Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 26 avqust 2011-ci il tarixində Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Nazirliyin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 26 avqust 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir.
Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cenevrə Müzakirələrini tam dəstəkləyir və münaqişənin həlli istiqamətində hazırkı nizamlama prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə inanır.