Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Февраль » 19 » Amerika təhsili və digər reallıqlar
21:09
Amerika təhsili və digər reallıqlar
Azərbaycanlı maqistrin gözi ilə...

Musanı müsahibəyə dəvət etdik, tərəddüd etmədən razılaşdı.Çox maraqlı müsahibə alındı, müsahibədən, özümüz üçün nəyi isə aydınlaşdıra bildik. Aydınlaşdıra bildik ki, hələ də Amerikada təhsil alan gənclərimiz Azərbaycanı tanıtmaqda çətinlik çəkirlər. Ümüdvarıq ki, səlahiyyət sahibləri Azərbaycanımızı tanıtmaq istiqamətindəki səylərini bir az da artıracaqlar.

Müsahibimiz Amerikanın Kanzas Universitetinin maqistri Musa Teymurovdu.

Musa Rafail oğlu Teymurov – 12 oktyabr 1982-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin Azərbaycan Dili və Ədəbiyyatı fakultəsınə daxil olmuşdur. Daha sonra isə ingilis dilinə yiyələnmək həvəsi ilə ixtisasının dəyişdirilməsi ilə bağlı universitet rəhbərliyinə dəfələrlə müraciət etsə də, bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən, 2001-ci ildə o, universitetdən könüllü şəkildə sənədlərini geri götürərək TQDK-nın həyata keçirdiyi test imtahanında iştirak etmiş və yenidən LDU-nun "İngilis dili və ədəbiyyatı” fakultəsinin birinci kursuna daxil olmuşdur. 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra, həmin universitetdə "Dilçilik” üzrə maqistr kimi təhsilini davam etdirmişdir. O, təhsili ilə paralel olaraq bir sıra beynəlxalq təşkilatlarda–İREX, ATƏT, CHF təşkilatlarında, eləcə də USAİD-nin təşkil etdiyi proqramlarda müxtəlif vəzifələrdə çalışmışdır. 2007-ci ildə maqistraturanı bitirən gənc, siyasətə marağı olduğundan, ikinci maqistr təhsili üçün ABŞ-ın ən rəqabətli təhsil-təqaüd proqramlarından biri olan Muskie proqramında iştirak etmiş və uğur qazanaraq ABŞ-ın Texas Universitetinə, Siyasi Elmlər fakültəsində İctimai İdarəetmə ixtisası üzrə maqistirliyə dəvət almışdır. Lakin dəvət reallaşmamışdır, belə ki, onun hərbi xidmət müddəti təxirə salınmamış,nəticədə Musa 2007-2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində öz xidməti borcunu yerinə yetirmişdir. Xidmətdən qayıtdıqdan sonra isə, o, Bakıda "American Councils” və "Project Harmony” təşkilatlarında çalışmışdır. Hərbi xidmətdən əvvəl itirdiyi təhsil imkanını bərpa etmək üçün, həmin təhsil proqramında yenidən iştirak etmiş, bütün mərhələlərdən ölkə üzrə ən yüksək göstəricilərlə keçərək, ABŞ-ın Kanzas Dövlət Universitetinin Siyasi Elmlər fakültəsinin "İctimai İdarəetmə” ixtisası üzrə maqistr pilləsinə qəbul olmuşdur. Hal-hazırda həmin universitetin ikinci kursunda təhsil alır.


- Musa, boli, ilk öncə, səni Bakıdan, "Tolışi Sədo” qəzetinin redaksiyası və Oxucuları adından salamlayır və bəzi suallarımızı cavablandırmağını xaiş edirik: Amerikada çoxmu həmvətənlərimiz (azərbaycanlılar) təhsil alır? Səncə, xaricdə təhsil alma axınının səbəbləri nədir? Amerika təhsil sisteminin hansı fərqləndirici cəhətlri mövcuddur? ABŞ Ali Məktəblərindən Boloniya sisteminə keçən varmı? Daha çox nəzəri, yoxsa praktik məşğələlərə yer verilir? Bu doğrudur ki, orada "Bir-birindən köçürtmə” az qala biabırçı bir hal sayılır? Amerika təhsil sisteminin qüsurlu cəhətləri necə, varmı?

- İlk öncə mən də, regionumuzun gənclərini okeanın o tayında olsa belə, operativ olaraq tapıb, onlara müsahibə imkanını verdiyinizə görə Sizə çox təşəkkür edir, qəzetinizin Oxucularını və bütün həmyerlilərimi ürəkdən salamlayıram. Amerikada təhsil alan həmvətənlərimizin sayını dəqiq bilməsəm də, əminliklə vurğulaya bilərəm ki, ölkəmizdən olan tələbələrin təhsil almaq üçün xaricə, o cümlədən Amerikaya axını ildən-ilə daha da çoxalır və bunun da müxtəlif səbəbləri ola bilər. Əsas səbəblər kimi, onu deyə bilərəm ki, imkanlı ailələr öz övladlarının gələcəyini təhsildə görür və buna görə müəyyən qisim pullarını uşaqlarının təhsilinə sərf etməkdə tərəddüd etmirlər. Bundan əlavə, müxtəlif təqaüd proqramları mövcuddur ki, onlardan maddi imkanı olmayan gənclərimiz də yararlana bilir və müxtəlif ölkələrdə təhsil alma imkanı əldə edirlər. Həmçinin, bu prosesin daha da sürətlənməsində "2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın rolunu da vurğulamaq lazımdır. İstənilən halda, təhsil üçün düşünülmüş bütün qərarları, şəxsən mən bəyənirəm və bunun ölkəmizə ən faydalı olan yatırım hesab edirəm.
Təhsil sistemlərində fərqə gəldikdə isə, onu deyə bilərəm ki, köhnə sovet təhsilindən fərqli olaraq ABŞ təhsil sistemi əsasən təcrübəvi biliyə əsaslanır. Bundan əlavə, ali təhsil ocaqlarında imkanlar qeyri-məhduddur və tələbənin arzusuna görə, maraq dairəsinə görə, gələcək kariyerasını qurmaq istəyinə görə təhsil aldığı müddət ərzində ona çoxlu seçim imkanları verilir. Yəni, tələbə tələb olunan dərslərlə yanaşı, maraqlı olduğu istənilən dərsi, dərs deyən professoru, dərsin gününü və vaxtını seçə bilər, onu buraxa bilər və hətta sonradan digər ixtisas seçmə arzusunu belə həyata keçirə bilər.
Bundan əlavə, Amerika təhsil ocaqlarında resurs imkanlarının, xüsusilə müasir texnalogiyaların, labaratoriyaların daha çox olması, onlardan istifadənin ən əlverişli yolları və metodlarının tədbiq edilməsi məsələsi də qeyd olunmalıdır. Bütün müəllimlərin dərs saatlarından əlavə görüş saatları olur ki, istənilən tələbə həmin zamandan istifadə edərək ona aydın olmayan məsələləri öz müəllimləri ilə müzakirə edə bilir. Bunu da qeyd etmək lazımdır ki, Amerika təhsili daha çox iştirakçılığa və ünsiyyətə önəm verir. Məsələn, istənilən tələbə dərs vaxtı öz fikrini, düz və ya səhv olması önəmli deyil, ifadə edə bilər.
Bir vacib məqama da toxunmaq lazımdır ki, Amerika ali məktəblərində dərsdən kənar fəaliyyətlərin və tədbirlərin özünəməxsus yeri var. Tələbələrin həyatını daha rənga-rəng etmək, onların sinif otaqlarından kənarda da daha çox biliyə və məlumata yiyələnməyini təmin etmək məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir.
Bütün bu sərbəstliklər və imkanlarla yanaşı, Amerika universitetlərinin özünə məxsus sərt qaydaları da var. Misal üçün: əgər tələbə hər hansı bir imtahandan kəsilərsə, ona ikinci bir şans verilmir. Bizim universitetlərdə isə kəsri düzəltmək üçün müxtəlif şəraitlər var. Bir də Amerikada, sizin də öncədən qeyd etdiyiniz kimi, imtahanda biri-birindən köçürmək halları tələbənin nüfuzunu nəinki yerə salır, hətta bütün universitetlərin nizamnamələrinə əsaslanan qanunlarla universitetdən xaric olmaq risqini artırır.
Bütün bunlara baxmayaraq, hər şey mükəmməl olmadığı kimi, Amerika təhsil sisteminin də əlverişsiz tərəfləri mövcuddur. Amerikalı ekspertlər hesab edir ki, ABŞ bu gün Boloniya razılaşmasının üzvü olmasa da, onun oradan öyrənməli çox şeyi var. Belə ki, Amerika təhsil sisteminin ümumi nəticələri Avropa ilə müqayisədə o qədər də ürəkaçan səviyyədə deyil.

- Musa, boli, tez-tez belə bir fikirlə rastlaşırıq ki, "Bizdə, Azərbaycanda pul verirlər ki, oxumasınlar, amma Avropada, Amerikada pul verirlər ki, oxusunlar!”. Bu fikrə münasibətiniz?

- Bu fikirdə həqiqət varsa da, ifadənin özündə müəyyən yanlışlıq var. Ölkəmizdə ən kasıb valideynlər belə övladlarının ali məktəblərə qəbul olması, oxuyub daha savadlanmaları naminə, dəridən-qabıqdan çıxaraq hazırlıq kurslarına, repetitorlara kifayət qədər pul səpirlər. Yəni, əslində heç bir valideynin övladını oxutdurmamaq istəyi yoxdur. Amma bu da bir həqiqətdir ki, təhsil sistemindəki mövcud qaranlıqlar və valideynlərdə övladlarını ali təhsilli görmək arzusu bəzən onların bu qaranlığa alət olmalarına və övladlarının ədalətsiz əldə olunan qiymətlərinə şərik çıxmasına gətirib çıxarır. Əgər söhbət puldan gedirsə və bunu bir biznes perspektivində dəyərləndirsək, bizim ali məktəblərdə alınmasına ən çox önəm verilən "əmtəə” dərsin qiymətidirsə, Avropa və Amerikada pulun müqabilində alınan "mal”-bilikdir. Bu da dolayı yolla bizim təhsilimizdə kütləvi savadsızlığa və sonu olmayan yolsuzluğa gətirib çıxarır. Xoşbəxtlikdən, son zamanlar bu məsələnin üzərində müəyyən müsbət addımlar atılır.

- Musa,boli, ümumiyyətlə, Amerikadan necə görünür bizim Azərbaycan?

- Təəssüflər olsun ki, bu sualı hətta bu cür də qoymaq olar: "Amerikadan Azərbaycan görünürmü?”. Doğurdan da, əksər Amerikalıların ölkəmizin mövcud olmasından belə xəbərləri yoxdur. Əlbəttə ki, bunun səbəblərindən biri də, əksər Amerikalıların coğrafi bilik səviyyələrinin az olması ilə əlaqələndirib, qismən də olsa təskinlik tapmaq olar, amma digər tərəfdən bu da həqiqətdir ki, ölkəmiz bu məmləkətdə lazımi səviyyədə təmsil olunmayıb. Bir daha təəssüf hissi ilə qeyd edirəm ki, ölkəmiz haqqında və onun yerləşdiyi ərazi haqqında ilk təəssüratı yaratmaqdan ötrü zaman-zaman digər qonşu dövlətlərimizin adlarını çəkməli oluruq. Düşünürəm ki, hazırki günümüzdə dünyanın ən böyük söz sahibi olan bu ölkədə vətənimizin tanıdılması həm dövlətin, həm də burada yaşayan, oxuyan, işləyən vətəndaşlarımızın prioritet vəzifələrindən biri olmalıdır.

- Musa, boli, məlumdur ki, Amerika–oradakı aborigen xalqların işğal olunmuş torpaqlarında yaranmış bir dövlətdir və "amerikalı” milləti də mücərrəd bir anlayışdir. Həmin aborigenlərin taleyi və yeni yaranmış bu "Amerikan” xalqı və mədəniyyətləri barədə nə deyə bilərsiniz?

- "Moskva birdən yaranmayıb” ifadəsi Amerikadan da yan keçmir. Hadisələri obyektiv dəyərləndirməyi bacaran bir şəxs bu ölkənin tarixinə diqqətlə göz gəzdirsə, onun təməlinin yerli əhalinin (Hinduların və eskimosların) etnik soyqırıma məruz qoyma, sürgün etmə və qaradərililəri təcrid etmə yolu ilə qoyulduğunu görər. Bununla belə, Amerika özünün qısa tarixi müddətində vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsində, onların yaşayış səviyyəsinin yüksəldilməsində olduqca mütərəqqi addımlar atmışdır. Mənim fikrimcə, bu gün Amerikanı milli-etnik problemləri yox dərəcəsinə endirməyə vasitəçi edən bir neçə amil var. Bunun ən başlıcası, məşhur "Amerikan Xülyası” etiketidir. Belə ki, bu etiket altında dövlət hər bir vətəndaşını bərabər imkanlarla tanıyır, onların xoşbəxt yaşaması, uğur qazanmaları naminə vədlər verir və yerinə yetirir də. Bundan əlavə, zənnimcə, ikinci amil "torpaq” və "yer” anlayışıdır. Belə ki, ilk "Amerikalı”lar dünyanın müxtəlif ölkələrindən "Yeni Dünya”ya–Amerika qitəsinə böyük ümidlərlə köçən miqrantlar olmuşlar. O mənada ki, bu torpaqlar Amerika xalqının qədim ata-baba yurdları olmayıb. Daha doğrusu, inter-irqi (fərqli irqlər arasında) və inter-etnik (fərqli etnoslar arasında) evliliklər də Amerikanın məşhur assimiliyasiya maşınını ifadə edən "əridən qazan” metaforuna xidmət etmişdir. ( "Əridən qazan” metaforu 1780-lərdə yaranan fikir idi ki, Amerikaya gələn onun mədəniyyətini qəbul edir, onun mənsub olduğu keçmiş mədəniyyət həmin qazanda öz-özünə əriyir və amerikanın mədəniyyətinə qarışır. Sonradan 1970-ci ildə tənqidçi multikulturaloqlar həmin metaforun dəyişdirilməsini, "mozayka” və ya "salat vazası” ifadələriylə əvəz olunmasını təkid edirlər. Onlar deyir ki, Amerikada müxtəlif mədəniyyətlər qarışırlar, amma fərqliliyini saxlayırlar)

- Insan haqqları baxımından, doğrudanmı bu ğün Amerikanı azad və demokratik ölkə saymaq olar? Bu gün Azərbaycanda "Hicab problemi”, "Soyad problemi” və i.a. insan haqqlarına zidd məsələlər gündəmdədir. Orada necə, belə problemlər varmi? Milli azlıqlara münasibət necədir? Məsələn, orada məskunlaşmış Talışlar və ya Azərbaycanlılar, öz mədəniyyət mərkəzlərini yarada, qəzetlərini nəşr edə bilərlərmi?

- 1964-cü ilin Mülki Hüquqlar Aktı imzalanana qədər "insan haqları” sahəsində Amerikada kifayət qədər problemlər və ziddiyyətlər mövcud idi. Misal üçün, qaradərililər "ağ”larla eyni ictimai yerlərdə iştirak edə, eyni iş yerində çalışa bilməzdilər. Həmçini seçkilərdə onlara yaradılan min bir hüquqi və süni maneələrə görə səs verə bilməzdilər. 1920-ci ilə qədər, qadınlar hərəkatı başlamamışdan əvvəl, Amerikada qadınlar səs verə bilməz, "zəif” cinsin nümayəndəsi adlandırılaraq iş imkanları tanınmaz, işlə təmin olunduqda isə onlara ayrıseçkilik edilərdi. Yerli xalq olan Hinduların rezervasiyalarda, ən kasıb ştatlarda yaşamağa məcbur edilməsi də bu sıraya daxildir. Bundan əlavə yüzlərlə buna bənzər problemlər sadə amerikalıların gündəlik həyatını müşayiət edirdi. İndi görün, həmin Amerika indi insan haqqlarını ən çox önəmsəyən, dünyanın ən demokratik ölkələrindən biridir. Bayaq da qeyd etdiyim kimi, buna səbəb həm dövlətin, həm də vətəndaşların inkişaf etməyə olan tələbatı, marağı və tələbi olmuşdur.
Bu gün Amerikada istənilən şəxs, öz dini inanclarının ona əmr etdiyi şəkildə geyim tərzini saxlaya, həmin geyim forması ilə təhsil ala, dərs deyə, hökumət idarəsində çalışa bilər. Soyad məsələsində də eyni sərbəstlik var. Fikirləşəndə ki, Amerikanın əhalisi miqrantlardan əmələ gəlmiş və üstəlik hər il Amerikaya on minlərlə, yüz minlərlə insanlar yaşamaq üçün üz tutur, bunu normal hal kimi qəbul etmək lazımdır. Mənim fikrimcə, ölkəmizdəki hazırki durum əslində dövlətin də marağında deyil. Siyasi manevrdir, qısamüddətlidir və yaxında həlli gözləniləndir.

Amerikada tələbat olduğu təqdirdə, istənilən dildə kitab, qəzet, jurnal çap edilə bilər və istənilən mədəniyyət mərkəzini yaratmaq olar. Onu da əlavə edim ki, Amerikalılar digər mədəniyyətlərlə, adət-ənənələrlə tanış olmaqda çox maraqlıdırlar. Mediya məsələsinə gəldikdə isə, düşünürəm ki, bütün dövlətlərin özünün bu və ya digər nəzarət mexanizmi var və bu müxtəlif formalarda tətbiq edilir. Yəni, bu gün Amerikada mediada azadlıq varsa belə, bu heç də televiziya və digər mətbuat vasitələrində istənilən sözü deyərək, onun məsuliyyətindən azad olmaq mənasını vermir.

- "Tolışi Sədo” qəzetinin oxucularına və həmvətənlrimizə Amerikadan tövsiyyəriniz?

- İlk öncə qeyd edim ki, bölgəmizin demək olar ki, bütün rayonlarında müxtəlif proyektlərlə çalışmışam. Talışlar öz dillərinə və mədəniyyətlərinə olduqca bağlı bir xalqdır və məişət səviyyəsində həmişə bunu qorumağa qadirdirlər. Bununla yanaşı, qəbul etmək lazımdır ki, dövlətimiz yaranandan bəri, çoxlu problemlərdən və sınaqlardan keçib. Hamıya bəllidir ki, etno-müstəvidə kifayət qədər başağrılı prosesləri adlamışıq. Mən həmişə zamanın hər şeyi öz qaydasına qoyacağına ınanmışam. Yenə də inanıram ki, müəyyən müddət sonra Talışların dilinə, mədəniyyətinə və kimliyinə olan məhəbbəti, təkcə məişət səviyyəsində yox, dövlətimizin də maraqları çərçivəsində qorunacaqdır.
"Tolışi Sədo” qəzetinə gəldikdə isə, mən bilirəm ki, bu qəzetin əsası könüllü insanların təşəbbüsü ilə qoyulmuş və könüllü insanlar tərəfindən də qorunmaqdadır. Bu, həm onu ərsəyə gətirənlərə, həm də Oxucularına şamildir. Ölkəmizin ən qədim yerli sakinlərindən olan Talış xalqının nümayəndələrinə daima öz xalqının dilinə, adətinə, mədəniyyətinə, etnik kimliyinə sadiq olmaqları ilə yanaşı, həmişəki kimi, Azərbaycanımızın başını uca tutmalarını arzulayıram. Xuda sizləri qorusun!


Категория: Müsahibə | Просмотров: 2202 | Добавил: admin | Рейтинг: 5.0/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus