Atasının döş nişanı Sinəsinə taxılanda Ağlayırdı şəhid oğlu.
Naləsiylə göyü-yeri, Boş təsəlli verənləri Dağlayırdı şəhid oğlu.
Atasızlıq fəryadımı, Ana Vətən sayğısımı, Şanlı Dövlət qayğısımı, Kövrəltmişdi bu oğlanı?
Qanlı hərbə nifrətdənmi, Kor düşmənə lənətdənmi Sellədirdi göz yaşını, Görəndə bu döş nişanı?
05.08.2014