Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Февраль » 11 » 30-cu illərin represiya qurbanları: Zülfüqar Əhmədzadə
22:37
30-cu illərin represiya qurbanları: Zülfüqar Əhmədzadə
XX əsrin 30-cu illərində "Taliş Milli Dirçəliş Hərəkat”ının liderlərindən biri olmuş Zülfüqar Əhməd oğlu Əhmədzadə 1898-ci ildə Astara rayonunun Pensə kəndində anadan olmuşdur. O, dövrünün görkəmli şairi, publisisti, tərcuməçisi, həm də böyük ictimai-siyasi xadimi olmuşdur. Azərbaycan tarixində və ədəbiyyatında onun özünəməxsus yeri vardır. Məhz Əhmədzadə yaradıcılığının təsiriylə Talış xalqı onlarla, bəlkə də yüzlərlə istedadlı vətənpərvər oğul yetişdirmişdir. Z. Əhmədzadənin 30-cu illərdə Talış ədəbi dilinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. İlk dəfə olaraq latın qrafikası ilə Taliş Əlifbasının yaradılması onun adı ilə bağlıdır. Zülfüqar Əhmədzdə məktəbindən bəhrələnən Tofiq İlham, Əli Nasir, Xanəli Tolış, Əhəd Muxtar, Xilqət, Məsud Dövran, Vəlişah və onlarla başqaları bu gün talış ədəbi dilinin formalaşmasında böyük xidmətlər göstərirlər.

Zülfüqar Əhmədzadə irsinin öyrənilməsində, onun yaradıcılığının tədqiqində filoloq-alimlər C. Rəhmanov, T. Əlisanoğlu, şairin oğlu Əyyub Əhmədzadə, həyat yoldaşı Huru xanımın, habelə qizları "Nakomı” təxəllüslü Məlahətin, Tahirə və Məryəmin xidmətləri əvəzolunmazdır. Amma etiraf etmək lazımdır ki, Əhmədzdə irsi bu gün xalqa o qədər də yaxşı çatdırılmır. Keçən əsrin sonlarında Hilal Məmmədovun tərtibatında, Fəxrəddin Əboszodə, Famil Cəfərov, Zabil Məhərrəmzadənin redaktorluğu ilə bir neçə kitab çap edilmişdir, amma onun hələ üzə çıxarılmayan yüzlərlə əsərləri vardır.

Zülfüqar Əhmədzadə rus, türk və başqa dillərdən bir çox əsərləri Taliş dilinə tərcümə etmişdir. O, həm də siyasi xadim kimi də tanınmışdir. 1918-ci ildə "Hümmət” təşkilatının üzvü olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir çox vəzifələrdə işləmişdir. O, 1920-1922-ci illərdə Lerik rayonu (Zuvand) Qosmalyon kəndində İcraiyyə Komitəsinin sədri, 1922-1923-cü illərdə Lənkəran qəzasinda Torpaq şöbəsinin müdiri işləmişdir. Həmin dövrdə Lənkəran qəzasına Biləsuvar, Cəlilabad, Lənkəran, Astara, Masallı, Yardimli (Vərgəduz), Lerik (Zuvand) rayonları daxil idi.

1923-1925-ci illərdə Lənkəran rayonu Maarif Şöbəsinin müdiri işləmiş, 1925-1926-cı illərdə Laçın rayonunun, 1926-1928-ci illərdə Zaqatala rayonunun, 1928-1929-cu illərdə Ağdam rayonunun İcraiyyə Komitəsinin sədri seçilmişdir. Z. Əhmədzadə 1929-1930-cu illərdə Lənkəran Rayon Pedoqoji Texnikumunun direktoru vəzifəsinə təyin edilmişdir. 1930-cu ildə isə o, Mərkəzi Komitəya çağrılmiş və Astara Rayonu İcraiyyə Komitəsinin sədri təyin edilmişdir.

1929-1930-cu illər Azərbaycanda kolxoz quruculuğu dövrü olmuşdur. Həmin illərdə Astara rayonunun kəndliləri İrana qaçırdılar. Z. Əhmədzadə kəndlərə gedərək, onlarin vəziyyətləri ilə taniş olur. Bundan sonra o öyrənir ki, Astara Rayon Daxili İşlər İdarəsinin sədri (NKVD) və milis işçiləri əhalini səbəb olmadan incidir, tuturmuşlar. Z. Əhmədzadə günahkarları həbs elətdirir, İrana qaçmiş əhalini geriyə qaytarır.

1932-ci ildə Z. Əhmədzadə bir müddət Respublika Mərkəzi İcraiyyə Komitəsində işləmiş, həmin ildə komitədə fəalların yığıncağı keçirilmişdir. Z. Əhmədzadə də bu yiğincaqda iştirak etmişdir. Həmin illərdə Mərkəzi Komitənin katibi Polonski, Nazirlər Sovetinin sədri Mir Cəfər Bağırov, Respublikanın ikinci katibi isə Yusif Qasımov olmuşdur. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaranandan 1934-cü ilə qədər uzun müddət partiya komitələrinə qeyri-azərbaycanlılar başçılıq etmişlər. Yaranmasının ilk illərində komitəyə V. Noneyşvili, Y. Stasova, V. Dumbadze, Q. Kaminski, S. M. Kirov başçılıq etmişlər. Kirovdan sonra Mirzayan-Qarayev-Ağaverdiyev birliyi, daha sonra isə N. Giqalo, V. Polonski, Rubin və nəhayət 1934-cü ildə Bağırov rəhbərliyə gətirilmişdir.

Mir Cəfər Bağırov Daxili İşlər orqanında rəhbər olarkan Yusif Qasımovla arası olmamışdır. 1932-ci ildə fəalların yığıncağında Bağırovla Polonski birləşib Yusif Qasımovu işdən azad etmək üçün plan qururlar. Hər iki tərəfdən çıxışlar olur. Yığıncaqda Z. Əhmədzadə də çixiş edir:

-Azərbaycan Kommunist Partiyasına uzun müddətdir ki, rubinlər, polonskilər, mirzayanlar başçılıq edirlər. Mərkəzi Komitədə cəmi 9% azərbaycanlı işləyir, qalanı erməni, rus, yəhudilər və gürcülərdir. Azərbaycanım məgər elə bilr oğlu, kadrosu yoxmudur ki, rəhbər işləsin? Üstəlik Qasımovu da bəyənmirsiz...

Məhz həmin çıxışdan sonra Zülfüqar Əhmədzadə haqqında "Xalq Düşməni” planı işə düşməyə başlayır. Z. Əhmədzadə işdən çıxır və Zaqafqaziya Mərkəzi Komitəsinə gedir. Komitə onu Ermənistan SSR-nin Vedi rayonuna İcraiyyə Komitəsinin sədri təyin edir. 1932-1933-cü illərdə orada işləyir. 1933-cü ildə Maarif Naziri Cuvarlinskini yanina çağıraraq ona deyir:

-Bilirəm ki, sən Zülfüqar Əhmədzadə ilə dostsan, get onu gətir, qoy Aərbaycanda işləsin. Mənə ayıb gəlir ki, o Ermənistanda işləyir. Əslində isə o öz çirkli planını davam etdirmək istəyirdi. M. Cuvarlinski Yerevana gedərək Z. Əhmədzadə ilə görüşür, bu sözləri ona deyir. Əhmədzadə cavabinda bildirir:

-Gərək sən gəlmiyəydin, indi mən gəlməsəm, o əclaf səni incidəcək, o gec-tez öz qisasini alacaq.

Zülfüqar Əhmədzadə Azərbaycana qayıdır, 1933-1935-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlığında Ali Məktəblər idarəsinin rəisi işləyir. 1935-1938-ci illər ərzində AzərNəşrdə "Azlıqda Qalan Xalqlar” şöbəsinin müdiri işləmişdir. 1934-cü ildə Stalinin məsləhətiylə Zaqafqaziyada rəhbərlikdə olan Beriyanın razıliğı ilə Mir Cəfər Bağırov Azərbaycan Kommunist Partiyasinin birinci katibi seçilir. 1937-ci ildə M. Cuvarlinski və Z. Əhmədzadə saxta ittihamlarla həbs olunur. Z. Əhmədzadə cinayət məcəlləsinin 64-cü maddəsiylə: "Sovet hökumətinə qarşı silahlı mübarizə aparan təşkilatın üzvü kimi” ittiham olunur və həbs edilir. Lənkəran rayonunun Girdəni kəndindən olan (əslən Lerik rayonunun Rəzqov kəndindəndir) köhnə inqilabçı Şirəli Axundov Zülfüqar Əhmədzadənin üzünə durur. İlk əvvəl Z. Əhmədzadənin əleyhinə ifadə verməyən Şirəli Axundovun sağ ayağının dərisini soyurlar. Ağır əzaba dözməyən Şirəli Axumdov ifadəsində belə yazır:

-Mən 1936-cı ildə Z. Əhmədzadə ilə təsadüfən rastlaşdım. O, mənə Böyükağa Mirsalayevin başçılıq etdiyi gizli təşkilata üzv olduğunu və məni də bura üzv etmək istədiyini bildirdi.

Yeri gəlmişkən Böyükağa Mirsalayev də 37-ci il represiya qurbanıdır və Şirəli Axundovun həmkəndlisidir. Guya həmən təşkilatin məqsədi Talış vilayətinin Azərbaycandan ayırmaq imiş. Ş. Axundovun dediyinə görə "bir neçə gündən sonra yenə də Z. Əhmədzadə ilə təsadüfən görüşüb. Zülfüqar ona iki gəncin təbliğat üçün Talış rayonlarına göndərdiyini bildirib və bunun məqsədi Talış ərazisini Azərbaycandan ayırmaq olduğunu deyir.” Z. Əhmədzdəyə qarşı cinayət işinin təhqiqatı bu ittiham üzərində qurulur. O, Sibirə sürgün edilir. Şirəli Axundovun yaraları sağalan kimi o, Əhmədzadənin üzünə ağrılardan qurtulmaq üçün durduğunu yazılı sürətdə bildirir: ”Məni işgəncələr ilə Əhmədzadənin üzünə durmağa məcbur etdilər, istintaqda verdiyim ifadə yalandır”. Bununla da onun gunahsiz olduğu sübuta yetirilir. Baxmayaraq ki, 1938-ci il mayın 12-də cinayət məcəlləsinin 64-cü maddəsiylə irəli sürülən ittiham rəsmən Z. Əhmədzadənin üstündən götürülür və onun azad olma vərəqinə imza atılır, buna baxmayaraq o, həbsdən buraxılmır, 1938-ci il sentyabrın 21-də isə Z. Əhmədzadə, hec bir maddə göstərilmədən Moskva Xüsusi İdarəsinin qərarıyla "əks-inqilabi dəstəylə əlaqəsi olduğuna görə” 5 il azadlıqdan məhrum edilir. Z. Əhmədzadə Sibirdə həbs düşərgəsində də yaradıcılıqla məşğul olur, şeir yazmaları ilə rəğmən həm də düşərgə qəzetinin redaktoru təyin olunur. Həbs düşərgəsində bir müddət çörəkbölüşdürən təyin olunur. O, neft tapıb, bu nefti arada çay qoymaq üçün istifadə edirmiş. Dustaqlardan biri rəhbərliyə xəbər verir ki, guya Əhmədzadə buranı neftlə yandırmaq istəyir. Bundan sonra Əhmədzadənin otağında axtarış aparılır və neft maddi sübut kimi götürülür. Əhmədzadəni 10 sutkalıq, boğaza qədər su ilə dolu "karserə” salırlar. Cəza bitdikdən sonra Z. Əhmədzadənin ayağı axsamağa, tez-tez xəstələnməyə, saçı tökülməyə başlayır. Zülfüqar Əhmədzadə 1942-ci il iyunun 9-da Kemerova vilayətinin Marinsk şəhərində vəfat edir.

Hesab edirəm ki, Əhmədzadə yaradıcılığının geniş tədqiqata ehtiyacı var, onun dərc edilmiş və edilməmiş əsərlərinin yenidən nəşri, Əhmədzadənin redaktəsi ilə 1930-1938-ci illərdə istifadə olunan əlifba kitabının bərpası xalqımıza böyük bir töhfə olacaqdır. Bu Əhmədzadə məktəbinin, irsinin davamçılarına naşirlər tərəfindən böyük bir hədiyyə ola bilər..

Ulduz Həşimov,
Tarixçi-pedaqoq
,
"Tolışon Sədo” qəzeti, nöm: 04(16), 11 fevral 2012
Категория: Талыш xəbərləri | Просмотров: 4248 | Добавил: admin | Рейтинг: 3.0/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus