Fevralın 17-də səhər saatlarından Astara rayonunda ciddi gərginliklər yaşanıb. Bu barədə aldığımız məlumatlarda bildirilirdi ki, məmurlardan kiminsə rayon camaatının ünvanına aşağılayıcı ifadələr işlətməsi sakinləri hövsələdən çıxarıb və onlar İcra Hakimiyyətinin qarşısına yürüş edərək bir neçə saat ərzində aksiya keçiriblər. Bu hadisənin Astaranın Mərkəzi bazarının müəmmalı şəkildə yandığı günə təsadüf etməsi isə emosiyaları daha da qızışdırıb.
Digər bir mənbənin məlumatına görə, rayon camaatı icra başçısının zülmünə etiraz olaraq "Mərkəzi bazar”a od vurub yandırıblar. Hadisə ilə bağlı əlaqə saxladığımız oxucularımızdan biri bildirdi ki, rayon sakinləri Bakı-Astara mərkəzi yolunu şəxsi avtomobillərlə kəsmiş, rayona giriş, çıxışı bağlayıblar. O da bildirilir ki, rayonda vəziyyət olduqca acınacaqlıdı. Əhali icra başçısı Qəzənfər Ağayevin istefasını tələb edirlər.
Verilən məlumata görə hadisələrə səbəb, rayon rəhbərinin kiçik sahibkarlıqla məşğul olan insanların incidilməsi və rayonda olan məmurların korrupsiyaya qurşanması haqlı narazılıq yaradıb. Bu səbəbdən də əhalı bazarı yandıraraq, rayona giriş, çıxışı bağlayıb. Həttda rayon Polis İdarəsinin əməkdaşları da hadisələrə müdaxilə edə bilmir.
Verilən son məlumatlara görə əhali etirazlara davam edir və icra başçısının rayondan getməyini istəyirlər.