Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun böyük oğlu Azad Mütəllibov vəfat edib. Xəbəri təsdiqləyən ASDP həmsədri Araz Əlizadə bildirib ki, 49 yaşlı Azad Mütəllibov avqustun 8-də vəfat edib. Mərhum ağır xəstəlikdən əziyyət çəkirmiş. Onunla vida mərasimi avqustun 9-da Təzə Pir məscidində olacaq.
Ayaz Mütəllibovun ölkəyə qayıdıb dəfn mərasimində iştirak edə biləcəyi ilə bağlı sual isə hələ ki, açıq qalır. Araz Əlizadə bu məsələni şərh etmək istəməyib.
Bir neçə il əvvəl Ayaz Mütəllibov atasının dəfnində də iştirak edə bilməmişdi.
Ayaz Mütəllibovun ölkəyə gəlməsi üçün dövlət rəhbərliyi səviyyəsində ona təhlükəsizlik təminatı verilməsini istəyir.
Ayaz Mütəllibov 1990-1992-ci illərdə Azərbaycana rəhbərlik edib. Ölkənin ilk prezidenti olub. 1992-ci ildən Moskvada mühacirət həyatı yaşayır.
1993-95-ci illərdə Ayaz Mütəllibov barəsində cinayət işi açılıb və barəsində axtarış elan edilib.
Son məlumatlara görə vaxtilə
Ayaz Mütəllibovun hüquqlarının müdafiəsi komitəsinin sədri olmuş Şeyx
Əbdül AzadlıqRadiousuna bildirib ki, hazırda sabiq prezidentin Bakıya
gəlməsini gözləyirlər: «Mənə dedilər ki, 18.30 Moskva-Bakı resyi ilə
gəlir və biz də indi aeroporta onu qarşılamağa gedirik».