Hədəfdə Ocaqnejaddır, onu Azərbaycandan qova biləcəklərmi?
"İran Mədəniyyət Mərkəzi" fəaliyyətini dayandırmalı və Ocaqnejad Azərbaycanı tərk etməlidir" - bu fikirləri Prezident Administrasiyasının kurasiyasında olduğu siyasi çevrələrdə heç kimdə şübhə doğurmayan politoloq Mübariz Əhmədoğlu səsləndirib.
M.Əhmədoğlu daha sonra əlavə edib: "Heç kim bilmir ki, bu struktur nə işlə məşğuldur. Ocaqnejad kimdir, molladır, ya siyasətçi?! O, din xadimlərini, ekspertləri başına yığıb siyasi təhlillər edir. Informasiya və kommunikasiya sahəsində nüfuzlu şəxslərlə əlaqə yaradıb, iş birliyi qurur. Iranı lazımi informasiyalarla təmin edir. Dində belə qeyri-şəffaflığa yer yoxdur. Şəffaf olsa belə, bu struktur Azərbaycanı tərk etməlidir. Bütün problemlərin mənbəyi o insan və o strukturdur”.
M.Əhmədoğlunun bu fikirlərini ekspertlər Iranla Azərbaycan arasında yaranan gərginliyin daha yüksək çevrələrə sirayət etməsi kimi qiymətləndirirlər. Rəsmi Bakı artıq Irana aşkar meydan oxumağa başlayır. Çünki höccəttülislam Əliəkbər Ocaqnejad Azərbaycanda təsadüfi adam deyil. Onun ölkənin xüsusən Cəfəri məzhəbinə inanan kəsimi arasında böyük nufuzu və təsir imkanları var. Bu adamı hədəfləmək yaxın günlərdə daha dramatik hadisələrə şahidlik vəd edir.
Ocaqnejad 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Keçmiş təhlükəsizlik xidməti əməkdaşının verdiyi məlumata görə, höccəttülislam Ocaqnejad 1993-cü ildə "Təzəpir” məscidində panislamizm təbliğatı apardığına görə nəzarətə götürülür. Ancaq 1993-cü ildə MTN Höccəttülislam Ocaqnejadı həbs etmək əməliyyatı hazırlasa da, naməlum səbəblərdən bu, baş tutmayıb.
Bakıdakı Zooparkın yaxınlığındakı məscid Ocaqnejad Ağanın məscidi kimi tanınır. Ora toplaşanların hamısı istisnasız olaraq Ocaqnejadı avtoritet kimi qəbul edirlər.
Necha il bir vazifada olmaq olar? Chxib getsin da! O Iran madaniyyati uchun na edib? Iranin tarixi barasinda broshur bela chap olunmayib...Dini kitab chap etmakdirsa ishi bunu ushaqlar da bacarar...İraın Azərbaycan dilində xəritəsi belə yoxdur...Vaxti ila o dinn tabligi uchun chox shey edibşşİndi abri ila chixib getsin da...Diktatura deyil ki bu markaz
,,М. Ахмедоглу даха сонра елаве едиб: Хеч ким билмир ки, бу структур не ишле мешгулдур. .....Шеффаф олса беле, бу структур Азерб.-ны терк етмелидир.,, ГДЕ ЛОГИКА ?! В Азерб.-не каждый Чабан Бараноглы пишет всякую ерунду, без всякой ответственности....
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]