Главная » 2012»Октябрь»1 » Ailə üzvlərinin Hilal Məmmədovla görüşünə icazə verilmir
16:02
Ailə üzvlərinin Hilal Məmmədovla görüşünə icazə verilmir
Hüquq müdafiəçisi, "Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun vəkili Yalçın İmanov "Media forum” saytına açıqlama verib.
O deyib ki, ailə üzvlərinin məhbusla görüşünə icazə verilmir: "Vəkillərin və ailə üzvlərinin müraciəti qanunsuz və əsassız olaraq rədd edilir. İşin istintaqını aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov vicdan məhbusunun yaxınlarının görüş müraciətinə mənfi cavab verib və bunu "ədalət mühakiməsi mənafeyinə zidd olduğu üçün istintaqın hazırki mərhələsində xahişinizin təmin edilməsi mümkün deyil” şəklində əsaslandırıb”.
Hilal Məmmədov iyunun 22-də külli miqdarda narkotik maddə saxlama ittihamı ilə saxlanıb. Sonradan ona dövlətə xəyanət və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması ittihamları da irəli sürülüb. Hilal Məmmədov Bakı İstintaq Təcridxanasında saxlanır.