Vicdan məhbusu Hilal Məmmədov ictimaiyyətə müraciət edib. Müraciətdə deyilir:
“Əminliklə bildirmək istəyirəm ki, əfv sərəncamına hansısa formada ümidlə göz dikmək siyasi məhbus (o cümlədən vicdan məhbusu) ləyaqətinə əsla yaraşmaz. Aydın məsələdir ki, məzmunundan asılı olmayaraq istənilən əfv ərizəsi hüquqi və məntiqi baxımdan qondarma ittihamlarla razılaşmaq və bununla da öz ilkin haqq-ədalət naminə mübarizə məramına ciddi zərbə deməkdir.