Главная » 2011»Март»7 » Astara gömrüyündən İrana kütləvi axın (видео)
18:37
Astara gömrüyündən İrana kütləvi axın (видео)
«İnsanları orada dəmir barmaqlıqların arasına salırlar»
Martın 2-si səhər İrana getmək istəyən Astara rayon Şiyəkəran kənd sakini 61 yaşlı Zəhra İsmayılova bu rayonun sərhəd-keçid məntəqəsində vəfat edib. Yaxınlarının dediyinə görə, mərhum şəkər xəstəsi olub, İrana müalicəyə gedirmiş. İrana getmək istəyənlərin arasında qarışıqlıq düşüb, nəticədə xəstənin səhhəti ağırlaşıb. Yaxınları deyir ki, səhhəti ağırlaşan Zəhra İsmayılovanı vaxtında növbədən çıxarda bilməyiblər.
HƏR GÜN İRANA 3000-3500 AZƏRBAYCANLI KEÇİR...
Rayon polis şöbəsində faktı təsdiq ediblər. Şöbədən bildiriblər ki, son günlər İrana gedənlərin sayı artıb. Onların bildirməsinə görə, hər gün bu məntəqədən İrana 3000-3500 аzərbaycanlı keçir.
Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyinin Astara rayon şöbəsinin müdiri İqrar Əliyev bildirib ki, Z.İsmayılova ürək partlamasından ölüb.
MONOPOLİYA GÖTÜRÜLÜB
Astara şəhər sakini Vidadi Mirzəyev isə deyir ki, gömrükdə bir çox kənd təsərrüfatı məhsulları üzərindən monopoliya götürülüb. İranda ucuz olan malların Azərbaycana gətirilməsi asanlaşıb. Buna görə də hər gün sərhəddə böyük növbələr müşahidə olunur:
«Adamlar ordan mal gətirib, burada satırlar. Adamların hərəkət etməsi üçün hər iki tərəfdən dəmir barmaqlıqlar düzəldilib. Növbəyə düşən şəxs ordan çıxa bilmir».
Sabiq gömrük xidməti kapitanı Elman Hüseynov düşünür ki, Astara keçid məntəqəsi dünya standartlarına cavab vermir:
«İnsanları orada dəmir barmaqlıqların arasına salırlar. Bu məntəqə gündə 1000 nəfərə xidmət etmək üçün nəzərdə tutulub. Əslində müalicəyə gedənlər üçün şərait yaradılmalıdır».
QIZIL YÜRÜŞÜ...
İş adamı Fayıq Cəfərov isə deyir ki, Astara gömrükxanasında olan vəziyyət аvropalıların vaxtı ilə Alyaskaya etdikləri qızıl yürüşünə oxşayır:
«İnsanlar gündə 2-3 manat qazanmaq üçün min əzaba qatlaşırlar. Bunların halına qalmaq əvəzinə Astarada bir il ərzində iki dəfə muzey inşa ediblər».