ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, onun xanımı Zeyno Baran-Brayza və UNİSEF-in Azərbaycan üzrə ofisinin direktoru Mark Herevord Lankon və Astara rayonlarında yerli gənclərlə görüş keçirib.
Lankon Dövlət Universitetinin tələbələrinin qatıldığı tədbirdə səfir gənclərin dünyagörüşü, maraq dairəsi ilə maraqlanıb. Talışa gəlişinin məqsədini açıqlayan Metyu Brayza ABŞ səfirliyinin Heydər Əliyev Fondu ilə birlikdə bölgədə yaşayan Talış qızları üçün peşəyönümlü məktəbin açılması layihəsini gerçəkləşdirməkdən ibarət olduğunu bildirib.
Onun sözlərinə görə, bu məktəbdə öyrədilən bilik və bacarıqlar sayəsində qızlar Azərbaycan cəmiyyətinin ən fəal üzvlərindən olmaqla yanaşı, həm də ailələrinə maddi köməklik göstərmək imkanı qazanacaqlar.
ABŞ səfiri Astara Pedaqoji Texnikumunda tələbələrlə görüşü zamanı da bu barədəki niyətləri bir daha açıqlayaraq xatırladıb: "Bu məktəbə qəbul olunacaq qızlara cəmiyyətdə, həyatda onlara fayda gətirən lazımı qabiliyyət və bacarıqlar öyrədiləcək”.