Bəşəriyyətin ən mükəmməl və son öyüd-nəsihət kitabı olan Qurani-Kərim Ramazan ayında nazil olduğundan və bilavasitə bu ayda insanlara bütün günahlarının bağışlanma şansı verildiyindən, Ramazan cəmi müsəlman dünyasının ən müqəddəs, ən əziz, ən şərəfli ayı hesab olunur.Məhz bu səbəbdən müsəlman dünyasının despot hökmdarları bu ayda özlərinin ən böyük və çoxsaylı bağışlanma və əfv sərəncamlarını qəbul etməklə qəlblərində və əməllərində Allah xofunun və sevgisinin heç də tamamilə sönmədiyini nümayiş etdirmişlər.