    
Müəllif "Peyğəmbərin xilafəti dövründə türk də, ərəb də, fars da bir hüquqda idi” fikri ilə sanki unudur ki, peyğəmbərin sağlığında xilafət Ərəbistan yarmadasında belə tam yayaılmamışdı və bu dövlətə hələlik qeyri-ərəblər toplu halında daxil deyildilər. "Türk dilini ilk dəfə dövlət dili hesab edən Şah İsmayıl Xətai...” fikri ilə müəllif  yəqin "Xətai” təxəllüsü ilə Şah İsmayıl Səfəvinin həm də şair olmasını nəzərdə tutur. Lakin nədənsə onun ilk dəfə türk dilini dövlət dili hesab etməsini yazmaqla elə millətçi tarixçilərə əsaslanır. Məgər o dövrdə "dövlət dili” anlayış və stausuı olub? XV əsrdən əvvəl türk dövlətləri olmayıbmı?  Onlar öz dillərinə biganəmi olublar? Bəs Altaylarda, Orxon-Yenisey hövzəsində, Türküstandakı dil abidələri ayrı-ayrı fərdlər tərəfindənmi yaradılıb? Türk dövlət və qurumlarının bunda Şah İsmayıl Səfəvi qədər rolu olmayıbmı?

Rabil ABDİNOV
kadusya@box.az

 

Категория: Azərbaycan | Просмотров: 1829 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus