Arçon kəndinin sakinləri İrana gedən yolu bağlayıb
Fevralın 25-də Astaranın Arçon kəndində etiraz aksiyası keçirilib. Kəndin 300-dən çox sakini Astaradan İrana gedən yolu bağlayıb. Etiraz aksiyasına səbəb sakinlərin İrandan ərzaq malları gətirməsinə yaradılan problemin son günlər daha da kəskinləşməsidir.
Kənd sakinləri deyirlər ki, gönrük işçiləri son vaxtlar İrandan ərzaq malları gətirməsinə imkan vermirlər. Kənd əhalisi isə orada nisbətən ucuz olduğu üçün bir sıra ərzaq məhsullarını İrandan alıb gətirirlər. Gömrükdə sakinlərin malları əllərindən alınıb məhv edilir. Sakinlər də buna etiraz edir.
Sakinlərin yolu bağlaması rayon polisini təşvişə salıb. Rəis Rəşid Səfərov başda olmaqla, Astara polisi tam heyətlə kəndə gəlib və sakinlərdən yolu açmağı istəyib. Sakinlər də qarşılığında gömrükçülərin bu əməlinin dayandırılmasını tələb ediblər. Lakin polis rəisi bilidirb ki, onlar gömrükçülərin işinə qarışa bilməzlər. Sakinlər problemlə bağlı Bakıya, Prezident Administrasiyasına məlumat verilməsini istəyiblər.
Məlumatda o da deyilir ki, kənd sakinləri rayon icra hakimiyyəti başçısını və ya onun təmsilçisinin hadisə yerinə gəlməsini tələb ediblər. Lakin icra hakimiyyətindən heç kim hadisə yerinə gəlməyib.
Привозящие продукты из Ирана создают неудобства наркодиллерам, которыми руководят таможенники и полицейские, точнее говоря путаются у них под ногами, мешают ведению бизнеса.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]