İsrail Müdafiə Nazirliyi Azərbaycana dəyəri 1.6 milyard dollar olan hərbi müqavilənin şərtlərinə əsasən pilotsiz təyyarələr və raket əleyhinə müdafiə sistemlərini satacağını bildirib. "Associated Press”in xəbərinə görə, İsraillə Azərbaycan arasında1.6 mliyardlıq müqavilə İranın yəhudi dövlətinə təhdidlərinin artdığı zaman imzalanıb. İsrail bu müqavilə və digər addımları ilə Tehran rejiminə qarşı diplomatik alyansın yaradılmasını planlaşdırır.
Müqavilənin şərtləri arasında İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsi ilə bağlı rəsmi Bakıyla razılaşmasının olub-olmasına dair dəqiq informasiyalar yoxdur. İsrailli hərbi rəsmilər bu ehtimalı şərh etmək istəmirlər. Səbəb isə hərbi müqavilələrin detallarının açıqlanmasına qoyulan qadağadır. Müqaviləylə bağlı şərh verən "Mossad”ın xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Dani Yaatın sözlərinə görə, İsrail İranın təhdid və təhlükələrinin artdığı bir vaxtda öz müttəfiqlərini silahlandırmağa davam edəcək.