Bu gün sosial şəbəkədə haqq şairi Əli Nasirin tarixi bir ifası paylaşdırılıb. Bu şairin 1989-cu ildə çoxminli kütlə qarşısında ifa etdiyi "Ana Vətən" marşıdır.
Təxminən 2 dəqiqədən ibarət olan bu ifa çox böyük mətləbləri özündə əks etdirir. Haqq şairinin haqq yolunda dayanaraq ana vətən uğrunda çağırışı, kütlənin simasında qeyri-adi adlandırıla biləcək həsrətli baxışlar, onun Şairlə birgə ifası, bir çoxlarının üzündə göz yaşları bu gün də öz aktuallığını qoruyub saxlayır.
Şair öz rolunu oynadı. Xalq hərəkatının "marselyoza"sının sədaları altında Azərbaycanda müstəqillik bayrağı dalğalandı. Lakin çox keçmədi müstəqillik dekarasiya formasını aldı. Ən dəhşətlisi isə Şairin ömrünün yeddi ili uğrunda mübarizə apardığı müstəqilliyin həbsxanasında keçdi...