Üç gündən bəri davam edən güclü yağıntı Talış zonasının bir sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub.
Ən kritik vəziyyət Lənkəranda yaranıb. Rayonun ayrı-ayrı kənd və qəsəbələrində, həmçinin Lənkəran şəhərində 1000-dən çox evi su basıb. Sel suları evlərin zirzəmilərinə dolub, xeyli sayda ev quşlarının tələf olmasına, ərzaq və kənd təsərrüfatı məhsullarının korlanmasına səbəb olub. Əhali evlərindən çıxa bilmədiyindən iş yerlərinə, uşaqlar isə məktəbə gedə bilməyiblər.