Главная » 2011»Октябрь»21 » Məhəmmədəli Axundzadə: Atam və onunla bərəbər həbs olunanlar günahsızdır
23:35
Məhəmmədəli Axundzadə: Atam və onunla bərəbər həbs olunanlar günahsızdır
Rufulla Axundzadənin ailəsi beynəlxalq təşkilatlara yenidən müraciət edəcək
Həbsdə olan AİP-in Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin ailə üzvləri yenidən beynəlxalq təşkilatlara müraciət edəcək. Bu barədə İslamazeri.az-a Rufulla Axundzadənin oğlu Məhəmmədəli Axundzadə məlumat verib. Onun sözlərinə görə atası həbs olunandan sonra BMT, ATƏT-in Bakı ofislərinə, o cümlədən ölkəmizdə olan xarici ölkələrin fövqaladə və səlahiyyətli səfirlərinə siyasi sığınacaq üçün müraciət olunmuşdu. Lakin həmin vaxt məhkəmə istintaqı başa çatmadığı üçün onlara hələlik cavab gəlməyib.
"Biz yenidən müraciət edəcəyik. Atam və onunla bərəbər həbs olunanlar günahsızdır. Onlara bu cür ağır ittihamların sürülməsi insan haqqlarının pozulmasıdır. Məhkəmədə heç bir şey sübut olunmadı. Ancaq atama və digərlərinə 10-12 il həbs verdilər. Bu isə bir daha məhkəmənin siyasi sifarişli olduğunu göstərdi. Düşünürəm ki, bizim müraciətlərimizə baxacaqlar. Yəqin ki, beynəlxalq təşkilatlar bu cür qanun pozuntusunun qarşısında susmayacaqlar.”
M. Axundzadə atasının azad edilməsi üçün bütün hüquqi addımları atacaqlarını da bildirdi.