Astaranın Maşxan kəndində qədim yaşayış məskəni aşkarlanıb. İbadovlar ailəsinin həyətyanı sahəsində tapılan bu tarixi abidə təsadüf nəticəsində aşkarlanıb. Belə ki, ailənin kiçik oğlu Turab İbadov həyətyanı sahələrində ağac əkmək istəyərkən, birdən torpaq çöküb. Çökən torpağın altında isə kərpiclər görünüb. Ərazidə qazıntı işləri aparıb.
Qazıntılar zamanı üzərində müxtəlif işarələrin olduğu dam örtükləri, müxtəlif dəmir alətlər aşkarlanıb.
Maşxan kəndində, həyətyanı sahədə tapılan bu abidə nəinki kənd sakinlərinin, hətta bütün Astara camaatının marağına səbəb olub. Artıq rayon rəhbərliyi də abidə ilə maraqlanıb və qazıntı işlərinin dayandırılması haqqında göstəriş verib. Sakinlərin təsadüf nəticəsində aşkarladığı bu yaşayış məskəninin hazırda ciddi elmi tədqiqata ehtiyacı var. talısh.org