Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Июль » 12 » Astara gömrükçülərinin bayraq sevgisi
22:30
Astara gömrükçülərinin bayraq sevgisi
Niyə İrana gedənlər üçün bir, gələnlər üçün isə 3 kömrük postu qurulub?

Tanınmış jurnalist gömrük-keçid postunda başına gələnləri qələmə alıb

Müayinə olunmaq üçün İrana getmişdim, təbii ki, mövzum İran deyil, ancaq bu ölkə ilə bağlıdır. İyulun 9-u geri qayıdanda, səhər orucluğun girəcəyini nəzərə alıb 3 qutu 500 qramlıq çay və 4 qutu 200 qramlıq xurma aldım. Sərhəddəki ilk gömrük postundan problemsiz keçdim. İkinci postda mənə bildirdilər ki, İrandan Azərbaycana çay və xurma gətirmək yasaqdır və bunlar müsadirə olunur. Əvvəl "şaka yapdıqlarını” zənn etdim, çünki məndən fərqli olaraq əhali böyük kisələr və çantalarla İrandan ərzaq daşıyırdılar. Sonra məsələnin ciddi olduğunu görüb, müsadirə aktı yazmalarını xahiş etdim. Bir balaca kağız parçasını təqribən yarım saata yazdılar və mən bu yarım saatı gömrükçülərdən bu əndrabadi qərarın kim tərəfindən verilməsini öyrənməyə cəhd etdim. "Olmaz, vəssalam” şüarı ilə silahlanmış bu "qanun keşikçiləri” nə qərarın kim tərəfindən verildiyini, nə də onun qüvvədə olma müddətini mənə izah edə bilmədilər və elə bu vaxt....

Bu vaxt İrandan qayıdan bizim idmançılar sərhəddi keçirdilər. Birinin paketində bir neçə qutu çay olduğunu görüb, suallarımı bir müddət saxladım və bu vaxt idmançı rahatca həmən çay qutularını "ikinci postdan” keçirtdi. Dərhal "Qanun varsa, onun çaylarını niyə müsadirə etmədiz?” sualını verdim və dahiyanə, ancaq Azərbaycanda eşidə biləcəyim bir cavab aldım: O, İranda bayrağımızı qaldırıb!

Bu "ikinci gömrük postunun gömrük alayının” bayraq sevgisi məni vəcdə gətirdi, nə gətirdi. Yəni Qanun kimlərəsə şamil olunur, kimlərəsə yox? Bu nə yanaşma üsuludur? Bu ayrı-seçkiliyi Azərbaycana kim salıb? Və buna oxşar suallar yağdırmağa başladım. "İkinci gömrük postunun gömrük alayının” mülkü geyimli üzvləri (sonra öyrəndim ki, onlar orda gömrükçülərlə vətəndaşlar arasında maklerlik edirlər) "Ağsaqqal, başa düşmürsən, onlar bayrağımızı qaldırıblar” kimi izahlarla məni susdurmağa çalışdılar. Mən isə, Qanunun, əgər varsa, hamıya şamil edildiyini deyib, aktın mənə tezliklə verilməsini tələb etdim. Daha 10 dəqiqə keçəndən sonra bir zabit, əlində möhür, gəlib aktı "möhürlədi” və akt mənə təqdim edildi. Akt ilə gömrük idarəsinə yaxınlaşdım və bu aktın Qanuni və ya qeyri-Qanuni olmasını öyrənmək istədiyimi izhar elədim. İlk olaraq aktın Qanuni tərtib edildiyini bildirdilər, bu vaxt iradımı bildirdim ki, konkret olaraq müsadirənin kimin fərmanı əsasında edildiyi mənə izah edilsin, necə ola bilər ki, Qanunda hər kəsin 50 kq əl yükü daşımaq hüququ var, mənim 2 kq 300 qram yük daşımaq hüququm yoxdur? Suallarımın çoxluğunu və məntiqə söykəndiyini görüb məni Astara gömrüyünun yük şöbəsinin rəisi Aydın məllimin yanına apardılar. Rəis də öz növbəsində mənə minnət qoymaq istədi: əslində Qanun icazə vermir, ancaq sənə güzəşt edərik! Dərhal sualımı təkrarladım:

- Qanun icazə vermirsə, "bayraq qaldıranlar” niyə adama bir yekə çanta ərzaq daşıdılar? 

Aydın məllim "ola bilməz, Qanun hamı üçün eynidir” deyib, "ikinci gömrük postuna” zəng edib, idmançıların niyə çay keçirtdiklərini soruşdu, görünür ki, postdakılar rəislərinə yalan danışmırlarmış, bildirdilər ki, təqribən 1 saat əvvəl bayrağımızı qaldıran idmançılara güzəşt ediblər, Aydın məllim ciddi görkəm alıb, "Qanun hamı üçün eynidir, heç kəs çay keçirtməsin, o müsadirə etdiyiniz çayları da qaytarın, getsin” - deyib, mənimlə bir az "çex-slovak” şakasını da "yapdı”. Nə isə, geri qayıdıb 2 kq 300 qramlıq yükümü götürməyə getdim, yolda qadınların bir neçə iri çanta daşıdıqlarını gördüm, biri digərinə "hər sumkama 6 manat verdim” deyirdi, "müsadirənin” əsl səbəbini anladım: RÜŞVƏT! Yükümü götürüb, sərhəd-keçid məntəqəsinə tərəf gəlirdim ki, "ikinci gömrük postunun rentgenoloqu” məni 50 metr geri çağırıb, "ağıl vermək” qərarına gəldi, tənbehə başladı: Utanmırsan, gedib rəisə ağzıva gələni demisən? 

Pahooo, atalar yaxşı deyib, "oğru elə bağırdı ki...” bu insanın cavabını verməsəydim, özümü bağışlamazdım, buna görə dilləndim:

- Mən niyə utanım ki? Sənin kimi camaatdan "sumkaya 6 manat rüşvət” alıram? Sənin kimi birinə "olar”, birinə "olmaz” deyirəm? 

Mübahisəmiz yenidən qızışdı, o qədər öz cəzasızlıqlarına arxayındırlar ki, az qaldı məni basıb, döysün. Ətrafdakıların müdaxiləsi bizim mübahisəmizə son qoydu, üz tutdum keçid məntəqəsinə, pasport yoxlamasını keçəndən sonra "3-cü gömrük postu”na rast gəldim, yenə çantalar rentgenə, yenə yoxlama, ancaq "ikinci postdan” fərqli olaraq burda mülki geyimli şəxslər gözə dəymirdi, burdakı fəaliyyət tam sərhəd qaydalarına uyğun idi. Demək "ikinci postu” məxsusən rüşvət yığmaq üçün yaradıblar, əksini sübut edə bilən varsa, bir sualıma cavab versin: necə ola bilər ki, həm gedənlər üçün, həm gələnlər üçün İran gömrüyündə bir post fəaliyyət göstərir, bizdə gedənlər üçün bir gömrük postu, gələnlər üçün isə 3 kömrük postu qurulub? Bunu hansı zərurətdən yaradıblar? Niyə əhalinin 50 kq civarında müxtəlif məlumatlardan ibarət yük daşıma haqqını mənimsəyiblər? Kim bu qanunsuzluğa rəvac verir? Doğurdanmı Azərbaycanı çapıb-talamaqdan doymayan "məmur-monopolistlər” sərhəd-gömrük komitəsinə "Azərbaycana buraxılmaması məsləhət görülən mallar”ın siyahısını təqdim ediblər? Axı bütün dünyada, alver məqsədi olmamaq şərti ilə, yəni kiçik ölçülərdə istənilən malların, ümumi çəkisi 50 kq-mı keçməmək şərti ilə, daşınmasına icazə verildiyi halda, bizdə hətta bir ədəd bananı, bir ədəd kişmiş qutusunu, bir kq kartof-soğanı, xurmanı, düyünü, çayı və s. ərzaqların keçirilməsinə "qanun icazə vermir” bəhanəsi ilə, rüşvət almadan buraxmırlar? Hörmətli Gömrük Komitəsinin sədrinə isə bir sualım var: İrandan Azərbaycana gətirilməsinə yasaq qoyulmuş malların siyahısını, həmən malların hansı zərurətdən yasaq olunduğunu və bu yasaq qanununun qüvvədə olma müddəti barədə "bayraq sevgili Astara kömrük komitəsində” kimdən və necə məlumat ala bilərəm?

Rafiq CƏLİLOV



Категория: Талыш xəbərləri | Просмотров: 1866 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus