Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2016 » Апрель » 27 » Qədim azəri dilinin yadigarı – Talış dili
18:04
Qədim azəri dilinin yadigarı – Talış dili

 

"...Bu vaxtdan başlayaraq, Azərbaycan dili və yaxud Azəri dili deyilərkən artıq köhnə İrandilli Azəricə yox, məhz Azəri Türkcəsi (tərəkəmə dili) nəzərdə tutulmağa başladı." 

Rəzzaq Xansuvar

(ixtisarla)

 

1.Talış dilinin dünya dilləri içərisində mövqeyi.

    Talış dili (Tolışə zıvon) Hind-Avropa dil ailəsinə, Hind-İran dilləri qoluna, İran dillər qrupuna, Şimal-Qərbi İran dillərinin Tati-Talış qrupuna aiddir.

     Hind-Avropa dil ailəsi haqqında qısaca məlumat verək: 

Bu dil ailəsində dünya əhalisinin çox böyük bir hissəsi danışır. Dünyada ən çox öyrənilən və istifadə olunan dillər də məhz bu ailəyə daxildir(ingilis, fransız, rus, alman, ispan və s.). Hind-Avropa dillərinə Ellin(yunan), Alban, İtalik(Roman. italyan, ispan, fransız, rumın və s.), Kelt(Avropada məhdud sayda danışılan dillər), German(ingilis, alman, isveç və s.), Hind-İran(fars, kürd, urdu, hindi, maratx, qucarati,benqal və s.), Slavyan(rus, ukrayın, polyak, çex və s.), Balt(latış və litva dili) və Erməni(hayk) dilləri aiddir.

     İran dilləri qrupunda da aşağıdakı bölgü var:

Şərqi İran dilləri, Qərbi İran dilləri. Qərbi İran dilləri daha böyük qrupdur. Şərqi İran dilləri isə zamanla öz nüfuzunu xeyli itirmiş və çox sayda nümayəndələri ölü sayılır.

Qərbi İran dilləri də öz növbəsində Şimal-Qərb və Cənub-Qərb İran dillərinə bölünür. Cənub-Qərb qrupu Fars-Tacik dialektləri də adlanır. Buraya müasir Fars, Dari, Tacik, Hazaragi, Lur-Bəxtiyari dialektləri, Tat(Azərbaycan Respublikası(Şirvan zonasında) və Dağıstan tatları), Yəhudi-Tat və s. dillər aiddir. Şimal-Qərb qrupu aşağıdakı kimi qruplaşır:

1) Kürd qrupu:

Kurmanci, Sorani, Lək, Kalhuri və s. dilləri

2) Zaza-Qoran qrupu

Zazaki(Dimli, Kırmancki), Qorani(Havrami, Bacelani)

3) Bəluc dili

4) Kaspi dilləri

Gilaki və Mazandarani dilləri

5) Semnan dialektləri

6) Mərkəzi İran dialektləri(Raci)

7) Tati-Talış və yaxud Azəri qrupu

Buraya Talış dili və Azəri dilinin qalıqları olan Tati dialektləri (Takestani, Hərzəndi, Şahrudi, Xoini və s.), o cümlədən ölmüş Kilit dili aiddir. 

Şərqi İran dillərinə Puştun(Patan), Osetin(Alan), Yaqnobi, Pamir(Bədəxşan və Çin taciklərinin dili) ölmüş Skif-Xotan, Skif-Sarmat, Sak dilləri, ölmüş Baktriya və Soqd dilləri və s.

Bir sıra İran dilləri ölü sayılır və yaxud məhdud işlənir. Bir sıra dillərin itməsi məhz müharibələr, köçlərlə bağlıdır. Buna misal olaraq Talış-Tati dialektlərinin Səlcuqların(11-ci əsr), Atabəylər və Monqolların(12-13) ağalığı dövründə öz mövqelərini itirərək, gəlmə türkdilli tayfaların dilinə keçməsi, İran Azərbaycanının, Qarabağın, Naxçıvanın, Şirvanın, Muğanın böyük hissəsinin türkləşməsidir.

Səfəvilər dövründə(16-17ci əsrlər) bu proses əsasən başa çatdı və Talış dialektlərini Azərbaycan türkcəsi əvəz edərək yeni türkdilli lakin mənşəcə əsasən yerli İran və Qafqaz xalqlarından ibarət yeni etnos yarandı. Azərbaycan türkcəsinin inkişafı sonrakı Rus işğalı və İranda Qacarların hakimiyyəti dövündə də davam etdi.

Rusiya höküməti türkdilli(tərəkəmə) tayfaları indiki respublikamızın ərazisinə köçürməklə və rus-tatar məktəbləri açmaqla, yerli xalqların assimilyasiya prosesini davam etdirdi. Məsələn keçən əsrin əvvəllərində Abşeron kəndlərində(Maştağa, Novxanı, Nardaran, Fatmayi, Balaxanı, Suraxanı, Qala, Hövsan, Zirə və s. kəndlər) Tat dilində(Fars dilinə yaxın) danışırdılar. 

Bu haqda məlumatlar Abbasqulu ağa Bakıxanovun “Gülüstani - irəm” əsərində də var.

Yer adlarının mənşəcə türkdilli olmaması və əhalinin “iran” intonasiyalı danışığı da assimilyasiya olmuş millətin əlamətləridir.

Bu gün Balaxanı, Suraxanı, Zirə və Əmircanda(Xilə) bir çox insan öz “köhnə” ana dilləri olan Tat dilini xatırlayırlar.

2. Azəri dili və yaxud Tati-Talış dili

Azəri dili İran dillər qrupunun qədim nümayəndəsi olub, Şimal-qərbi İran dillərinə aiddir. Bu dil hazırda məhdud şəkildə işlənir və Tati-Talış dialektləri və yaxud sadəcə olaraq Talış dili adlanır. 8-11-ci əsrlərdə Araz çayından Qəzvinə kimi olan ərazidə bir-birinə yaxın olan dialektlərdə danışırdılar.

11-ci əsrdən başlayaraq Azəri dilində danışanların sayı azalmağa və bu dil öz üstünlüyünü itirməyə başladı. Onun əvəzində isə Azərbaycana köç etmiş tərəkəmə tayfaların dili əsas ünsiyyət vasitəsinə çevrilməyə başladı.

İran Azərbaycanının qədim dili haqqında İslamın yayıldığı ilk əsrlərdən məlumat verilir. Bu dil haqqında ilk xatırlatma İbn Əl-Moqaffaya məxsusdur(759-cu il). O, Azərbaycanın dilini əl-Fəhləviyə(Pəhləvi) adlandırır, Azərbaycan, İsfahan, Rey, Həmədan və Nəhavənd bölgəsini isə Pəhləvi bölgəsi adlandırır.

Analoji olaraq, digər müəlliflər də Azərbaycanın dilini “Pəhləvi” adlandırır. Fatih Əl-Bəlazuri isə(869-cu il) “hən”(ev) sözünü misal gətirir və bunun “Azərbaycan xalqının dilinə aid olduğunu bildirir.

Yəqubi isə özünün “Ketab əl-Boldan” əsərində(891-ci il) Azərbaycan əhalisinin “əl-əcəm əl-ədəriyə”(müsəlman azərilər) və “əl-cavedaniyə əl-qedam”(xürrəmi azərilər, Cavidan və Babəkin tərəfdarları) əhalisindən ibarət olduğunu qeyd edir. Buradan isə müvafiq olaraq, müəllifin Azərbaycan əhalisini və onun dilini “Azəri” adlandırdığı görünür.

Azərbaycanın qədim əhalisinin dili haqqında məlumatlara X-XII əsr ərəb coğrafiyaşünaslarının yazılarında rast gəlinir. Məsudi azəri dilini Azərbaycan əhalisinin böyük hissəsinin danışdığı dil kimi qeyd edir. Onun haqqında həmçinin İbn-Havqəl, Yaqut əl-Həməvi, əl-Xarəzmi, Bəlazuri və digər ərəb müəllifləri xəbər verirlər.

Məsudi İranın bütün əyalətlərini nəzərdən keçirərək qeyd edir ki, onlarda vahid dil mövcud idi və ayrı-ayrı vilayətlər ünsiyyətdə kiçik fərqə malik olsalar da, sonuncular vahid yazı ilə birləşmişdilər və qalan hallarda hərf birləşmələri bir-birindən fərqlənirdi, məsələn “pəhləvi”, “dari”, “azəri” və digərləri (Bibl.,Geograf. Arab.,vol.VIII,p.78).

Müqəddəsi İranın dilini fars dili adlandırır, lakin qeyd edir ki, bəzi qism əhali “dari” dilində danışır ki, bu da fars dilini bilənlərin nəzərində çətin başa düşüləndir. O bütün dilləri “farsi” adlandırsa da, azərbaycanlıların dili haqqında yazır ki, o, bir sıra çətinliklər törədir və qəlizdir(həmin mənbədə. Səh378).

Azəri termininə həmçinin Əbu Zəkəriyyənin Nasir Xosrovun müasiri olan Katib Təbrizi haqqında məşhur hekayəsində rast gəlinir. Qeyd edilir ki, o Maarrada, məşhur Əbu-l-Əlyanın(973-1057) yanında oxuyarkən öz yerlisi ilə tanış olur və onunla müəllimə çox maraqlı gələn lakin başa düşmədiyi doğma dillərində danışırlar. Əbu-ə-Əlya bu dilin hansı dil olduğunu soruşarkən Katib “Azərbaycan əhalisinin dilidir deyə cavab verir”.

Nisbətən gec ərəb yazarlarından Yaqut Həməvi (1179-1229) qeyd edir ki, azərbaycanlılar yalnız özləri tərəfindən yaxşı anlaşılan, digərləri üçün çətin olan dildə(hazırki talışların və onların dialektləri tatilərin, karinganilərin dilində) danışırlar.

Nəticə çıxara bilərik ki, 10-12-ci əsrlərdə Azərbaycan əhalisi xüsusi iran dillərindən “pəhləvi” və “dari” ilə paralel və ya farsi dili ilə birgə Qafqaz dağlılarının dili ilə müqayisə olunur və bu dil fars dilini bilənlər tərəfindən çətin anlaşılır.

Zəkəriyya(Məhəmməd Qəzvinidən misal) qeyd edir ki, Təbrizdən başqa heç bir şəhər monqolların və türklərin işğalından kənarda qala bilmədi. Buradan belə nəticə çıxarmaq olar ki, Təbriz ən azı Abaqa xanın hakimiyyətinə kimi türki(bu günkü Azərbaycan türkcəsində) bilməyib.

Həmdullah Mostavfi isə(1340) qeyd edir ki, Marağada “dəyişilmiş pəhləvicə”(pahlavi-ye moqayyar) və yaxud pəhləvi muarrab(ərəbləşmiş Pəhləvi dilində) danışırlar. Mostavfi həmçinin Zəncanın dilini də “Pahlavi-ye rast” adlandırır.

O, Güştasfi(İran Talışının şimalı və Şirvanın cənubu arasındakı bölgə bu gün Azərbaycan respublikasının Talış bölgəsi) vilayətinin pəhləvicəsinin Gilana yaxın olduğunu bildirir. Mostavfinin Təbrizlilərin dili haqqında da qeydləri vardır ki, burada açıq-aydın Təbriz əhalisinin hansı dildə danışdığı bəlli olur. Urmiya şəhərindəki bağlardan məlumat verərkən burada bitən ən yaxşı üzüm sortunun “Huluqi” sortu olduğunu yazır.

Sonra qeyd edir ki, təbrizlilər bir cavanı uyğun olmayan geyimdə görəndə deyirlər “angur huluqi baçça dirra sava andar”. Angur- burada üzüm, Dirra- yırtıq, cırılmış, Sava- səbət, Andar- daxilində mənasını verir. Bu cümlə Talış dilinin orta dialektinə çox uyğundur və belə talışca belə səslənir: “Angu huluqi basa dirya sava anda”.

Lakin Azərbaycanın pəhləvicəsi adi Pəhləvidən(Parfiya dili) müəyyən qədər fərqli olmuşdur (Markwart, Ērānšahr, p. 132 n. 5). Bunu Azəri dilinə aid orta əsr nümunələrindən müşahidə etmək olur.

Bütün bu dəqiq və yaxud müəyyən qədər tam dəqiqliyi olmayan məlumatlara əsasən onu demək olar ki, 8-14-cü əsrlərdə Azərbaycan İrandilli olmuş və buradakı dil ərazinin adına uyğun Azəri(Adari) dili adlanmışdır. 

Mərhum alim İqrar Əliyev Azəri dilinin şübhəsiz, İran dillərindən olduğunu və onun Şimal-qərbi İran dillərinə aidliyini qeyd etmişdir.

O, talış dilinin bu dilə ən müvafiq bir dil olduğunu və daha çox onun törəməsi olduğunu qeyd etmişdir.

Digər azərbaycanlı tədqiqatçı Məhəmmədhəsən Baharlı(Vəliyev) özünün kitabında İran Azərbaycanının türkdilli əhalisini “qismən türkdilli talışlar – talış türkləri” adladırır.

Azəri dilinin tədricən zəifləməsi İran Azərbaycanına türkcənin daşıyıcısı olan tayfaların gəlməsilə bağlıdır.

İlk bu cür tayfalar Azərbaycana Sultan Mahmud Qəznəvinin dövründə(11-ci əsrin əvvəlləri) gəlmiş səlcuqlar idi. Məhz səlcuqların hakimiyyəti dövrlərində(1040-1157) Azərbaycana türkdilli tayfaların axınının əsası qoyulmuşdur. İldəgizlərin (1136-1225) vaxtında türkdilli əhalinin sayı artmağa başlayır. Lakin bu köç əsasən Monqolların işğalları və ağalığı dövründə baş vermişdir.

Monqol ordusunun böyük hissəsini məhz türkdilli tayfalar təşkil edirdi. Azərbaycan şəhərləri isə (Təbriz, Marağa, Sultaniyyə və s.) onların hakimiyyətinin siyasi mərkəzləri idi. İldəgizlərin süqutu və Səfəvilərin yüksəlişi arasındakı 150 ildə aramsız müharibələr, çəkişmələr, turbulentlik bu əraziyə çoxlu türkdilli hərbi-döyüş elementlərini gətirmişdir.

Əvvəlkilərdən fərqli olaraq, Qaraqoyunlu və Ağqoyunlu türkmənlərinin hakimiyyəti dövründə Azəri öz mövqelərini daha sürətlə itirməyə başladı.

Hətta mənşəcə irandilli sülalə olmuş Səfəvilər, belə türkcəni ana dili kimi qəbul etdilər.

Səfəvilərin ulu babası olmuş Şeyf Səfiəddin Ərdəbilinin(13-14-cü əsrlər) müəllimi Şeyx Zahid Gilaniyə Azəri dilində yazdığı dördlüyü məlumdur.

Dılır kuhi sər əv dəndə nıbu,
Əşgır cui ki, vəryan band nıbu,
Helmır bağe şəriət mand zir an
Ruhır bazra bə pərvaz dənde nıbu

Mu əzəş-əzcə əv yan mande durim,
Əz cə əv yan xasan poşt zurim,
Dəhəşəm duş bə ərş o bə kursi
Sultan Şeyx Zahid çuvkam kuim.

 

Tərcüməsi (Lənkəranlı həkim Mirsalam Babayev)

Ürəyin – zirvəsi görünməz dağın,
Eşqin bir bulaqdır, çağlayar, daşar.
Helmin abad edər şəriət bağın,
Ruhun bir qartaldır, buludlar aşar.

Mən qala bilmərəm onlardan uzaq,
Gücüm və qüvvətim onlardır hökmən,
Çiynimdir ərş ilə kürsüyə dayaq
Sanki Sultan Zahid çəvkanıyam mən.

 

Şahbazim cumlə maran bəkıştem

Vəfadarim bivəfayon bəxıştem

Qudrəti zəncirim bədaste ustad

Çəxmağim atəşim dikəm nəvaştem

 

Yaxud Monqollar(İlaxanilər) dönəmində yaşamış Homam Təbrizinin(1238-1315) qədim Təbrizi dialektində yazdığı şeir:

 

Vəhar o vıl o Dim yar xuaş bi

Avi yaran, mah vıl bi, mah Vəharan

Azərbaycan türkcəsində:

Bahar, çiçək və yarın üzü xoşdur

O yarsız nə çiçək olar, nə də bahar.

Açıq-aşkar burda Vıl(gül, çiçək), Dim(üz, sifət), Avi(əv)(o- əvəzliyi) kimi talış sözləri görünür.

Şimal Talışlarının(Lerik-Ləvəndvil dialektində) dialektində:

Bahar i vıl ijən yari dim ve xose

Əv yar nıbu, vılən, baharən əbıni

Səfəvilər dövlətinin mövcudluğu dönəmdə (1501-1722) tükdilli tayfalar- qızılbaşlar hakimiyyətin əsas sütünü olduğundan Azəri dil artıq öz əhəmiyyətini itirməyə başladı.

Bu proses ilk növbədə şəhərlərdən başlayaraq, tədricən Azərinin demək olar tam sıradan çıxmasına və Azərbyacanın əsas dilinin isə Türkman(oğuz) türkcəsi olmasına şərait yaratdı. Bu vaxtdan başlayaraq, Azərbaycan dili və yaxud Azəri dili deyilərkən artıq köhnə İrandilli Azəricə yox məhz, Azəri Türkcəsi (tərəkəmə dili) nəzərdə tutulmağa başladı.

Azəri dilindən bəzi sözlər bugünkü Azərbaycan türkcəsində də işlədilir. Bu cür sözlərə misal olaraq “Dardajar”(xəstə) və “Kuşan”(tarla- talışca Kəfşan) sözlərini demək olar ki, bu sözlərə Şeyx Səfiəddinin dubeytlərində rast gəlinir. Karanq (Cahan-e əxlaq əsərində. 1956) bəzi tati-talış sözlərinin Azərbaycan(türkcəsi) dilində istifadə oldunduğuna dair misallar gətirir.

Məsələn, “Dim”(sifət, üz), “Zəmi”(torpaq), “Uləs”(kömür). Lakin bu cür sözləri tapmaqçün tədqiqatlar davam etməlidir. Bəzi müəlliflər, məsələn, Ədib Tusi İran Azərbaycanının müxtəlif hissələrində işlənən qeyri-türk sözlərini lüğət şəklinə yığaraq sözlərin mənşəyinə fikir verməmiş və onu Azəri dili kimi qəbul etmişdi. Lakin məlum oldu ki, sözləri çoxusu fars və yaxud fars dilinin vasitəsilə keçmiş ərəb sözləridir. Buradan məlum olur ki, Azərbaycan(türkcəsi) dilinin leksikasına çox güclü təsir edən fars dilindən fərqli olaraq Azəri dili onun leksikasına ciddi bir təsir etməmişdir.

Azəri dili öz dominantlığını itirsə də bu dildə danışanlar az deyildir. Bu dialektlər haqqında sonrakı bölmələrdə aydın məlumatlar veriləcək. Həmin dialektlərdə Araz çayından başlayaraq Qəzvin, Həmədana və hətta Tehranın “həndəvərinə” kimi danışılır. Ərəb müəlliflərinin Azəri(Adari) və Fahlavi(Pəhləvi) adlandırdıqları dillər əslində qədim Midiya dilinin şimal və cənub şaxələridir. Azəri dili(Tati və Talış) və Orta İran dialektləri birlikdə Yeni Fars dilinə analoji olaraq Yeni Midiya dili adlanır.

Aydındır ki, bu cür böyük ərazidə yayılmış bir dilin çoxlu dialektləri olmalı idi. Əl-Müqəddəsi qeyd edir ki, Ərdəbil nahiyyəsində 70 şivədə danışırlar. Doğrudur, bu şişirdilmiş ifadədir, lakin müəllifin bizə çatdırmaq istədiyi əsas məğzdir.

Buna baxmayaraq, bölgənin dilinin Azəri(Adari) adlandırılması, adının isə Dari və Pəhləvi ilə yanaşı çəkilməsi onu göstərir ki, bu dialektlər ümumi bir adla adlanmaqdan ötrü bir-birinə kifayət qədər yaxın olmuşdur. Azəri dilinin qalmış dialektləri bu fikri təsdiqləyir. 

Azəri dilinin dialektlərinin yerləşdiyi nahiyyələr əsasən məhdud çıxışlı, dağlıq kənd yerləridir. Dialektlərin əsasən pereferiyada rast gəlməyi təbiidir. Çünki mərkəzlərdə başqa dillərin, xüsusilə də türkinin dominantlığı açıq-aydın olmuş və Azəri dili sıxışdırılmış və çıxarılmışdır. Günümüzdə belə, bu proses davam etməkdədir. Hətta ən dağlıq yerlərdə belə, Azəri(tati-talış dili) öz yerini türkcəyə güzəştə gedir.

Məsələn, 1960-cı illərdə tədqiqatlar zamanı müəllif yaşlı insanlarla rastlaşmışdır və onların xatirəsində qalan sözlər bu dilin kədərli tarixindən xəbər verir. Həmin qocalar öz doğma dillərində bəzi sözləri xatırlayır, atalarının və babalarının bu dildə necə danışdıqlarını nəql edirdilər. Müəllif Zəncan-Bicar yolunda yerləşən Hələb adlı kənddə ana dillərini haqqında xəbərləri olan üç qoca ilə rastlaşır.

Tədqiqatçıları Azəri dilinin dialektlərinin bir neçə formada təsnif etsələr də mahiyyətcə hamısı eyni cürdür. Əvvəldə qeyd etdiyimiz kimi, Azəri dili İran dillərinin Şimal-qərb qrupuna aiddir(yəni, Kürd, Zaza, Gilək, Mazandaran dilləri ilə qohumdur). Talış dili daha yaxşı qaldığı üçün və yerləşdiyi bölgədə(Tavaleş, Taleş) bütöv areal təşkil etdiyi üçün onu müstəqil dil kimi çox asan ayırmaq olur. Dialektlər çoxsaylı və səpələnmişdir:

Birinci təsnifat belədir (Stilo, Donald L. 1981. The Tati Language Group in the Sociolinguistic Context of Northwestern Iran and Transcaucasia. Iranian Studies 14. 137-187.)

Azəri dialektləri və yaxud Tati(Tatic) qrupu dialektləri:

       1)Şimal dialektləri -  Hərzəndi, Karinqani-Dizmari

       2)Orta dialektləri – Talış, Kacali, Şahrudi, yuxarı Taromi, Koreyş-Rüstəmi, Xoini

       3)Cənub dialektləri – Takestani, Eştehardi

Və yaxud da bu ailənin əsas nümayəndəsi olan Talış dilinin dialektləri kimi təsnifat aparılır:

Talışın Talış dialektləri(Şimali(Ləvəndvili), Orta(Taleşdulai), Cənubi(Şandermani).(900 000 nəfər*)
Talış dilinin Karinqani dialekti(20 000 nəfər)
Hərzəndi dialekti(28 100 nəfər)
Xalxal-Takestani dialektləri(220 000 nəfər)
       *Talışların sayı haqqında məlumatlar çox fərqlidir. Yuxarıdakı rəqəmlər Etnologiyaya istinadən yazılmışdır. Həqiqətdə bu say 2 və hətta 3 dəfə artıq ola bilər. 

Kilit dialektinin mənşəyi haqqında məlumatlar tam və dəqiq işıqlandırılma-mışdır. İlk dəfə bu dil(indiki halda dialekt) haqqında məlumat Şopenə(1852-ci il) məxsusudur. O, öz yazısında qeyd edir:

“Ordubad dairəsində şiə məzhəbli, tatar olmayan daha bir nəsil vardır. Bu nəsil Kilit kəndində yaşayır və dilləri digər şivələrin heç birinə uyğun gəlmir. Bu yəqin , qədim Ərməniyyənin Uti və Paytakaran vilayətlərinin köklü tayfalarının qalığı və yaxud da, onlar elə talışlar, tat və ya dılağardalar, tacik və ya gebr mənşəlidirlər. Tasit kilitlər haqqında xüsusi xalq kimi söhbət açır. Kilitin əhalisi -104 nəfərdir”

Kilit barəsində tədqiqatlarda A.Həsənovun rolu da az deyil. Onun vaxtında artıq Kilitdə bu dil ölmək ərəfəsində idi.

1.A.Həsənov qeyd edir ki, guya Kilitin əhalisi öz dilini dəyişmişdir. Lakin bu qeyri- mümkündür. Həm də Kilit dili tapılarkən o artıq kilit-türki bilinqvizmindən Azərbaycan türkcəsinə keçmə mərhələsində idi. Kilit dialekti kilitlərin elə əcdadının dili idi. Əhali 19-cu əsrin sonlarına kimi bu dili bilirdi. 

Dilin yazısı yox idi və həmçinin tayfalar arası ünsiyyət vasitəsi olmadığından, həmçinin Kilitin keçilməz ,dağlıq ərazidə əhalinin heç bir qonşusu bu dildə danışmadan bu dilin ikinci dil kimi öyrənilməsi ağılabatan deyil. Ona görə bu fikir tamamilə yanlışdır.

Həsənov hətta bildirirdi ki, bu dili qadınlar bilmir. Amma sonra özü yazısında Ordubadda yaşayan və Kilitdən olan qadının Kilit dialektində sözlərini qeyd edir. 

İkinci fərziyyə kilitlilərin Şah Abbas və ya Nadir Şah tərəfindən İranın və Pakistanın ərazilərindən köçürülməsi fikri də həqiqətə uyğun deyil.

Hətta Həsənov belə bir fikir irəli sürür ki, Nadir şahın köçürtdüyü tayfa guya Xorasanın Kelat məntəqəsindən gələn türk tayfasıdır. 

Bu fikri daha sonra özü də inkar edir. Kilit əhalisinin gəlmə olmağı haqqında heç bir xatirəsi yox idi və ola da bilməzdi. Həm də bura köçürülməsi əhalinin yaddaşında 100-150 il qalmalı idi.

Məlum olur ki, Ordubadın bir çox kəndləri kimi Kilit də çox qədim yaşayış məntəqəsidir və əhalinin köçürülməsi yalan fikirdir.

Kilit keçilməz dağlıq, qayalıq və ətrafla kontaktın olmadığı yerdə yerləşir. Ona görə də əhalinin danışdığı dil də aradan getməmişdi. Belə hal Azərbaycanda Şahdağ xalqlarının(xınalıq, buduq, əlik, cek və s.) və Tacikistanda Pamir dağlarının ətəklərində yaşayan yaqnobilərin və Pamir xalqlarının mövcud olub itməməsinə səbəbdir.

3. Kilit dilinin olması bölgənin etnolinqvistik tarixi ilə tanış olanları təəccübləndirməməlidir. Sumbatzadə, Miller, Zelinski, Vəliyevin(Baharlı) fikirlərinə görə iran dialektlərinin buradakı arealı xeyli, böyük olmuş və Ordubadı, Arazın şimalındakı Mehri, Füzuli rayonlarını da əhatə etmişdir. Bunu İrandilli toponimlərin çoxluğu sübut edir(Dizə, Kələki, Parağa, Nüvədi, Horadiz və s.).

Ordubadın əhalisinin çox güclü dialektoloji substratının olması da buna əlavədir.
M.Vəliyevə görə, Kotam kəndinin əhalisi dilini dəyişmiş Tatlardır(tat ümumi mənada yerli irandilli xalqın adıdır. Bu konteksdəki tatlar talışların bir qolu olan tatlardır). S.P.Zelinski qeyd edir ki, Mehrinin onlarla kəndi əvvəlləri yalnız özlərinin anladığı dildə danışırdı.

İndi onların hamısı Azərbaycan dilində(o vaxt tatarca deyilirdi) danışır və öz dilləri haqqında hər şeyi unudublar.

Vəliyev qeyd edir ki, Mehrinin Leqvaz və Nügədi kəndlərinin əhalisi tatilərdir.
Həsənov isə Ordubadda Baba-Yaqub kəndinin əhalisini də Kilitdə yaşayanlarla eyni olduğunu, daha sonra sərhəddin o tayında öz dilinin varlığını qorumuş Gəlinqaya-Hərzəndi kəndlərinin olduğunu qeyd edir. Bu kəndlərin dilinin talış dili ilə yaxın qohum olduğu İranistikada çoxdan bəlli idi. 

Kilit dialekti özündə çox qədim və kəşməkeşli bir tarix daşımışdır. Bu dialekt Şimal-Qərbi İran dillər ailəsində Talış-Tat dialektləri qrupunda təsnif edilir və Azəri dilinin 19-cu əsrin sonlarına qədər yaşaya bilmiş qalıqları sayılır. Maraqlı cəhəti onun Azəri dilinin ən şimal dialektlərindən olması və Arazın şimalında rast gəlinməsidir.

Aşağıda 1880-cı ildə Zelinskinin öz əsərində yazdığı nümunəni təqdim edirik:

Kilit dialekti( Ordubad rayonu)

Vaxti knyaz əslnda eranali* emiabia məneş taşa: bi şema zuun kasaka man vinem ki, şema zuun kalanq zuuna. Xa çi ki, e şman xabaeş kata, mandje votma. E şman xabaeş kata ki, ki kalanq aşmardia, manje aşmardema desta sa. O eranal maneş taşa kuseş. E şmən xəbəş kata keinq mandaniş? Mandje votma ki, manu murəxəst kai manem kaim.

*Eranal – General mənasında.

Orta Talış dialekti (Taleşdulai)

Vaxti knyaz eranali ama, bə mankəş xaşta: ba əştan zəvon gaf bəjan bəvinom şəma zəvon kamila. Bə mənka har çə kən dafarsəsta mənin vata. Ba mənka dafarsəst çəntarin başmard. Mənin əşmarda da sad. Ə eranal ba mənka xaşta bəşom çəi var. Ba mənkə dafarsa(xaba qate) ki, kiya bamandiş? Mənin vata kən, ama bəraxən başimon əştan ka.

Şimali Talış dialekti (Lerik rayonu)

Vaxti knyaz erənəli oməbe, mınış haşte: bə şımə zıvon sıxankə mınən bıvinım ki, şımə zıvon kom zıvone. Har çi ki, əv çımınku xəbəş qəte, mınən votme. Əv çımınku xəbəş qəte ki, ki çoko aşmardəyon, mınən aşmardime deto sa. Əv erənəl mınış haşte boşom çəy və. Əv çımınku xəbəş qəte komco bamandiş? Mınən votme ki, mıni murəxəst bıkənən(vadənən) çımı kə.

Azərbaycan dilində

General bir vaxt gəldi, məni tələb edərək: öz dilində danış mən də baxım ki, sizin dil necə dildir. Hər nə məndən soruşdu, mən də cavab verdim. O, məndən soruşdu ki, necə sayırsınız, mən də yüzə kimi saydım. O general məni yanında olmağını istədi. Məndən soruşdu ki, harada qalarsan? Mən də dedim ki, məni buraxın evimə.

Kilit dialektindəki say sistemi demək olar ki, Talış dili ilə eynidir.

Talışların yaşadığı ərazilərdən biri də Mərəndin Daş Hərzənd bölgəsidir. Bura Talış bölgəsindən 17-18-ci əsrlərdə çoxlu talışlar köçmüşdür. Həmin talışlar Hərzəndi ləhcəsi ilə danışırdılar. Hazırda Mərəndin bu bölgəsində talışca bilən bir necə qoca qalıb. Lakin onlar keçmişi unutmamışlar.

Daş Hərzənddən başqa talışlar Gəlinqaya, Kurrab, Zal, Pir İshaq, Ayrandibi, Yam, Qaratəpə, Piri, Çay Hərzənd, Miyab, Mizab kəndlərində yaşayır. Onlar da Daş Hərzənddən köçmüşlər. Belə kəndlər keçən əsrdə Ordubad və Mehridə də var idi(Kotam, Kilit, Nuvədi, Lehvaz və s.).

İndi bu kəndlərdə işsizliklə əlaqədar çətin günlər yaşanılır və əhalinin bir çoxu şəhərə miqrasiya etmişdir. Lakin yaxın keçmişdə Hərzənd camaatı öz şanlı tarixi ilə ad çıxarmışdı. Onlar "Cilov" döyüşündə daşnakların qüvvələrini darmadağın etmişdilər. Şəhid olanlar isə müqəddəs Kərbəla məzarlığında dəfn olunmuşlar.

Rus-İran müharibəsi vaxtı Qasım adlı hərzəndli vəliəhd Abbas Mirzənin əlindən bir sərbaz kimi "yavərlik medalına" layiq görülmüşdür. 

Burada tapılan abidələr sırasında eradan əvvəl təx. 715-ci ildə Manna şahının Urartuya güzəştə getdiyi 22 qalanın qalıqlarından sayılan Ələki və yaxud Ələhi (Alaku, Alakku aşur yazılarında vilayət canişini) qalası vardır.

Ələhi adlı kəndlərin biri də Ordubad rayonunda yerləşir. Burada Kafir gölü, Ardıc(Avərs) dağı, Dərvişbəy adlı qəribə formalı daş var. Daş Hərzəndə bir çox yer adı bu bölgədə yaşanan neçə minillik tarixin dərinliyini göstərməkdədir. Bu yer adlarına baxdığımız zaman, onlarda Urartu və Urartuöncəsi yaşayan xalqların kültürünün ən başlıca yeri aldığını görürük.

Kəş, Şuhnini, Sordaxunu, Əməşüini, Henəbuni, Sitəxuni, Çağalaben(adların çoxu talışcadır) və bir çox yer adı urartuluların və daha öncəki xalqların mirası olaraq bugünədək varlıqlarını sürdürə bilmişlər. Adı talışca olan abidələr içində Şetəpir(talışca Şatə pir - əyri pir) və Sərəçeşmə (bulaq başı)adlı məkan vardır.

Karinqani şərqi Azərbaycan ostanının şimalında yerləşən dialektdir(Horand, Kəleybar, Vərzəqan, Culfa, Xudafərin şəhristanları). Bu ərazilər başqa cür Qaradağ, Qaracadağ və ya Arazbar adlanır. XVIII əsrin ikinci yarısında bu ərazilər Qaradağ xanlığının tərkibində idi. Ehsan Yarşater öz tədqiqatlarında bu dialekti əsaslı surətdə işılandıra bilmişdir. Bu barədə qısa məlumatı təqdim edirik:

Mən 1960-cı ilin avqustunda Karinqan kəndinə gəldim. Bu kənd 90-a qədər ailədən təşkil olunmuşdu. Əhali buğda, çovdar, arpa əkir, ətraf meşə sahəsindəki ağacların oduncağından kömür hazırlayır və təxminən 100 baş inək, 400 baş qoyun-keçi saxlayırdılar. Kəndin əhalisi öz dillərinə “tati zun”( yəni Tati dili) deyirlər. Bu kənddən başqa Dizmar və Kəleybarın müxtəlif kəndlərində də həmin dialektdə danışırlar. Məsələn, Kələsur, Hoynaru, Çaykəndi, Uştobin və digərləri).

Sonra qeyd edir: 1972-ci ildə mən Əli Bayrami adlı, cavan (24yaşlı) və savadlı Karinqanlı ilə tanış oldum. O, artıq 6 il idi ki, Təbrizdə yaşayırdı. Valideynləri də həmçinin oralı idilər və evlərində məhz öz dialektlərində danışırdılar. Ondan dialekt haqqında əlavə məlumatlar topladım. 

Bununla belə, tədqiqatçı bəzi kəndləri ziyarət edə bilməmişdir. Məsələn, Ərəzin (Ərzin) kəndini əvvəl nəzərə almasalar da sonradan məlum oldu ki, yaşlılar arasında bu dialekti bilənlər var. Maraqlı bir cəhət də ondadır ki, bu bölgədə bir sıra kənd adlarının eyniadlısı həm Naxçıvan MR-də vardır (Püsyan, Ərəzin, Çənəb və s.). Dizmar, Vərzəqan və Kəleybarda yaşlı insanlar arasında dialekt haqqında çoxlu xatirələri qalmaqdadır. Regionun məntəqə adlarının isə Talış mənşəli olması aşkarca görünür: Karqəsər, Vələndəran, Qəvlan, Molk-e Taleş, Lemahoni və b. Bu bölgənin əhalisinin indi tati adlanın talışlar olmasını hələ 14-cü əsrdə Həmdullah Mustovfi(Qəzvini) qeyd etmişdir.

Azərbaycan türkcəsi bu bölgədə sürətlə yayılmaqdadır. Əksərən yaşlı nəsil dialekti bilsə də, cavanlar türkcəyə üstünlük verirlər. Həmin proses qədim Azərinin bütün dialektlərində, o cümlədən, Talış dilində sürətlə gedir.

Kacali dialekti

Kacali dialekti Tatinin dialekti olub, Ərdəbil ostanının cənubunda iki və bəlkə də daha çox kənddə danışılır. Kacal bu dialektin danışıldığı əsas kənddir və Xalxalın cənub-qərbində yerləşir. Əhalisi 400 nəfərdən çoxdur və əsasən buğda, arpa, meyvələr becərməklə, müəyyən qədər də mal-qara saxlamaqla məşğuldur. Kişilərin çoxu qışda Talışa iş üçün gedir, yayı isə geriyə dönürlər.

Ehsan Yarşaterdən:

“1958-ci ilin yayında, Talış bölgəsinin Əsəlim hissəsində mən 27 yaşlı kəndçi Əbdür-Rəhman Caburti ilə tanış oldum. O, Əsəlimdə qalıb geri dönməyən tək Kacallı idi. Qalanları isə artıq geriyə dönmüşdülər. O da geriyə dönmək fikrində olsa da, mənim onların dialekti haqqında məlumat almaq istəyimlə razılaşaraq gedişini təxirə saldı.

Biz onunla 8 saat sorğu-sual elədik. O, ömrünün çoxunu Kacalda yaşamış və son bir neçə ilin qışını Əsəlimdə, artıq burada 30 il yaşayan, dialektinə şübhə etdiyim(burda qaldığı üçün yəqin ki, o artıq talışın Əsəlim dialektinə keçmişdi) əmisinin evində keçirirdi.

Cabaruti bu dialektdə həm də Kacal yaxınlığında yerləşən Aladin(Ala ud-din) adlı kiçik bir kənddə də danışırlar. Bu kənddə təxminən 20 il qabaq Kacaldan köçmüş 28 ailə yaşayırdı. Maraqlı bir məsələ də budur ki, Zəngilan rayonunda da Aladin kəndi vardır. Buranın əhalisi Rus-İran müharibəsindən sonra  İran Azərbay-canından köçmüşdür. Kacal və Aladin şiə məzhəbli kəndlərlə əhatə olunmuş sünni məzhəbli camaatlıqdır.

Bu sünni məzhəbli Tati dialekti yəqin ki, Şahrud dialektlərindən tamamilə təcrid olunmuşdur. Şahrud dialektləri Xalxalın şərq rayonlarında yerləşir. Bu izolyasiya nəticəsində Şahrudi və Kacali arasında bəzi kəskin fərqlər meydana gəlmişdir.”

 Aşağıda Kacali dialektində mətn, onun şimal talış dialektinə və azərbaycanca tərcüməsini veririk:

 I mətn

Kacal dialektində

      Do janege bend i hördane sarda davaşon akkat. Beşinde afandi varku. Afandi behat “çiçira ameyron inja?”. Behateşon, “çem hördane sarda davamon bebe.” İşa agardesta, behateş, “İm hördan çamane, hama mezonand im hördan çamane”. Çavara agardesta, behateş, “İma duru vajia, hördan çamane”.

     Afandi behat, “Jallade vanq bejana beha injim hördane dö para bekare, i paraş bedeha injime, i paraş bedaha ajaha”. Jallad bama. Janion ia, vaxti ke jalladeş behind, bender vramestan, behateş, “çaman hördan ma koşa”. Çavarin janega hic nöramesta, hiçeş nemata, ajua vendarda bia, medehişta.

     Afandi, vaxti ke behinde janion ia mevramia, bezonesteş hördane nana ava. Hördaneş araqat, bedaş injim janeqa behateş, “hördane nana tüyra. Hördan agi, beba”. Afandi behat, “aja janege bejana ta duru najia.

 

Talış dilində(Lerik)

     Dıvı jen hıst be, hırdəniro daveşon qəte. Şin bə əfəndi vırəku. Əfəndi votşe, “çiçiro oməyon ijən?” Votşone “çı hırdəniro davemon bəbe”. Im jen oqardşe votşe, “Im hırdən çımıne, həmmə zındə ım hırdən çımıne”. Co qılə oqardşe, votşe “Im dıvu(du) votedə, hırdən çımıne”.

     Əfəndi votşe, “ Cəlladi vanq bıkənən bıdə ım jeni hırdəni dı poa bıkə, i paş bıdə ım jeni, i pa bıdə ə jeni. Cəllad ome. Jenondə i qılə, vaxti ki cəlladış vinde, binoş no bəme, votşe “çımı hırdəni məkışt”. Çə qılə jen hiç nibəme, hiçiş nıvote, ə jəqo vırədə be, diyə kardə be(nəvedəbe).

     Əfəndi vaxti ki, vindeşe jenon i qılə bəmedə, zıneşe ki, hırdəni nənə əve. Hırdəni qətşe, doşe ım jeni, votşe, “Hırdəni nənə tıniş. Hırdəni bə kə bıbə”. Əfəndi votşe, “ ə jeni bıjən bıdə dıvu(du) nıvə(nıvoto).

 

Azərbaycan dilində

     İki qadın var idi və uşaq üstündə dalaşmışdılar. Getdilər qazinin yanına. Qazi dedi “nə səbəbə gəlmisiniz?” Dedilər “uşağa görə davamız oldu”. Bu qadın qayıdaraq “Bu uşaq mənimdir, hamı bilir bu uşaq mənimdir”. Digər qadın qayıtdı və dedi “Bu yalan danışır, uşaq mənimdir”.

     Qazi dedi, “Cəlladı çağırın qoy bu qadının uşağını iki yerə bölsün, bir yarısını bu qadına, o biri yarısını digər qadına versin. Cəllad gəldi. Qadınların biri cəlladı görən kimi başladı ağlamağa, dedi “mənim uşağımı öldürmə”. Digər qadın heç ağlamadı, heç nə demədi, yerində durmuşdu və baxırdı.

     Qazi gördü ki, qadınlardan biri ağlayır bildi ki, uşağın anası budur. Uşağı tutub bu qadına verdi və dedi, “Uşağın anası sənsən. Uşağı evə apar. Qazi dedi, “o qadını isə vurun ki, daha yalan deməsin”.      

 

II mətn

Hasan kajalej be. Döş beraleg bend, se hovlie. İ rujeş hördemörd, taneş bekard, tikaliş non behard, bileş bare paşku agata, keyku avarama beyna. Hovligeş behat, “aku mişi?” behateş, “Mi şim raz, binem daron ov aharde ya na. Şemian inja bemana, pase vaş bedia, şeteş büduşa, büglana, şete tukeş qerd akera piala mion. Tikani çaqla o asif beçina ta azi agardem”. Bateşon, “xeyli çak. Töni vaxti ke agardesti tikei nemak aragi. Katto jana baj, “ame şav miayam şema ka”.

     Mammad, Hasane mimiza galavon be. Sad pase, panj maqove, çuar qovşe, döşan esbe habende varqa ça rama nare. Şavon çadera mionda möhöte harruje sobi meheşte, nemazeş mehate, paseşe mebardend ku.

     Hasane Mammad rada behinde. Behateş, “Xeyli vaxte atöm vinda ni. Aku mişi?”. Behateş, “Mişim şaar, şet o panirem hest böruşem. İm nonan ke nanem pate eşteram avarde. Majende hişkasi çaman nane-soti non nempaje. Katto mehate non patan o karav gatan o şal vatan o gandem kuvestan o hördane şet deyan o paşma riştan o hördmörd şurdan o lef-jiga jirakardan o berenj ovjian o qovoş avraştan o jüz işkistan  o vajam pust akardan o nira nivistan o reşte anjian o marju eyvatan o kuja ovjian Mammade nanaku hama bega bamijinde”.

     Hasan behat, “Çaman hovlige non pataner vinda nie. Age vindar be nimgahaste hişkase non baari. Aşovona bure beşam çame ka, ara ya paşara beşe şaar.

     Mammad şav beşe Hasane ka. İm şian o mian baes bebe Hasane hovlişa kabin bekarde.

 

Şimali talış dialektində:

     Həsən Kajalıj be. Dıqlə bırəş(boli), se hovliş hıst be. İ ruji olatonış(hordmardon) tan kardeşe, tikəliş nun hardeşe, bilış bə dumoku(paşku) peqətışe, kəyku əv rəmə be. Hovliş parse(votşe) “Bə komrə şedəş?” Votşe “Mı şim bıvinim ki, bə doon ov ekardəme ya ne. Şim ijən peşo boməm, pəsi vəş bıdiə, şıtış bıduşə, qılvinə şıti tikə qırdə bıkəş bə pialə miyon. Tikəyən çaqlə(ərik) ijən sef bıçinış ta bə çımı oqarde. Votşone “Xeyli çok. Tınən oqardə vaxtiku tikə nemək bıstəniş. Kətto jiəni bıvotoş “ım şəvi boməmon şımə kə”.

     Məmməd Həsəni mimizoə(ğohum) qələvon be. Sa pəs, penc zandəqo(maqo), ço qovoş, dıqləşən sıpəş hıst be, əve varq əçi rəmə nəhıre. Şəvon çado miondə əhəti. Har ruj subi əhəşti nomoji əvoti, pəsonoş əbarde bə ku.

      Həsən Məmmədi roədə vindeşe. Votşe “xeyli vaxte az tınım vində nim, bə komrə şedəş? “ Votşe “Mı şedəm bə şəhər, şıt ijən pənim hıste bahavatım. Im nunən ki, nənəm patəşe ıştıro vardəme. Məvuji hiçki bənə çəmə nənə-soti nun patdəni. Kətto votşe nun pate, kərov(ruyən) qəte, şal vate, qandım kuye, hırdəni şıt doy, paşmə rışte, olət(hordmord) şırte, lef-jigə jirakarde, bırz vıjne, qovə(don) arışte, viz arışte, vəjəm pust karde, niyə karde, ezım ance, məju eyvate, kuyə(putə) tumo karde həmmə bəbe Məmmədi nənəku umuto. Həsən votşe “çımı hovli nun pate vində niyon. Əgər vində bəyon nahaştin hiç kəs nun bəhə. Im şəvi boşəmon çəmə kə, ara ya paşara bəşeyon bə şəhər.

      Məmməd şəv beşe Həsəni kə. Im şeyən ome bais be dı Həsəni hovli kəbin bekarde.

 

Azərbaycan dilində:

     Həsən Kacallı idi. İki qardaşı, üç bacısı var idi. Bir gün paltarlarını geyindi, bir az çörək yedi, beli qapının arxasından götürdü və evdən aralandı. Bacısı dedi “Hara gedirsən?”. Dedi “Mən gedim görüm ki, ağaclara su vermişəm ya yox. Gedib yenə qayıdaram, qoyunu yedizdirib südünü sağın, qaynamış süddən bir az cama tökərsən. Mən qayıdana kimi bir az da ərik və alma dərərsən. Dedilər “çox yaxşı. Sən də qayıdanda bir az duz alarsan. Kəndxudanın yoldaşına deyərsən “bu gecə onlara gedəcəyik”.

     Məmməd Həsənin bibisi oğlu çoban idi. Onun yüz qoyunu, beş inəyi, dörd danası, iki iti var idi. Odur canavar sürüyə girə bilmirdi. Gecə çadırın ortasında yatardı. Hər gün sübh durar və namazı qılar, qoyunları dağa aparardı.

     Həsən Məmmədi yolda gördü. Dedi “xeyli vaxtdır mən səni görmürəm, hara gedirsən?” Dedi “Mən şəhərə gedirəm, süd və pendir var satmağa. Bu çörəyi də nənəm bişirib səninçün gətirmişəm. Deyəsən, heç kəs bizim nənəmiz kimi çörək bişirmir. Kəndxuda dedi çörək bişirmək, yağ tutmaq, şal düzəltmək, buğda döymək, uşağa süd vermək, yun əyirmək, paltar yumaq, yorğan döşək hazırlamaq, düyü təmizləmək, dən üyüdmək, qoz sındırmaq, badam soymaq, nehrə salmaq, odun doğramaq, mərci təmizləmək, təzək düzəltməyi gərək Məmmədin nənəsindən öyrənsinlər. Həsən dedi, “Mənim bacımın çörək bişirməyini görməmisiz. Əgər görsəydiz, heç kimə çörək yeməyə imkan verməzdiz. Bu gecə gedək bizə, sabah ya da biri gün çıxarsız şəhərə.

     Məmməd gecə Həsənin evinə gəldi. Bu da gəldi onun Həsənin bacısı ilə kəbin olmağa səbəb oldu.

      

III mətn

Kacali

     Appara azi məriz bebeym. Beşem həkime varku dəvo aragirem. Həkim behate, “kerom varer medaji?” Behatem, “çaşem o zanəqem o delem medaji kore”. Həkim behate, “appara mariz biaber?” Behatem, “na, amma beraləqem se ma qonşər məriz bend, paşta hamma çak abende”.

 

Şimali talış dialekti

     Ponə sor az məriz bəbim. Şim həkimi tono bə dəvo sero. Həkim votşe, “kom vırə dəjedə?” Votme, “çəşım, zonom, dılım dəje kardə(dəjedə)”. Həkim votşe, “ponə sor məriz bəbiş?” Votme “ne, amma  boliyem(bırəm) se manq bə nav məriz bəbe, peşo həmmə çok be”.

 

Azərbaycanca

     Keçən il mən xəstə olmuşdum. Getdim həkimin yanına ki, dərman alam. Həkim dedi, “keçən il xəstə olmuşdun?” Dedim “yox, amma qardaşım üç ay əvvəl xəstə idi, sonra hər şey yaxşı oldu.

 

Şahrudi(Şali):

Neira zan, ruana qatan:

     Avval şete pajinde, bəd ninde kanareku. Telaqali ke sard abe, bad ave maya zaninde. Mayaşin i çekalu duye. Bad ave paruşininde, ça sare paninde, kena xalav ça sare adinde. De saati bad çe ru akarinde. Bad eştan gire. Hajur ninde ta sub.

     Subəra ave dakarinde neira dela. Bad ça sare pust ninde, davandinde, seina keta manandi çe bəne ninde. Bad i zalla aga neşe, ave takkan-takkan da ta i saati.

     Bad zalla xa bine du bia ya bia ni. Neira paluku xela tiki dare. Aga kena para zaninde. A para tike pagire. Bad çua tike axa ça dela. Bad pagire, adiyse. Age vine sebia dandane, çe sare akare, tei ekare ğazana dela. Bad dassenam ça ruane gire. Bad ça du hinjinde. Age bindeşe ke, sebia dandan nie, hani kena para ha xela zana, hani takkan-takkan da ta bəbu.

 

Şimali talış dialektində:

Niyə je, ruən qəte:

     Əvvəl şıti patedəş, peşo nodəş bə kəno. Tikəli ki, sard be, bəy moyə jedəş. Moyəş i keçə duye. Peşo əy umjən kardəş, əçi sə(qəvi) nodəş, kanə ulati çəy sə dənodəş. Dı saati bə diqə əy okardəş.     Iştən qırdə kardəş. Hozzo nodəş ta bə sub.

     Subiro əy ekardən bə niyə dılə. Peşo çəy sə pust nodən, dəbastən, bə çəy jiədə mənəndi(nimdər) nodən. Peşo i qılə jen əyo nıştə, əv takkan-takkan(lovnidə) kardə ta bə i saati.

     Peşo jen diyə kardə(vinem) du bə ya bə ni. Niyə pəli tikəli dıre. Əyo kanə parə dəjəndən(dənodən). Əv tikə parə bekardə. Peşo çuə tık dənodə çəy dılə. Peşo bekardə, odyəsedə. Əgər vinde sipiyə dandonine, çəy sə okardə, çəyo ekardə ğəzəni dılə. Peşo dı dasi çəy ruəni qırdə kardə. Əçi du peşomedən. Əgər vindeşe ki, sipiyə dandonin nie, həniyən kanə parə əçı delə dənodə(dəjəndə), həniyən takkan-takkan ta da əçi be.

 

Azərbaycan dilində:

     Əvvəl südü bişirirsən, sonra bir kənara qoyursan. Bir az ki, sərin oldu ona maya qatırsan. Mayası bir qaşıq ayrandır. Sonra onu qarışdırısan, qapağını qoyursan, köhnə paltarla üstünü örtürsən. İki saatdan sonra onu açırsan. Özünüz yığıb, hazır sübhə kimi saxlayırsız.

     Sübh onu nehrənin içinə tökürlər. Sonra onun başına dəri qoyurlar, bağlayırlar, altına döşəkçə qoyurlar. Sonra bir qadın əyləşir, bir saat ərzində çalxalayır.

     Sonra qadın baxır ayrın olub ya yox. Nehrənin baş hissəsində kiçik dəlik var. Oraya köhnə parça salırlar. Sonra parça tikəsini çıxardır. Sonra yerinə çubuq salır. Sonra çıxarıb baxır. Əgər görürsə ki, ağ və dişlidir, onun başını açır, sonra tökür qazana. Sonra əlilə onu yığır. Ayranını isə içirlər. Əgər görsə ki, ağ və dişli deyil, yenə də parçanı salır və çalxalayır ta ki, o hazır olsun. 

II mətn

Şahrudi(Şali)

Yeta kardan, qandəma karesan, qandəma deruan

     Avval zami av darinde, narm abu. Bad də qəla varza varinde, ye və yamraz bandinde, gavasene çe sare-ku zaninde, şum karinde. Şum taman abe tum dakarinde. Deranam deruninde. Ave davandinde. Bad louşe pəşta pəşta davandinde, varinde xarmanaku, daqa karinde. Bad louşe vela akarinde, gere davandinde panc qəla malenam. Dərəs ke xərd abe ave şananam kua akarinde. Nahare paşta bad a. Ave şaninde, çe qandəm səmbareku jeda abu. Səmbare barinde, ambare dakarinde. Zeməsanda malan harinde.

III mətn

Şahrudi(Şali)dialekti

Naqle ramabane dəruavajen

     İ ramabani be pis, şia be kuda rama bekarane. İqara dərudani haraiş bekarde, “varq bama, ramaş barde”. De adaman başnavesseşan, beşinde ça paşta, bindeşane dəru vaje. Agardesinde, baminde.

     Ça suba rassi vaji, varq ama be. Hani haraiş bekarde, “varq bama, ramaş barde”. De adaman em safar neşinde, bateşane, “dəru vaje”. Ramabane binde naminde ça paş, bəvrite, beşe a dimda, daxete. Varq bama, rama bardeşe.

     Şavera pis bama ka. Malaseban bindeşane çan malan naminde. Dafarsesinde, “çama malan karinde?” Bateşe, “varqe barde. Man handa haraim bekarde çera şema namiran? Manim binde şema çeman haraira anerasesiran, beşim, daxetim”. De adaman bateşane, “daruavajene ka vaş beqate, şema bate, “dəru vaje”.

 

Şimali Talış dialekti

     İ rəməvon hıst be, şe bə kuədə rama çado. İ kərə dıvuə haraiş bekarde, “varq ome, rəməş barde”. Di odəmon məseşone, beşin çə dumo, vindeşone dıvu votedə. Oqardin, omin.

     Çə suba rosti votşe, varq oməbe. Həni haraiş bekarde, “varq ome, rəməş barde”. Di odəmon ım səfər nışin, votşone, “dıvu votedə”. Rəməvon vindeşe ki, çə dumo nomin, vite, beşe çə dimədə niyo be (dahete). Varq ome rəmə bardeşe.

     Şəviro beşe ome bə kə. Molsoibon vindeşone çəvon molon nomin. Dəparsin, “çəmə molon kıve?” Votşe “varqi barde. Mı ənəndə haraim bekarde çıro şımə nomiyon? Mı vindeme şımə çımı harairo nırəseyon, beşim, niyo bim”. Di odəmon votşone “dıvəvoji kə vəş qəte, şımə voteyon, “dıvu votedə””.

                                            

IV mətn

Şali dialekti

Naqle molla, də zalla, i xerdi
     Də qəla zalla bimbe, debendinam davaşan qata be i xerdi sarda. Beşinde molla var. Molla bate, “çera amiran ya?” Vatəşane, “ama xerde sarda davaman qatae”. İ zalla aqardese, bateşe, “a vaje, “em xerde çemane”. Hama zaninde em xerde çemane”. Molla bateşe, “ callade daxana, ba, emə nesf bekare, i tika ada a zalla, i tika ada em zalla”.

     Callad bamaye. Callad ke bamayə illa zalla beramesan daqenesse, bateşe, “çeman xerde makəşa”. Ailə zalla nevrami, hiçi nevaji, aqa vənda be adiyasi. Molla bindeşe a zalla ke berame, befamesseşe, “em xerde maye”. Xerdeş paqateşe, ha zalleş ada. Bateşe, “em xerdei ma teiş. Paqibeşen”. Ave paqate, beşe. Molla bate, “ a zalla less bezana”.

Qeyd: Bu mətn Kacal dialektində də verilmişdir (əvvələ bax).

 

Şandermani dialekti(Cənubi Talış)

     Də jen binan bendina davəşon qeta ba i xerdani sar. Şina molla var. Molla vata, “çera umaina?” Vateşuna, “ama əm xerdani xone dava qetamuna”. Əm jenak va, “xerdan çemaşena”. Az vam, “xeir, çemanşena. Hama zunen çemanşena”. Molla vata, “Callad beri. Əm xerdani miyanda da tikə bekə, i səmi əm jenak ada, i sami a jenaki ada, diyə dava neqeren, bendi nejenen. Ta molla əmeş vata illi berame daqena ke, “Xerdani makeşen”. Ə jenak nevrami va hiçi nevateşa, manda diyaşta. Molla vinda jenak ke berame xerdani nanaye. A piqateşa ai əduşa, vateşa, “Nana! əm xerdan eşteşena. Piqe, beşə.” Ai piqateşa, bardeşa.

 

azadliq.org

Категория: Talış tarixi | Просмотров: 3811 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus