Lankon məhkəməsi "Xural” qəzetinin əməkdaşı, tanınmış jurnalist Aydın Canıyevi 3 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə jurnalisti AR Cinayət Məcəlləsinin 221.2.2 maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) üzrə təqsirli bilib. Bir saat əvvəl bitən məhkəmə A.Canıyevin vəsatətlərini rədd edib.
Məhkəmə prosesində prokuror 4 il iş tələb etsə də, hakim 3 il azadlıqdan məhrumetmə cəzası kəsib. Aydın Canıyev vəkildən imitna edib və özü özünü müdafiə edib.
Xatırladaq ki, A.Canıyev sentyabr ayında saxlanılıb. O, vətəndaş Zemfira Xəlilovanı təhqir etmək, Lankonın Səpnəkon kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunaraq inzibati həbs cəzası almışdı. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi qaldırılıb və Lankon Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
Aydın Canıyevin cinayət məsuliyyətinə cəlb olunması məsələsini Lankon Dövlət Universitetinin pedaqoji heyəti də qaldırıb. Onların şikayətinə jurnalistin "Xural” qəzetində getmiş məqaləsindəki bəzi ifadələr səbəb olub.
Jurnalist Lankon Rayon Polis Şöbəsinin təcridxanasında saxlanır.
allah qapısını açsın, amma yazılarında çoxlu qeyri-dəqiqlik var idi, məs: yazırdı ki, Cahangir Paşazadənin qızı axundun ikinci arvadıdır, çzü ilə söhbət zamanı məlum oldu ki, axundun ikinci arvadı Cahangir Paşazadənin bacanağının dostunun qızıdır, onun Paşazadələrə nə dəxli? nə isə, yenə də allahdan ona tezliklə azadlıqda olmaq arzu edirəm
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]