Главная » 2013»Май»25 » Avropa İttifaqı Hilal Məmmədovun vəziyyətindən narahatdır
00:14
Avropa İttifaqı Hilal Məmmədovun vəziyyətindən narahatdır
"Avropa İttifaqı Azərbaycan hökümətilə apardığı dialoqun vəziyyətindən narahatdır. Belə hərəkətlər prezident seçkləri qarşısında Azərbaycanın imicinin yaxşılaşmasına kömək etmir və onun ATƏT, Avropa Şurası və Şərq Tərəfdaşlığı çərçivəsində üzərində götürdüyü öhdəliklərlə ziddir". Bu cümlələr Avropa Xarici Əlaqələr Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, Regional əməkdaşlıq və ATƏT üzrə direktorluğundan hüquq müdafiəçisi Ataxan Əbilova ünvanlanan məktubdan götürülüb.
Azərbaycanda şərlənərək həbs olunan hüquq müdafiəçisi Hilal Məmmədov ətrafında yaranan vəziyyətlə bağlı yazılan məktubda daha sonra deyilir: "Özünün may ayının əvvəllərində Bakıya etdiyi səfər zamanı kamissar Füle bu məsələləri ən yüksək səviyyədə qaldırmaq imkanına malik olmuşdu".
Məktub müəllifi hüquq müdafiəçisini əmin etmək istəyir ki, Avropa İttifaqı Azərbaycanda insan hüquqlarının vəziyyətiylə bağlı diqqətini artırmışdır. "Demokratiya, insan hüquqları, fundamental azadlıqlar sahəsində Azərbaycanda vəziyyətin ciddi şəkildə yaxşılaşmaya ehtiyacı yaranıb".
Sonda məktub müəllifi bildirir ki, onların Bakıdakı nümayəndəliyi daimi olaraq Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti izləyir və bu istıqamətdə fəal əməkdaşlığa görə cənab Əbilova minnətdarlığını ifadə edib.
Məktubu Direktorluğun rəhbəri cənab Qünnar Vayqand imzalamışdır.