O, Lomonosov adına Moskva Dövlət Universitetin hüquq fakultəsində təhsil almışdı. Masallı rayon İcraiyyə Komitəsində Təşkilat Şöbə müdiri, sonralar uzun illər Kolatan kənd Soveti sədri, təqaüdə çıxandan sonra ömrünün son illərini həmin kənddə Həmkarlar Komitəsinin sədri vəzifəsində işləmişdi.
Atam dörd dili çox mükəmməl bilirdi:
1. Uşaqlıq illərindən təhsil aldığı Rus dili;
2. Doğma ana Talış dili;
3. Azərbaycan dili;
4. Alman dili.
Keçmiş Sovet dövrünün adamları yaxşı bilir ki, Kənd Soveti Sədri vəzifəsi nə qədər geniş səlahiyyətlərə malik idi. O da, vəzifə səlahiyyətlərini çox yaxşı bilirdi.
Dövlət işlərində işlədiyi müddət ərzində kimisə gudaza vermədi... Hətta Rusiya şəhərlərində həbs edilən vətəndaşlarımızı Moskvadakı dostlarının vasitəsilə təmənnasız azad etdirirdi.
Atam yayın istisində belə qısa qol köynəklə işə getməzdi. Bir dəfə anam ona dedi:
- Ay kişi, bu pencəyində nə var ki, ondan əl çəkmirsən, bişdin axı istidən.
- Ay seyid qızı, mən camaatın qız-gəlinin içinə tarlaya çıxıram, mənə ayıb olmazmı yaxam açıq, qolu qısa köynəkdə olum?
O, bizə heç haram çörək vermədi.
Atamın beş il, anamın isə üç il yataq xəstəsi olması, "Ümumxalq Azadlıq Hərəkatı" dövrünə və mənim könüllü olaraq Qarabağ müharibəsinə getdiyim vaxta düşdü...
Məni mənən daha çox ağrıdan budur ki, atamın vaxtıla işlədiyi Kolatan kəndində indiki "Kənd Soveti Sədri" vəzifəsini icra edən Səyavuş Ağayev hakimiyyətin "dutka"sına oynayıb, 04.12.2017-ci il tarixdə qurama ittihamla 30 sutkalıq həbsimə qanunsuz olaraq şərait yaratdı...
Görünür, o, mənim "Əsrin üzəduranları" başlıqlı məşhur məqaləm barədə məlumatlı deyil. Guman ki, o mövzuya bu dəfə daha sərt və ən xırda detalları ilə qayıtmalı olaram....
Qoy Allah hamıya mənalı ömür versin!
Dünyadan köçənləri də Allah rəhmət eləsin!
Mətləb DADAŞOV PERO