Astara Azərbaycan Respublikasının cənub qapısıdır. Ölkənin iki böyük Beynəlxalq Kömrük keçid məntəqələrindən biri də bu rayonda yerləşir. Ərçivan kəndi isə rayonun ən böyük yaşayış məntəqəsidir. Talış xanlığının ilk paytaxtı da bu kənddə yerləşib. Kənd əhalisinin fəallığı, xüsusilə qanun pozğunluqlarına qarşı barışmazlığı ətraf ərazilərdə yaxşı tanınır. Astara Kömqük Keçid Məntəqəsindəki özbaşınalıqlar, əhalinin kömrükdən istifadə imkanlarının məmurlar tərəfindən qanunlar tapdanmaqla məhdudlaşdırılması həmişə ərçivanlıların diqqət mərkəzində olub və onlar öz etirazlarını açıq şəkildə bildirmişlər.
Son aksiyalardan biri 30 dekabr 2012 tarixində baş tutub və ətraf kəndlər, Astara şəhəri də daxil olmaqla ərçivanlılara dəstək veriblər. Bu aksiyada onların əsas tələbləri aşağıdakılardan ibarət olub:
1.Astara Kömrük keçid Məntəqəsindəki məmur özbaşınalıqlarına, idxal olunan mallara manopolist əngəlləmələrinə, rüşvət hallarına son qoyulsun.
2. Vətəndaşlarla qeyri etik davranmalarına və əhalidən rüşvət topladıqlarına görə: 1. İsmayılov Abbas (rəis müavini), 2. Babayev Aydın(yük şöbəsinin rəisi), 3.Vəliyev Tofiq (piyada keçid məntəqəsinin müfəttişi), 4. Hüseynov Azər (piyada keçid məntəqəsinin müfəttişi) tutduqları vəzifədən azad edilsinlər.
3. 77 saylı dairə seçki məntəqəsindən deputat təyin edilmiş Cəfərov Aslan Məmmədhüseyn oğlu deputatlıqdan geri çağırılsın.
Müraciətlərinin Astara rayon rəhbərliyinə verilməsinə əngəl törədildiyindən kənd sakinləri Bakı – Astara magistral yolunu iki saatlıq müddətə bağlamağa nail olublar. Hadisə yerinə gələn polislər sakinlərə qarşı kobudluq göstərməyərək qətnaməni oxumalarına maneçilik törətməyib. Astara payon İH- nin Cəfərov və Hüseynon soyadlı işçiləri hadisə yerinə gələrək qətnaməni qəbul edib, İcra Başçısına təqdim edəcəklərini bildiriblər və aksiya bununla da yekunlaşıb. Lakin, üstündən bir həftədən artıq müddət keçməsinə baxmayaraq icra aparatından heç bir xəbər yoxdur. Bundan hiddətlənən Ərçivan sakinləri daha böyük aksiya keçirmək üçün hazırlıqlarını davan etdirməkdədirlər.