Sentyabrın 5-dən 6-a keçən gecədən başlayaraq yağan güclü yağışlar nəticəsində Astara (Ostoro) rayonunun Tangəru kəndində 100-dən çox fərdi yaşayış evi sel suları altında qalıb.
Yerli sakinlərə məxsus ev heyvanları tələf olub, ərzaq və yeyinti məhsulları korlanıb.
Kənd orta məktəbinin daş hasarı uçub.
Sel suları Ələt-Astara magistralının Tangəru kəndi ərazisindən keçən hissəsini basdığından avtomobillərinin hərəkətində məhdudiyyətlər yaranıb.