Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) milli azlıqların hüquqlarının təşviqi adlı qətnamə qəbul edib. Viorel Riceard Badea tərəfindən hazırlanan məruzəyə əsasən qəbul edilən qərarda bildirilir ki, Avropadakı mədəniyyətlərin və dillərin müxtəlifliyini təşviq etmək və qorumaq qitə boyunca demokratik özgüvən və sülh üçün zəmanət verir.
Fevralın 4-də isə Avropa Şurasının milli azlıqların qorunmasına dair Çərçivə Konvensiyası üzrə Konsultativ Komitəsi Azərbaycan üçün yeni rəyini və Azərbaycan hökumətinin bu rəyə münasibətini dərc edib.
Komitə Azərbaycan hökumətinə ən başlıca iradı kimi etnik azlıqların hüquqlarının müdafiəsi üçün qanunvericiliyin olmamasını göstərib. “Milli azlıqların nümayəndələri öz hüquqlarını bilmir və buna nail olmaqda çətinlik çəkirlər,” – Komitə bildirib.