“Ərim 2007-ci ilin fevralında həbs olundu. İki həftədən sonra gecəyarı bizi qorxuzmaq məqsədi ilə evimizə soxuldular və dedilər ki, o, vətənə xəyanət edib”. – Mərhum professor Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova həyat yoldaşının başına gətirilənləri bu cür xatırlayır. Lakin indiyə qədər xəyanətin nədən ibarət olduğunu bilmədiyini deyir.
Novruzəli Məmmədov 2 fevral 2007-ci ildə hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilmiş, 17 avqust 2009-cu ildə Bakı həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişmişdi. Həbs olunan vaxtı o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik institutunun Roman-German dilləri elmi-tədris sektorunun müdiri, “Tolışi Sədo” qəzetinin baş redaktoru, Respublika Talış Mədəniyyət Mərkəzinin sədr müavini idi. Bir çoxu onun talışların mədəniyyətinin təbliği, əsasən də “Tolışi Sədo” qəzetindəki fəaliyyəti ilə bağlı həbs edilib öldürüldüyünü düşünür.
... Читать дальше »