Главная » 2012»Май»21 » Azərbaycan deputatları erməni soyqırımı memorialını ziyarət edib
22:53
Azərbaycan deputatları erməni soyqırımı memorialını ziyarət edib
Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) plenar iclası keçirilir. "ТалышИнфо" xəbər verir ki, iclasda iştirak etməyə gələn Azərbaycan nümayəndə heyəti Yerevanda erməni soyqırımı abidəsini ziyarət etmişdir.
Xəbər verildiyi kimi Yerevandakı tədbirə qatılan Azərbaycan nümayəndə heyətinin tərkibinə deputatlar Asəf Hacıyev, Musa Quliyev və Jalə Əliyev daxildir. Agentliyin məlumatına görə nümayəndə heyəti bu gün erməni soyqırımı qurbanları memorialında olmuşlar. Qonaqları QDİƏT PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Qaqik Minasyan müşayiət edib.
Millət vəkilləri Asəf Hacıyev, Musa Quliyev və Jalə Əliyev erməni soyqırımı muzeyi-İnstitutunda olmuşdur. Onlar muzeyin fəxri qonaqları kitabına rəy də yazıblar. "ТалышИнфо"-ya xəbəri ötürən mənbə bildirir ki, erməni soyqırımı qurbanlarının memorialının ziyarəti rəsmi Bakı ilə müzakirə olunub. Razılıq veriləndən sonra Azərbaycan nümayəndə heyəti xatirə memorialı və muzeyi ziyarət etmişdir. Azərbaycan Parlamenti adından parlament üzvləri "qardaş xalqın" genosid qurbanlarına etiram əlaməti olaraq qırmızı güllə bəzədilmiş əklil qoymuşlar.
Bir az əvvəl millət vəkili Jalə Əliyeva mətbuata bildirmişdi ki, Ermənistana səfər etmək üçün çox səy göstərmiş və belə bir imkanı əldə etdiyinə görə xoşbəxtdir... Onun fikrincə, Yerevan səfəri - bir məsuliyyətdir və o, buna tam hazırdır: "Hesab edirəm ki, heç bir xalq müharibə istəmir. Bu mənim üçün məsuliyyətli səfərdir və mən qorxu, həyəcan hiss edir, lakin təhlükə haqqında fikirləşmirəm", - Panorama.am saytında bildirilir.
Xatırladırıq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının 39-cu plenar sessiyasında sədrlik Ermənistandan Azərbaycana keçməlidir.