Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2015 » Сентябрь » 27 » Assimilyasiyanın astar üzü
12:18
Assimilyasiyanın astar üzü

 

Razi Nurullayev və Ehtiram Mehdiyev kimi satqınların sifarişi ilə “Cümhuriyyət” qəzetində haqqımda yazılan böhtan dolu cəfəngiyyat, 1 il bundan öncə Eynulla Fətullayevin  haqqımda yazdığı cəfəngiyyatla cümləbəcümlə, nöqtə-vergülünə qədər eynidir. Bu, bir daha onu göstərir ki, Razi ve onun bandası... pardon, -komandası məşhuri cahan Eynulla ilə birgə səngərdə "vuruşur". Yaxsi deyiblər: " Bu dünyada alçaq adamın buyruq qulu olmaqdan da alçaq iş yoxdur!" Sən demə, insan da taxta kimi, daş kimi, dəmir kimi yonula, sürtülə bilərmiş... öz ilkin formasını dəyişib əcaib-qəraib görkəm ala bilərmiş. Sən demə, adam məhz insan ola bilmədiyindən idbarlaşa, ləyaqətsizləşə bilərmiş...Və nəhayət, insan yaltaqlığ, hərislik, nəfsə görə könüllü şəkildə öz İNSANİYYƏTLİYİNİ itirə bilərmiş. Bu fikiri yazmağıma Razi Nurullayevin - Talış mənşəli bir tipin göz önündəcə eybəcərləşib deformasiyaya uğraması səbəb oldu. Eləcə də onun ətrafına yığışmış təkəm- seyrək bəzi gənclərin etik davranış normalarına sayğısızlıq və mərifətsizlikləri çox narahat elədi məni. Axı bu gənclər nədən anlamırlar ki, gələcək həyatları qarşıdadır, öz idealları və amalları uğrunda ləyaqətlə mübarızə aparmaq lazımdır, onlar dərk edə bilmirlərmi ki, xalqın, vətənin inkişafı üçün doğru və halal addımlar atmalıdırlar! Və bu, çox mühüm şərtdir! Axı onlar nə səbəbə görə məkirli oyunların peşkalarına çevirilirlər, niyə öz-özlərini, öz mənəvi dünyalarını hansısa cüzi dünya malına qurban verib, nəticədə, şikəst vətəndaşa çevrilirlər?..

Bu suallar təkcə mürəkkəb-müşkül suallar deyil,daha çox, ağrılı, ürək sıxan suallardı ki, bunların cavablarını ilk növbədə, Razi Nurullayev verməlidir. İstəsə də, istəməsə də, nə vaxtsa bu sualların cavabı veriləcək və bu cavablar heç şübhəsiz ki, yonulmuş-sürtülmüş ağır daş parçası kimi, rəndələnmiş taxta kimi, əridilmiş dəmir qırığı kimi, onun başında çatlayacaq! Bəzən satqınçılığı, riyakarlığı insanlar bağışlasa da, tarix bağışlamır, Allah-Təala bağışlamır! Bu aşkar həqiqəti niyə unudurlar?!.. Qəribədir, mövcud siyasi rejim üçün, hipotetik olaraq, az-çox təhlükə doğura bilən, öz məsləyi, amalı ilə yaşamağa qərar vermiş, ölkəsini azad, xoşbəxt görmək istəyən və bunun üçün demokratik dəyişiklər arzusunda olan hər kəsə və kəslərə qarşı çeşidli hücumlar təşkil olunur.. "Cumhuriyyət" qəzetində derc edilən " Eldəniz Quliyevin musavirindən separatizmə dəstək" yazisı, heç şübhəsiz ki, tam sifarişli, provakasion və düşük bir yazıdır. İlk növbədə, Azərbaycanda millətlər arasında rəxnə salmaq və süni problemlər yaratmaq məqsədilə yazılıb. Sözün əsl, eləcə də məcazi mənasında danos mahiyyətli bu “yazı”, başdan-ayağa qərəzlə doludur. Məqsədi də, fədakar talışların ruhuna, talış mental şüuruna və onların Azərbaycanda artıq qarşısıalınmaz gerçəkliyə çevrilmiş demokratik mübarizə prosesinə verdiyi dəstəyə zərbə vurmaqdır. Ancaq zənnimcə, buna təəccüblənmək, yaxud əsəbiləşmək-filan bihudə işdir, – satqının işi, vəzifəsi , “missiyası” elə satqınlıq etməkdir. Elə qələm sahibləri-müvafiq olaraq, siyasətçilər- var ki, onlar üçün SÖZ anlayışı çırtma təki, məna kəsb etməyən boş bir şəsdir. Ədəb - ərkandan uzaq, dünya malı xatirinə əqidəsinə xilaf çıxanlar, yağlı dillə danışıb dişlərinin arxasında ilan zəhəri gəzdirənlər və s. həmişə olub, yəqin ki, bundan sonra da olacaq. Yel qayadan heç nə aparmadığı kimi,bu sayaq "dəyyuslar" da bizim BİRLİYİMİZƏ xələl gətirə bilməzlər!

Azərbaycan bizim doğma vətənimizdir. Azərbaycan adlanan məmləkətin qəmi də, kədəri də,sevinci, qayğısı da bizimdir; burada yaşayan talışlar, yəni bizlər bu ölkənin, eləcə də ölkə vətəndaşlarının ayrılmaz hissəsiyik. Həm dövlətçilik, müstəqillik baxımından, həm də mənəvi-etik-ruhi dəyərlər baxımından - VAHİDİK. Başqa cür düşünüb bu birliyə nifaq toxumu səpmək istəyənlərin arzuları ürəklərində qalacaq.Necə ki, qalır da! Buna mənim qətiyyən şübhəm yoxdur! O ki qaldi məqalədə mənsub oldugum Talış xalqınınn adının çəkilməsinə, deyə bilərəm ki; Talış xalqının xoşbəxt yaşamağa haqqı var. O, buna layiqdir. Talış xalqı Azərbaycanda yaşayan digər etnosların, xalqların heç birindən əskik deyil və o xalqın nümayəndələri də Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Talış xalqı özünə qarşı hörmət tələb edir, çünki o, pislikdən uzaq, riyakarlıqdan kənar mental xüsusiyyətə malikdir. Bir çimdik hörmətin, yaxşılığın qarşısına bir ovuc ləyaqət, xətir- hörmət çıxarır. Qonaqpərvər, gördüyü işləri sidq-ürəklə edən LƏYAQƏTLİ xalqdır mənim doğma, əziz TALIŞ XALQIM! Bir həqiqəti hər birimiz bilməliyik: Vətən, Xalq müqəddəsdir və ona xor baxmaq ən böyük günahlardan biri hesab olunur. Və bu İlahi həqiqəti Razi və onun ətrafındakı naqislər nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olar!. Son olaraq bunu da deyim ki, assimliyasiyanın astar üzü olmur. Çünki onun heç əsl üzü də olmur... Assimliyasiyaya uğramış adam isə, elə üzsüz, yəni simasız bir məxluqdur ki, onun üçün vətən,torpaq, millət,dil, din və s. müqəddəs anlayışlar yerli-dibli mövcud olmur!..

Tanrı Azərbaycanımızı qorusun! Tanrı Talışı hifs etsin! Amin!
 
Seyran RƏFİYEV

TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 2569 | Добавил: admin | Рейтинг: 3.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus