İranla həmsərhəd olan Astara (Ostoro) keçid məntəqəsinin önündə onlarla yük maşını növbəyə durub. Astara Yük Terminalının rəhbərliyi giriş haqqını dörd dəfəyə qədər qaldırıb. Bu barədə TALISH.ORG AzadlıqRadiosuna istinadən xəbər verir.
Sürücülər terminala girmək üçün hər yük maşınına 8 manat verirdilərsə, yeni ildən 30 manat ödəməli olacaqlar. Buna etiraz edən Azərbaycan sürücüləri terminala girmək istəmirlər, ödəmə haqqının əvvəlki kimi, 8 manat olmasını tələb edirlər.
Sürücülərin dediyinə Astara terminalı ödəmə haqqını qaldıranda, İran tərəfi də cavab tədbiri görür:
Astara terminalının direktor müavini Rafael Abdullayev hər şeyin qanuni olduğunu deyir: «Rəhbərlik belə məsləhət görüb. Özbaşına deyilik. Hər maşın 30 manat ödəyib terminala daxil olur. Terminalın həyətində nə qədər istəyirlər, o qədər də qalırlar. İranda isə terminal hər gün üçün 50 manat tələb edir. Terminalın xərci artıb. Bəs nə edək? Sürücüləri terminala dəvət etmişik. Bu gün 8 manat olacaq. Ancaq fevralın 1-dən qiymət qalxacaq».
Mütəxəsislər terminalın hərəkətini özbaşnalıq kimi qiymətləndirirlər. Belə ki, terminal səhmdar cəmiyyət olmasına baxmayaraq o, gömrük orqanının funksiyalarını yerinə yetirir. Bu da lazım olan adamlar üçün çörək yerinin yaradılması kimi qiymətləndirilir.