Bu gün Avropa Şurasının insan haqları üzrə Komissarı Nils Mujnieks “Hilal Məmmədovun Azərbaycana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etdiyi yazılı qeydləri açıqlayıb.
Avropa Komissarı fikri ifadə azadlığı sahəsində sistematik nöqsanları, o cümlədən tənqidi səslərin məhkəmə təqibini, beynəlxalq təşkilatlarla Azərbaycanda insan hüquqlarının pozulması məsələləri üzrə əməkdaşlıq edənlərin cəzalandırıldığını qeyd edir.
Bayramov Allahverdi Ağarza oğlu (Bayrami) 08.08.1946-cı ildə Masallı r. Mahmudavar kəndində anadan olub. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 1970-2011-ci illərdə Astara və Masallı rayon məktəblərində müəllim işləyib. !960-cı illərdən mətbu orqanlarında şeirləri, ədəbi-tənqidi məqalələri ilə çıxış edir, filoloq, şair, tənqidçi kimi tanınır. İki dildə: talışca və azərbaycanca yazıb-yaradır, 10 kitabın müəllifidir. ( “Unuda bilsəydim”(2005), “Bəxt nəvedəm”(2005), “Sevda yolu”(2006), “Ötən illəri
... Читать дальше »