Azəri - Talış İctimai Birliyi "El" hərəkatının sədri Eldar Namazovu təvəllüd günü münasibətilə təbrik edib. "EL" Hərəkatı sədrinin müavini, Milli Şuranın üzvü, Azəri - Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərovun və "Azərbaycan Ziyalılar Birliyi" sədrinin müavini Seyran Rəfiyevin imzaladıqları təbrikdə deyilir:
"Bu gün, 23 dekabr 2013-cü il tarixdə "EL" Hərəkatının sədri, müqtədir ziyalı, gözəl insan Eldar Namazovun ad günüdür!
O, ömrünün 57-ci ilini necə başa vurdu?
İlk nıvbədə etiraf etməliyik ki, Eldar bəy 2013-cü ildə Azərbaycan siyasətinə yeni nəfəs, yeni ab-hava gətirdi!
E.Namazov həddindən artıq təvazökar bir insan, proqmatik bir siyasi liderdir! Belə ki, 20 il müddətində ölkəmizin siyasət müstəvisində ümumxalq maraqlarına görə korporativ partiya maraqlarından geri çəkilə bilməyən, oturuçmuş siyasi təşkilatları avtoritarizmlə mübarizədə bir araya gətirdi!
Bizlər bunun canlı şahidləriyik ki, hüdudsuz maliyyə imkanları hesabına avtoritar üsul-idarəçiliyin tüğyan etdiyi bir məmləkətdə demokratik qüvvələri vahid ideya ətrafında konsalidasiyası, onların Milli Şura formatında birləşməsi ideyasının müəllifi Rüstəm İbrahimbəyov olsa da, bu ideyanı real olaraq tükənməz enerjisi, yüksək siyasi opponentliyi, eləcə də hüquqi dövlət quruculuğu və demokratik dəyərlərə ürəkdən bağlılığı hesabına həyata keçirdən, məhz Eldar muəllim oldu!
E.Namazovun rəhbərliyi ilə ölkəmizin siyasi politrasına daxil olan "EL" Hərəkatı dilindən və dinindən asılı olmayaraq, Azərbaycanda bərabərhüquqlu azad və demokratik vətəndaş cəmiyyəti quruculuğu, eləcə də insan hüquq və haqlarının qorunması müstəvisinə Avropa dəyərlərinə uyğun daha ədalətli və daha novator ənənələr gətirdi!
Biz də, 57 yaşının tamam olmasi münasibəti ilə Eldar bəyi ürəkdən təbrik edirik! Ona doğma vətənimiz Azərbaycanın inkişafı, onun dövlətçilyinin möhkəmlənməsi, ərazi bütövlüyünün bərpası, eləcə də ən ali varlığımız olan vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi naminə apardığı siyasi fəaliyyətdə böyük nailiyyətlər, can sağlığı və uzun ömür arzu edirik!"