Bu gün forən təbim gəlmiş qələmnən dəftər işdərlər,
Deyim bir-bir bu vilada nə qayda kimlər işdərlər.
Haçan ki müstəqil olduq, deyim əvvəl gələnnərdən,
Dilənçi sözdü, bunlar lap yer üstə çömbələnnərdən,
Qucağında tifil lüm-lüt, o qarnı gömbələnnərdən,
Bakı dolcağ, əyalətdə gördük ki kər-kər işdərlər,
Bu qırsaqqız həyasızlar mahalı dər-dər işdərlər.