Главная » 2014»Декабрь»24 » Avropalı komissardan vicdan məhbuslarımıza bayram salamı
14:19
Avropalı komissardan vicdan məhbuslarımıza bayram salamı
Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks 2014-cü ili Azərbaycanda hüquq müdafiəçiləri üçün təhlükəli il hesab edir. Hazırda həbsdə olan hüquq müdafiəçilərinin fotolarını Facebook səhifəsində yerləşdirən cənab Muizneks onları buradan salamladığını yazır:
“Çoxumuz bayramları qeyd etməyə hazırlaşır, mənim fikirlərim isə həyatlarını insan haqlarının qorunmasına həsr etmiş tərəfdaşlarımızın yanındadır. Avropa Şurasının bir neçə üzv ölkəsində bu il hüquq müdafiəçiləri üçün xüsusilə çətin və təhlükəli keçib.
Ən çətin durumlardan birini Azərbaycanda gördüm. Burada hakimiyyət hüquq müdafiəçilərini, media peşəkarlarını və
Avropa Şurasının vətəndaş cəmiyyəti tərəfdaşlarını sistematik hücumlara məruz qoyur. Saxlanan və ya mühacirətə gedənlərin sayı artmaqdadır.
Onları salamlayıram. 2015-ci ildə onların işində ədalətə çatılması və insan haqları işinin təşviqi üçün əlimdən gələn hər şeyi həyata keçirməyə davam edəcəm”.