Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Ноябрь » 25 » Anaların anası..
13:43
Anaların anası..
Mənim kompyuterimdə səs çıxmır, yəni səsli məktubları izləmirəm. O gün mənim poçtuma Şamama ananın "kanal13” internet kanalına verdiyi müsahibəni göndərmişdilər, yenə də adətim üzrə baxmadım, amma göndərən adama "kaş bütün analar belə olaydılar” dedim. Niyə baxmamış bu fikrə gəlmişdim? Çünkü o müsahibə mənə göndərilənəcən mənimlə müzakirə edilmişdi, mənə o müsahibə haqqında məlumat verən tanışım, müsahibəni demək olar ki, nöqtə-vergülünəcən mənə danışdı, ürəyimdən keçən "bunlar özləri də bilmirlər nə edirlər” fikrimi tanışıma da dedim və söhbəti bağladıq..

Müsahibənin əks-sədası...


Şamama ana az qala kiçik inqilab edib. Niyə? Ona görə ki, tanışım da mənim kimi siyasətlə qətiyən maraqlanmır, düzdür mən AXCP-nin şinelindən çıxmışam, amma tanışım heç həmkarlara da üzv yazılmayıb, indi bu "siyasətdən başı çıxmayan” (görəsən Azərbaycanda siyasətdən başı çıxan var?) tanışım Şamama ananın müsahibəsindən bu boyda vəcdə gəlibsə, demək müsahibə mükəmməl olub! Sonra Şamama ananın müsahibəsinə mən də baxdım, deyiləsi deyil. Bunu demək üçün söz tapmaq çətindir. Bircə onu deyə bilərəm ki, bu gün Azərbaycanda söz sahibi olanların əksəriyyəti Əvəzə qibtə edirlər, qibtə edirlər ki, niyə Şamama ana Əvəzin anasıdır, niyə onların anası deyil? İnanmırsız? Mən də inanmırdım, hakim bölgədən olan bir tanışım mənə bildirdi ki, Şamama ananın müsahibəsi çox vəzifəlini riqqətə gətirib, hətta bəzi oliqarxlar "kaş bizim də anamız belə olaydı” deyiblər, ola bilsin dostum "yerlibazlıq” edib, olayı şişirdir, amma od olmasa tüstü də olmaz deyiblər. mən inanıram ki, bu müsahibəyə baxan istənilən şəxs Şamama anaya ANA deməyə hazırdır və bunu edər də...

Cinayətkar ANAdır???

Şamama ana bu iqtidara mesaj göndərib: "məni də həbs edin, Əvəzi o cür mən tərbiyyələndirmişəm...” Sözdə hikməti görürsüz? Anaların böyük əksəriyyəti övladlarına "nəyinə lazımdır, palaza bürün, elnən sürün” dedikləri halda, Şamama ANA Əvəzə "ancaq soxulcanlar sürünər” deyib, əksər analar övladlarına "eşşəyə dayı de, səni çaydam keçirtsin” dediyi halda, Şamama ANA Əvəzə "əgər dayın da haqsızdırsa, heç ona da dayı demə” deyib, əğər əksər analar övladlarına "bu millətin, bu dövlətin dərdi sənə qalıb?” dediyi halda Şamama ANA Əvəzə "öz maraqlarını millətin, dövlətin maraqlarından üstün tutarsansa, südüm sənə haramdır..” deyib, bu bənzətmələri uzun-uzadı artırmaq olar, amma ehtiyac yoxdur! Şamama ANAnın övladı Əvəz kimi olmalı idi, Şamama ANAnın tərbiyyə verdiyi övlad elə Əvəz kimi olmalı idi. Əvəzi ancaq Şamama ANA dünyaya gətirə bilərdi, əminəm ki, Əvəzin anası Şamama ANA olmasa idi, Əvəz də heç ƏVƏZ olmazdı, elə Əvəz də qalacaqdı..

Debata çağırış...


"Xural”çılar susmurlar, indi də xanım deputatı debata çağırıblar, təbii ki, xanım deputat "belə səviyyəsiz” təkliflərə baş qoşmaz, bir-iki edərlər debatı onlar üçün "de, bat” edər, onsuz da bu dövlətdə kim nə istəyir, edir. Vallah sivil dövlət olsa idik, indi o xanım deputatın deputatlığını şübhə altına almışdılar, niyə ki, heç kəs heç kəsin səsini oğruluq yaza bilməz, bu ən azı etika qaydalarına ziddir, düzdür, özünümüdafiə üçün bunu etmək olar, amma onda qarşı tərəfin də səsi aydın eşidilməlidir, yoxsa elə xanım deputat danışır, amma Əvəzin səsi gəlmir, indi sabah biri əlində bir audiokaset gedəcək filan idarəyə ki, filankəs prezidenti təhqir etdi, bu da sübut, nə olsun qarşı tərəfin səsi gəlmir, elə kaset yiyəsinin "sən bizim möhtərəm Prezidentimizə, xalqın atasına ...... dedin?” sözləri eşidilsə, bəsdir. Hə, az qala mövzudan yayınmışdım, bu debatbazlar elə bilirlər ki, xanım deputat "hamı ilə bu məsələni müzakirə etməyə hazıram” deyəndə məhz onları qəsd edib. Ay, hay, adam nə qədər sadəlöhf olarmış, a kişilər, bu deputatlar "seçilməmiş” o qədər söz verirlər eee..

Ulayan vətandaş...


Keçən yazımda söz vermişdim ki, ulamaqla bağlı bir olayı nəql edəcəm, düzdür, bu olayı mən də Əvəzin yazısından oxumuşam, amma əsas odur ki, bu olay olub...
Demək mənim kimi bir "azad qul” həmişəki kimi gedir "dövlətin yeni iş yerləri proqramına uyğun açılmış iş yeri”nə, yəni özü kimi "azad qulların” yığıldığı "qul bazarı”na, bir maşın gəlir, bunu aparır "işlətməyə”, çatırlar bir evə, (yəni ki, uca hasarlarla əhatələnmiş QƏSRƏ) bu "azad qul” görür ki, bu evdə əməlli-başlı yeyib-içməkdir, bunun işi o olur ki, axşamacan ULASIN, axşam bunu evlərinə aparanda, insafən gərək düzünü yazasan, maşını döndərirlər bazara, ömründə yemədiyi şeylərdən alırlar bunun üçün, evə çatanda da bazardan aldıqları ayın-oyunu, 2 iri çanta və 1000 manat pulu verirlər buna, evə çatan zavallı hirsinnən bir neçə saat ağlayır, arvadının "ay kişi” çağrışına "mən kişi deyiləm, itəm” deyir, vallah kim olsa idi infarkt olub, ölərdi, bəlkə də elə o insan da infarkt olub, kim bilir? Amma bizə nə olursa, olsun, əsas odur ki, "papalarının gül balaları” bir az əylənsinlər, bir az şellənsinlər, bunu üçün lap bir milyona ayı kəsdirsinlər, lap bir neçə milyonluq yaxtanı suda batırsınlar, lap biri-birilərinə silah çəksinlər, nə olacaq ki, hələ "uşaq”dırlar, bir az böyüyərlər, daha belə şıltaqlıq etməzlər...

Aydın Canıyev-3...

Yox, mən Aydın Canıyev cənablarına 3 qiymət vermirəm, baxmayaraq ki, o "Xural” qəzetində bizim qəzeti "separatçı” adlandırmışdı. Kişi belə düşünür və bu əqidənin yiyəsidir ki, kim qeyri-türk dilində qəzet çıxardırsa, demək o özü də, qəzeti də Lənkaranın Separadi kəndindəndirlər, yəni ki, Rabil Abdinov demişkən "Separadist”dilər. Kişi MTN-ə yazdığı açıq məktubunda bildirirdi ki, sən demə LDU-nin "Leriklibaz” (yerlibaz sözü bizim reqiona şamil edilmir!) rektoru bizim "separadist” qəzeti LDU-da "gizli” yayırmış! Kaş sənin yazdığın həqiqət olaydı, ay Aydın! Yəni nə vaxtsa Talışlar bizim qəzetin yayımında maraqlı olacaqlar? İnanmıram, vallah bu Azərbaycanın türkdilli əhalisi bizim qəzeti talışlardan daha çox oxuyurlar, daha çox yayırlar. Hə, orda qalmışdım axı, Aydına 3 qiymətini mən verməmişəm, Lənkaranın Məhkəməsi verib, sən demə ağaca bağlanmış vəziyyətdə olan Aydın Canıyev hələ bir polisə də müqavimət göstərib, bir-iki polisi lap şil-küt də edib, indi bu "şıl” olan polislər də durublar Aydının üzünə ki, bəs Şvartsneger bunun yanında "toya-bayrama” getməli imiş, sən demə "Aydının bir udarından bir polis alayı yerə sərilirmiş”, mənə elə gəlir ki, Aydını zindana yox, Qarabağa göndərmək lazımdır, qoy bu üç ili orda ermənilər ilə əlbə-yaxa olub, onların qol-qıçlarını qırsın....

Qəzetin sponsoru...


Kim eşidir ki, qəzet həftəlik çıxır və köşklərdə də satılır, dərhal mənə bu sualı verir: "kimdir SPONSOR? Arxanda kim durub?” Bu suallar mənə də maraqlı gəlir, dönüb arxama baxıram, sonra Taliş olmayan SPONSORUMUN adını yadıma salıram, amma həmsöhbətimə demirəm, qoy bir az nigaran qalsın, gələn yazımda həm arxamda duranı, həm də sponsorun adını yazacam, inanın ki, tam səmimi olacam...

İ.S. Hərdən özümə sual verirəm, görəsən qartalı qəfəsə salanda, o dönüb toyuq olar?

Rafiq Cəlilov,
Tolışon Sədo, №07, 18.11.2011
celilovrafiq@mail.ru


 

Категория: Azərbaycan | Просмотров: 1840 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus