Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2010 » Декабрь » 30 » Azərbaycan irqçilərin "separatçılıq" xofu
17:22
Azərbaycan irqçilərin "separatçılıq" xofu
("Millətim” qəzetinin 9-15 dekabr 2010- ci il tarixli sayında Elnur Eltürk adlı birisinin  "Separatçıların Talışıstan arzusu” cıma-qarası ilə bağlı)

SSRİ-də yenidənqurma başladığı vaxtlar, konkret olaraq 80-ci illərin sonlarında bu gün özlərini türk millətçisi kimi qələmə verənlərin ERMƏNİ dayıları üstümüzə qalxdılar. 1988-ci ilin məlum hadisələrində bir çox qətllər törətdilər. O vaxtlar bu gün ifratçı-millətçi xəstəliyinə tutlmuşlara oxşamışlar çıxırdılar televiziya ekranlarına, ermənilərə yaltaqlanaraq qonşuluqdan, qohumluqdan ağızdolusu danışırdılar. Hələ dünyasını dəyişmiş şair-yazıçıları demirəm, lap elə bu gün millətə saxta vəkillik edən, QHT-lər yaradıb, haram neft pulları hesabına maliyələşən məddahları demirəm...

Məlumdur ki, talışlar ilk günlərdən etibarən hadisələrə isti-isti, konkret vətənpərvərlik münasibəti bildirdilər. Topxanada ermənilər meşələri qırmağa başlayanda, ilkin olaraq Lənkəranda talışlar ayağa qalxdı. Moskvanı silkələmək üçün İrandan gələn "Sovtrans” yükdaşıyan maşınların qarşısı kəsildi. Bu dalğa Talış bölgəsini - Astara, Lerik, Masallı, Cəlilabad rayonların əhalisini ayağa qaldırdı. Az keçmədi, qurumsaqların indi düşmən hesab etdikləri Əlikram Hümmətov Milli Azadlıq Hərəkatına rəhbərlik etməyə başladı. Cəlilabadda Miralim Bəhrəmov Talış bölgəsinin qeyrətli kişilərini başına toplayıb Bakıya piyadə yürüş etdi (Bu olaylar o vaxtlar Moskva telekanallarda mütəmadi göstərirdi). Nəhayət, 15 noyabr 1988-ci il tarixdə Azərbaycan xalqı, ilk sıralarda talışlar olmaqla Azadlıq meydanına daxil oldu...

Amma o vaxtlar bu günün millətçi məmurları və yaltaq ziyalılar hələ də ermənilərə və onları qısqırdan Moskvaya məddahlıq edirdilər, tərəddüd içində çabalayırdılar. Yeri gəlmişkən deyim ki, o vaxtlar paytaxt ziyalıları gizlənmişdilər.  Sonralar özlərini xalqın lideri kimi Azərbaycana xalqına sırıyanlar meydana - xalqın qabağına çıxmağa ilk günlər cəsarət etmədilər. Məhəmməd Təntəkin, Xəlil Rza, Mənsur Əlison kimi talışsoylular rəhbərlik edirdilər meydan hərəkatına!

O meydanı dağıtmaq üçün çox təxribatlara əl atıldı, məhz Azərbaycanın aborigen etnosların nümayəndələrinin nümayiş etdirdikləri əsl həmrəylik sayəsində bütün təxribatlar dəf edildi. Bu proseslərin nəticəsi kimi meydana gələn Azərbaycan dövlətini bizə ərmağan edənləri bu gün bir para məxluqlar separatçı adlandırır.

O vaxtlar bir tarixi həmrəylik var idi. Bu tarixi həmrəylikdən yararlanan qurmsaqlar maskanlanmış vəziyyətdə hakimiyyətə gəldilər, Azərbaycan etnoslarının birlik, həmrəylik, azərbaycançılıq əqidəsinə xəyanət etdilər, ifrat türkçülük ideyasını süni surətdə Azərbaycana yeritdilər: "Türkün türkdən başqa dostu yoxdur”, "Tanrı türkü qorusun” kimi faşistsayağı şuarları dövlət ideoloqiyası səviyyəsinə qaldıraraq  milli ayrı-seçkilik və separatçılıq etməyə başladılar...

O vaxtlar könüllü olaraq 4 körpə və məktəbli uşağımı atama tapşırıb, anamın xeyir-diuası ilə Qarabağ savaşına gedib 7 il Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişəm. Goranboy, Tərtər və Ağdərə istiqamətində gedən qanlı döyüşlərdə iştirak etmişəm. Milli qəhrəmanlarımız Yusif Mirzəyev, Kərim Kərimov, Şikar Şikarov kimi oğullarla əsl dost, qardaş və sirdaş olmuşam. Onlar azadlıq göyərçinləri idilər. Allah yanında da şəhidlik məqamına yetişdilər...

Uzun illər sonra oğlum Naxçıvanın Şahbuz rayonunda bir il altı ay ancaq səngərdə xidmət edib, çimmək, isinmək nə olduğunu bilməyib. Tərxis günündən - 2004-cü ildən bu günədək böyrəkləri müalicə olunur...

Milli mənsubiyyəti naməlum olub, öz soy kökündən imtina edərək, işi-gücü "türk" məhfumuna müxtəlif qondarma sozlər yapışdırıb özləri üçün soyad düzəldənlər hansısa formada gündəmdə qalmaq üçün özlərinə mövzü tapıblar. Hətta gözücü təhlil aparmaqla məlum olur ki, bu zatların əls məqsədləri "talış" mövzüsünü gündəmə gətirməklə Vətənimizi boğaza qədər çirkaba düşməsinin əsl səbəblərini ört-basdır etməkdən başqa bir şey deyil. Belə olmasaydı bu zavallılar heç olmasa mütəmadi Ermənistandakı iqamətgahlarına vaxtaşırı gedən ermənipərəst nazirlərədən, habelə Azrbaycanda vəzifə başında olan erməni əsilli dayılarından yazardılar (deyilənlərə inansaq, belələrinin sayı Azərbaycanda 3 mindən çoxdur).  Maraqlıdır, görəsən onlara belə şəraiti talışlar yaratmayıb ki?

Hələ onu demirik ki, Xocalı boyda əsrin faciəsinə Azərbaycan Milli Məclisi hələ də hüquqi qiymət verməyib, Görən nədən bu məsələ hökumətin marağında deyil? Bəlkə səbəb talışlardır?

Bu gün Talışda Xocalıdan beşbətər faciələr baş verir. Cana doymuş əhali çıxış yolunu üstlərinə neft töküb özlərini yandırmaqda görürlər.

Bəli, bu həmən Talışstandır ki, burada hər bir xirda kəndin qəbristanlığını belə Qarabağ döyüşlərində şəhid olmuş ən azı 5-6 şəhid qəbri bəzəyir. Və bu gün də şəhid tabutları Talışstana gəlməkdədir. Görəsən nədən belə mövzular "türk" sözündən özlərinə familiya düzəldənlərin diqqətini cəlb etmir?

Azərbaycanda cirkab içində bulunmayan təkcə beşikdəkilərdir. Bu günkü duruma görə bu məmləkətdə hər kəs ləkəlidir və ən azından heç kəs şübhə etməsin ki, nə vaxtsa ALLAH qarşısında etdiklərinə görə cavab verəcək.

Azərbaycanın köklü xalqlarına qarşı faşistsayağı mövqe nümayiş etdirənlərin qulaqları heç cür eşitmək istəməzlər ki, bu günümüzün Milli Qəhrəmanı, Biləsuvar rayonunun Əliabad sakini Mübariz İbrahimov da əslən Lerikli, talış balasıdır. Əlbəttə bu irqçilər üçün Mübariz kimi oğulların necə və cür şəhid olmaları maraqlı deyil.

Məlumdur ki, hətta beşinci, altıncı dərəcəli məmurlarımız belə övladlarını orduya göndərmirlər. Özləri üçün qanun çıxarıblar: Hər bir çağırışçı doğulduğu yerdən 180-250 km aralıda əsgərlik xidməti etməlidir. (?) Demək qərb zonası və mərkəzi rayonların, iri şəhərlərin uşaqları Lənkəranda, Qubada istirahət etməli, talışlar, ləzgilər... isə Qarabağda şəhid olmağa, bir qismi də Naxçıvana, orada xidmət edən yerli əsgər və zabitlərin zülmlərinə məruz qalmağa getməlidir... Bəlkə separatçılıq və separatizm məhz belə dözülməz şəraiti yaradanların əməllərində axtarmaq lazımdır?!

Şübhə etmirik ki, aranı "talış" mövzusu ilə qatmağa cəhd edən ifratçı-böhtançı-millətçi türklərin əksəriyyəti heç əsgərlik etməyib, bir çoxlarına Azərbaycanın başına gələn bəlalardan diqqəti yayındırmaq üçün neft pullarından tula payı ayrılaraq, "separatçılıq" cəfəngiyatları ilə gündəmi zəpt etmək tapşırığı verilib. Necə deyərlər öz gözündə tiri görməyib, namərlərə uyub mərd gözündə tük seçirlər!

Mətləb DADAŞOV,
(Qarabağ müharibəsi veteranı)

Категория: Талыш xəbərləri | Просмотров: 3532 | Добавил: admin | Рейтинг: 4.0/1
Всего комментариев: 1
1 rufa2011  
2
Eziz baci ve qardaslar,

Men ne milletimi ne de xalqimi: avar, talish, lezgi, kurd olaraq bolmedim. Biz hemise bir mehellede en gozel qonsular kimi yasadiq. Irqcilikle mesqul olan "alimler" ozleri ele agildan kenar adamlardi. Her bir milletin, ailenin icinde yaxsisida var, piside var. Bu represiyalar, qurbanlar hepsler tekce sizler ucun deyil butun azerbaycanlilar ucun oynanilan kirli bir siyasi oyundu. Biz bu oyunlarda ishtirak etmeyek hec bir vaxt, eksine daha six dostlugumuzu davam etdirek. Men eslen azerbaycanliyam, ve sizin haminiz, koklu azerbaycan vetandaslari olan talishlarda menim eziz qardas ve bacilarimsiniz. Hec vaxt bu iyrenc rejimin apardigi, iyrenc oyunlara gore bir-birimize kec baxmayaq, biz hamimiz azerbaycanliyiq, bura hamimizin Vetenidi, ve esas genclerimizin, usaqlarimizin ve hemcinin ozumuzun rifahimiz ucun mubariz olaq....Haminiza hormet ve ehtiramla...R.Mammadova


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus