Bu əziz bayram ərəfəsində nə qaş-qabağınızı tökmüsünüz? - Elə bil bu "Arıq eşşəyin yaylağı"na ayrılan milyonları həzm-mədarədən keçirən siz məmurlar yox, mənəm.
-Necə yanı?
Hələ bilmirsiniz "Arıq eşşəyin yaylağı" haradır? - Ə, nə "Cənub", ölkənin neçə cənubu olar? - Talış mahalıdır !
Demək məsələ belədir, bu bazarbaycanın qalstuklu Padar, Tərəkəmə, Ayrım tayfalarından Talış zonasının hakimiyyət strukturlarına transfer edilən rəhbərlər gələndə, sanki "fiqura saxlayan xanımlar kimi" bir dəri, bir sümük olurlar. Eləki Rayonun Bazar siyasətmədarları ilə görüşmək istədikdə, şübhəsiz ki, nə çox köhnədənqalma kiçik ranqlı işçilər, girirlər qabağa, anladırlar ki, bazarbaycanda bazar iqtisadiyyatı ilə yanaşı siyasi məsələlər də "çerez bazar " həll olunur...
Eləki bazardan, və digər korrupsiya yuvalarından haqq-hesab gəlir, nərmənaziklər yavaş-yavaş günü -gündən hey şişirlər.
Əşşi, nə qoyub, nə axtarırsan ay canınıza daraşım, bilmirsinizmi ki, xüsusən Masallıya hər yeni İHB-sı gələndə gələndə Bazarın bütün dükanların sökür, təzədən elə o siyasətmədar dükan sahiblərinə tikdirir, sonra da sənədləşdirilir ki, guya təzə başçı " köhnə hamama təzə nırx qoydu "...
Bazar -gəlirli sahə olsa da orda "it yiyəsini tanımır ". - Bazarkomla sahə müvəkkili vallahi "qaz vurub, qazan doldurur "...
Bu səbəbdən də bazarda olan anarxiya qarşısıalınmaz hal alıb. Rayonun " məhlə nakomanları əllərinə DYP-nin bəzəkli çubuğunu alıb, dükan qabağında saxlanan maşın sahiblərini aldadıb, dayanacaq pulu yığırlar. Sahə müvəkkili də dükanlardan kənarda teretuarda mal qoyanlardan ayrıca "arenda pulu" yığır...
Odurki, şəkildə gördüyünüz Bazara yolunuz düşsə, matorlu qayıqla gəlin...
Cavanşir boyli də deyir ki, " Mən Az. Tv-nin göstərdiyi Azərbaycanda yaşamaq istəyirəm . "
Mən də deyirəm ki, Bazarbaycanın bu inkişafını görməyənin gözləri kor, qulaqları kar, qəlbi də paxıllıqdan möhürlənmişdir. Yaxud da ki, ya İranın-Rusiyanın agenti olan "separatçıdır ".
Şübhəli nə var ki, "separatçı " damğası talışlara vurulduğundan, artıq öyrəncəli olmaqdan bu damğadan qürur duyurlar.
Cavanşir boyli bir də bunu dedi ki, masallı Bazarın giriş yolunun təmiri 2020 - ilə planlaşdırılır.
Masallı əhli dözməyib nə etsin, "Xalqımız dözümlü xalqdır !"
Allah səbir versin!
Mətləb PERO
Sverdlovsk - Lankon