Главная » 2013»Февраль»12 » Avropa Birliyindən Hilal Məmmədovun işilə bağlı növbəti reaksiya
20:32
Avropa Birliyindən Hilal Məmmədovun işilə bağlı növbəti reaksiya
Avropa Birliyinin Xarici Əlaqələr Xidmətinin Rusiya, Şərq Partnyorluğu, Mərkəzi Asiya Regional Əməkdaşlığı və ATƏT üzrə Direktorluğu Azərbaycanda insan hüquqlarının vəziyyəti və Hilal Məmmədovun işilə bağlı növbəti dəfə münasibət bildirib.
Hüquq müdafiəçisi Ataxan Əbilova ünvanlanan məktubda Direktorluğun rəhbəri cənab Qunnar Veiqand bildirir ki, "cənab Hilal Məmmədov barədə aldığım son məlumatlar məndə narahatçılıq doğurur və onun elementar hüquqlarının kobud şəkildə pozula biləcəyi riski qalmaqdadır. Mən Bakıdakı Nümayəndəliyimizdən cənab Hilal Məmmədovun məhkəməsinin gedişi haqqında bizi mütəmadi məlumatla təmin etməyi xahiş etmişəm ki, biz də bu məsələyə insan hüquqlarına həsr ediləcək Azərbaycanla ikitərəfli dialoqumuzda müxtəlif səviyyələrdə müvafiq sürətdə toxuna bilək.
Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanda insan hüquqlarının vəziyyəti barəsində narahatdır. Ölkənin Avropa Şurası, ATƏT və AB qarşısında götürdüyü öhdəliklərə baxmayaraq, biz bu ölkədə demokratiya, insan hüquqlarına hörmət və ən adi insan azadlığı sahəsində əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində hələ də çox işlər görülməsinə ehtiyac olduğunu qeyd edirik".
Bundan sonra cənab Qunnar Veiqand hüquq müdafiəçisindən AB-nin Bakıdakı Nümayəndəliyini cənab Hilal Məmmədovun vəziyyəti ilə bağlı dolğun məlumatlandırılmasını xahiş etmişdir.