Bu günlərdə saytlarda maraqlı, maraqlı olduğu qədər də cəlbedici, valehedici bir xəbər oxudum. Yazılmışdı ki, bəs, deməzsən, Finlandiyada süpürgəçilər ayda 1700 avro, yəni, bizim başına daş düşmüş pulla 2000 manatdan artıq maaş alırlar. Halbuki, bizim vətənpərvər süpürgəçilər hələ ki, yüüüüzzz beeeş manat alırlar, onlara da bu yekəlikdə pul gen-bol bəs edir. Ixtiyarsız olaraq əlimi atdım telefona və Finlandiyanın ölkəmizdəki səfirliyini yığmağa başladım. Işin tərsliyindən məlum oldu ki, bu şoğərib ölkənin bizdə səfirliyi hələ ki, açılmayıb.